İdman təbabəTİ VƏ GİGİyena


SU İLƏ BƏDƏNİN MÖHKƏMLƏNDİRİLMƏSİ



Yüklə 1,93 Mb.
səhifə152/208
tarix27.04.2022
ölçüsü1,93 Mb.
#56439
növüDərslik
1   ...   148   149   150   151   152   153   154   155   ...   208
İdman təb.və gig.dərslik. 311 (1)

18.3. SU İLƏ BƏDƏNİN MÖHKƏMLƏNDİRİLMƏSİ
Suyun istilik keçirmə qabiliyyəti havadan 28 dəfə çox olduğu üçün su eyni hərarətli havaya nisbətən daha güclü qıcıqlandırıcı sayılır. Bədəni möhkəmləndirən əsas amil suyun hərarətidir. Bundan əlavə, duş qəbul etdikdə və çimdikdə suyun bədənə mexaniki təsiri də olur. Orqanizmə suda həll olmuş duzlar və qazlar da təsir göstərə bilər, lazım olan hərarəti və dozanı dəqiqliklə təyin etmək mümkündür. Su prosedurlarının müntəzəm olaraq qəbul edilməsi soyuqdəymə xəstəliklərinə qarşı ən etibarlı profilaktik vasitədir.

Su ilə bədəni möhkəmləndirdikdə, suyun orqanizmə olan təsirini bilmək vacibdir. Soyuq suyun təsiri nəticəsində dəridə olan qan damarları daralır, qan daxilə axır, dəri avazıyır və soyuyur. Orqanizm sürətlə istilik enerjisi hasil edir, damarlar genişlənir, qan dəriyə axmağa başlayır, üşümə xoşa gələn istiliklə əvəz olunur.

Su ilə bədənin möhkəmləndirilməsinə yay və payız aylarında başlamaq, su prosedurlarını səhər saatlarında qəbul etmək məsləhət görülür. Su prosedurları qəbul etdikdə, hər 3-4 gündən bir suyun hərarətini 10 C azaltmaq məsləhətdir, suyun hərarəti 300C olduqda onu iki ay ərzində 10-150C çatdırmaq lazımdır. Suyun hərarəti azaldıqca bədənlə təmas müddəti qısaldılmalıdır. Su prosedurları qəbul etdikdə üşümə və xoşagəlməz hissiyyat olmamalıdır.

Su ilə bədənin möhkəmləndirilməsinin aşağıdakı növləri məsləhət görülür:

Yaş dəsmalla bədəni silmək su ilə möhkəmlətməyin başlanğıc mərhələsidir. Bir neçə gün bədəni yaş əllə və ya dəsmalla sürtmək lazımdır. İlk vaxtlar bu prosedur kəmərə qədər aparılır, getdikcə bütün bədən su ilə isladılır. Sonra dəsmalla qurulanır. Hər prosedur 5 dəqiqədən artıq olmamalıdır.

Bədənin üstünə su tökmək bədəni su ilə möhkəmlətməyin sonrakı mərhələsidir. Bu məqsədlə müəyyən qabdan və ya rezin su borusundan istifadə edilir. Sonra bədən quru dəsmalla qızarana qədər silinir.

Duş – yuxarıda göstərilənlərdən güclü vasitədir. Bu məqsədlə yelpik və ya yağış növlü çox güclü olmayan duşdan istifadə edilir. Duş qəbul etdikdə soyuq su ilə bərabər, orqanizmə mexaniki təsir də olur. Sonra bədən dəsmalla qurulanır. Duş qəbul etdikdən sonra əhval-ruhiyyə yüksəlir. Hər prosedur 2-3 dəqiqədən artıq olmamalıdır.

Açıq su hövzələrində çimmək bədəni su ilə möhkəmlətməyin ən yaxşı üsuludur. Bu zaman bədənə kompleks amillərin-suyun hərarəti, təzyiqi, hərarəti, hava ilə günəş şüaları təsir göstərir. Çimməyə suyun hərarəti 18-200 C olduqda başlamaq lazımdır. Havanın hərarəti 14-150C suyunku 11-130 C olduqda isə, çimmək dayandırılmalıdır. Çimmək səhər və axşam saatlarında, ilk vaxtlarda gündə 1 dəfə, sonralar 3-4 saat ara verməklə 2-3 dəfə məsləhət görülür. Çimərkən üzmək və çoxlu hərəkət etmək lazımdır. Dəniz suyunda çimmək daha effektli sayılır, çünki bu zaman orqanizmə dəniz suyunda həll olmuş kimyəvi maddələr də təsir göstərir.

Qarla bədəni ovuşdurmaq və buzlu suda çimmək bədəni möhkəmlədən ən güclü təsirə malik vasitələrdir. Onlar orqanizm qarşısında yüksək tələbat qoyur. Odur ki, bu vasitələrdən sağlam və bədənini müntəzəm möhkəmlədən şəxslər həkimin icazəsi ilə istifadə edə bilərlər.

Bədəni möhkəmlətmək məqsədilə yerli prosedurlardan da istifadə etmək olar. Bunlardan ən çox yayılanı boğazı soyuq su ilə yaxalamaq, ayaqları soyuq suda yumaqdır.



Yüklə 1,93 Mb.

Dostları ilə paylaş:
1   ...   148   149   150   151   152   153   154   155   ...   208




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin