İdman təbabəTİ VƏ GİGİyena



Yüklə 1,93 Mb.
səhifə155/208
tarix27.04.2022
ölçüsü1,93 Mb.
#56439
növüDərslik
1   ...   151   152   153   154   155   156   157   158   ...   208
İdman təb.və gig.dərslik. 311 (1)

II qrup – Yüngül fiziki əməklə məşğul olan işçilər: radio-elektron sənayesində işləyənlər, dərzilər, tibb bacıları, sanitarlar, əhaliyə xidmət işində işləyənlər, saatsazlar, rabitə işçiləri, məşqçilər, idman təlimatçıları və müəllimləri, zootexniklər, satıcılar və s.

Bu qrupa daxil olan şəxslər gün ərzində orta hesabla hər kq çəkiyə 43 kkal enerji sərf edir.



III qrup – Orta ağır fiziki işlə işlə məşğul olanlar: dəzgahda işləyənlər, çilingərlər, cərrahlar, çəkməçilər, ictimai iaşə müəssisə işçiləri, sürücülər, dəmiryolçular, qaldırıcı mexanizmlərdə işləyənlər və s.

Bu qrupa daxil olan şəxslər gün ərzində orta hesabla hər kq çəkiyə 46 kkal enerji sərf edir.



IV qrup – Ağır fiziki işlə məşğul olanlar: kənd təsərrüfatı işçiləri, mexanizatorlar, inşaat fəhlələri, yerüstü dağ-mədən fəhlələri, yükdaşıyanlar, (araba ilə), xarratlar və s.

Bu qrupa daxil olan şəxslər gün ərzində orta hesabla hər kq çəkiyə 53 kkal enerji sərf edir.



V qrup – Çox ağır fiziki işlə məşğul olanlar: yeraltı dağ-mədən işçiləri, polad əridənlər, meşə qıranlar, ağac emalı işçiləri, bənnalar, betonçular, yerqazanlar, yükləyicilər, daş yonanlar və s.

Qadınlar bu qrupda qeyd edilən işlərlə məşğul olmamalıdırlar.

Bu qrupa daxil olan şəxslər gün ərzində orta hesabla hər kq çəkiyə 61 kkal enerji sərf edir.

Aydındır ki, göstərilən qruplar bütün sənətləri əhatə edə bilməzdi. Lakin həyatda hər sənətdə çalışanlar göstərilən qruplarda özünə yaxın peşə tapa bilərlər



Yüklə 1,93 Mb.

Dostları ilə paylaş:
1   ...   151   152   153   154   155   156   157   158   ...   208




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin