Bədən tərbiyəsi və idmanla bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında



Yüklə 241,96 Kb.
Pdf görüntüsü
səhifə1/3
tarix21.04.2017
ölçüsü241,96 Kb.
#15060
  1   2   3

Bədən tərbiyəsi və idmanla bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi 

haqqında 

  

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI 



  

"Bədən  tərbiyəsi  və  idman  haqqında"  Azərbaycan  Respublikası  Qanununun  tətbiq 

edilməsi  barədə"  Azərbaycan  Respublikası  Prezidentinin  2009-cu  il  27  avqust  tarixli  147 

nömrəli Fərmanının 1.4, 1.5, 1.6, 1.7, 1.8, 1.9, 1.10, 1.11, 1.14 və 1.15-ci bəndlərinin icrasını 

təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır: 

1. "İctimai birliklərə respublika idman federasiyası statusunun verilməsi üçün onların 

dövlət  akkreditasiyası  Qaydası",  "Hüquqi  şəxs  statusu  olmayan  idman  klubu  haqqında 

Nümunəvi  Əsasnamə",  "Hərbi-tətbiqi  və  xidməti  —  tətbiqi  idman  növlərinin  Siyahısı", 

"Milli yığma komandaların maddi-texniki, elmi-metodiki, tibbi-bioloji, tibbi və antidopinq 

təminatı  Qaydası",  "Ölkə  ərazisində  yayılan  idman  növlərinin  və  idman  fənlərinin 

tanınması  Qaydaları",  "Respublika  idman  federasiyalarının  dövlət  reyestrinin  aparılması 

Qaydaları",  "İdman  növlərinin  dövlət  reyestrinin  aparılması  Qaydaları",  "Azərbaycan 

Respublikasında  bədən  tərbiyəsi  və  idman  sahəsində  idman  adları,  idman  dərəcələri, 

məşqçilərin  təsnifat  kateqoriyaları  və  idman  hakimlərinin  təsnifat  dərəcələri",  "Dövlət 

bədən tərbiyəsi-idman təşkilatlarında bədən tərbiyəsi və idman xidmətləri güzəştli şərtlərlə 

göstərilən  bəzi  kateqoriyadan  olan  şəxslərin  Siyahısı",  "Dövlət  bədən  tərbiyəsi-idman 

təşkilatlarında  göstərilən  bədən  tərbiyəsi  və  idman  xidmətlərinə  güzəştlərin  siyahısı  və 

onların həcmi" təsdiq edilsin (əlavə olunur). 

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir. 

  

Azərbaycan Respublikasının Baş naziri  A. RASİZADƏ

 

 



 

Bakı şəhəri, 24 dekabr 2009-cu il

 

    № 198



 

 

 



 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin



 

2009-cu il 24 dekabr tarixli, 198 nömrəli qərarı ilə

 

TƏSDİQ EDİLMİŞDİR



 

  

İctimai birliklərə respublika idman 



federasiyası statusunun verilməsi üçün onların dövlət 

akkreditasiyası 

Q A Y D A S I 

  

1. ÜMUMİ MÜDDƏA 

 

 

Bu Qayda 



"

Bədən tərbiyəsi və idman haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq 

edilməsi  barədə

"

 Azərbaycan  Respublikası  Prezidentinin  2009-cu  il  27  avqust  tarixli,  147 nömrəli 



Fərmanının  1.4-cü  bəndinin  icrasını  təmin  etmək  məqsədi  ilə  hazırlanmışdır  və  ölkə  ərazisində 

fəaliyyət göstərən ölkə səviyyəli bədən tərbiyəsi — idman ictimai birliklərinə ayrı-ayrı idman növləri 

üzrə  respublika  idman  federasiyası  (assosiasiyası)  statusunun  verilməsi  üçün  onların  dövlət 

akkreditasiyası qaydasını müəyyən edir.



[1]

 

 

 

2. AKKREDİTASİYA QAYDASI

 

 

 

2.1.  İctimai  birliklər  Azərbaycan  Milli  Olimpiya  Komitəsinin  rəyi  nəzərə  alınmaqla, 



Azərbaycan  Respublikasının  Gənclər  və  İdman  Nazirliyi  (bundan  sonra  —  Nazirlik)  tərəfindən 

dövlət akkreditasiyasından keçdikdən sonra respublika idman federasiyası statusunu alır.

 

2.2. Təqdim edilmiş sənədlərə 40 (qırx) gün ərzində baxılaraq Nazirliyin rəyi müsbət olduqda, 



müraciət  edənə  akkreditasiya  barədə  qərarın  təsdiq  edilmiş  surəti,  əks  halda,  imtina 

(qanunvericiliyin həmin imtinaya səbəb olmuş müddəaları göstərilməklə və izah edilməklə) barədə 

yazılı məlumat verilir.

 

2.3.  Dövlət  akkreditasiyası  barədə  Nazirliyin  kollegiyasında  vəsatətin  qaldırılması, 



akkreditasiya  olunmuş  respublika  idman  federasiyalarının  (assosiasiyalarının)  fəaliyyətinə 

nəzarətin təşkili və həyata keçirilməsi, akkreditasiya tələblərinə əlavələr və dəyişikliklər haqqında 

onlara  vaxtında  rəsmi  xəbərdarlığın  edilməsi,  akkreditasiya  ilə  bağlı  apelyasiyalara  və  digər 

məsələlərə baxılması, bu barədə müvafiq qərarların qəbul edilməsi məqsədi ilə Nazirlik tərəfindən 

akkreditasiyanı həyata keçirən «xüsusi komissiya» yaradılır və onun tərkibi təsdiq edilir.

 

2.4. Akkreditasiyadan keçmiş, eləcə də müəyyən səbəblərə görə fəaliyyəti dayandırılmış və ya 



ləğv  edilmiş  respublika  idman  federasiyaları  (assosiasiyaları)  haqqında  məlumatlar  Nazirlik 

tərəfindən respublika idman federasiyalarının (assosiasiyalarının) dövlət reyestrinə daxil edilir, bu 

barədə məlumat Nazirliyin və Milli Olimpiya Komitəsinin informasiya bülletenlərində dərc olunur.

 

 

 

3. AKKREDİTASİYA ÜZRƏ TƏLƏB OLUNAN SƏNƏDLƏR

 

 

 

3.1. Akkreditasiya olunmaq üçün ictimai birlik tərəfindən Nazirliyə aşağıdakı sənədlər təqdim 



edilməlidir:

 

rəsmi müraciət (ərizə);



 

bədən tərbiyəsi və idman yönümlü ictimai birliyin təsis sənədlərinin və hüquqi şəxsin dövlət 

qeydiyyatı haqqında şəhadətnaməsinin notariat qaydasında təsdiq olunmuş surətləri;

 

Milli Olimpiya Komitəsinin rəyi;



 

inkişaf etdirilən idman növləri və fənlərinin siyahısı;

 

müvafiq  idman  növü  üzrə  yarışların  müəyyən  edilmiş  qaydada  təsdiq  edilmiş  keçirilmə 



qaydaları və həmin idman növünün inkişaf və təbliğ edilməsi barədə proqram layihəsi;

 

müvafiq  idman  növü  üzrə  yüksək  səviyyəli  idmançıların  hazırlığı  sisteminin 



təkmilləşdirilməsi haqqında təkliflər;

 

idman obyektləri və bazaları haqqında məlumatlar;



 

milli  yığma  komandalara  namizədlərin  seçilməsi  və  komandaların  komplektləşdirilməsinə 

dair təkliflər;

 

ictimai birliyin fəaliyyətinin təmin edilməsi üzrə maliyyə mənbələri haqqında rəsmi sənədlər.



 

beynəlxalq və digər idman qurumlarına üzvlüyü haqqında məlumat;

 

rəhbərliyi və rəhbər orqanlarının tərkibi haqqında məlumat.



[2]

 

3.2. Akkreditasiya ilə bağlı sənədlər Nazirlik tərəfindən siyahı üzrə qəbul olunur.



 

 

 

4. AKKREDİTASİYA BARƏDƏ QƏRAR

 

 

 

4.1. İctimai birlik dövlət akkreditasiyasından keçdikdə, ona Nazirliyin kollegiyası tərəfindən 



qəbul edilmiş akkreditasiya barədə qərarın təsdiq edilmiş surəti təqdim edilir.

 

4.2.  Nazirlik  respublika  idman  federasiyasının  fəaliyyətini  dayandırmaq  və  ya  ləğv  etmək 



hüququna malikdir.

 

4.3. Aşağıdakı hallarda dövlət akkreditasiyası haqqında qərar dayandırılır və ya aşkar edilən 



nöqsanların ciddiliyindən asılı olaraq ləğv edilir:

 

dövlət  akkreditasiyasından  keçmək  üçün  təqdim  edilmiş  sənədlərdə  qeyri-dürüst,  həqiqətə 



uyğun olmayan və səhv faktlar (məlumatlar) aşkar edildikdə;

 

respublika  idman  federasiyasının  sənədlərində  və  ya  fəaliyyətində  əsaslı  dəyişikliklər  baş 



verdiyi  halda,  bu  barədə  Nazirliyin  xüsusi  komissiyasına  1  (bir)  ay  müddətində  məlumat 

verilmədikdə;

 

respublika idman federasiyasının (assosiasiyasının) fəaliyyətində onlar üçün müəyyən edilmiş 



tələblərin pozulması hallarına yol verildikdə.

 

Bu tələblər aşağıdakılardan ibarətdir:



 

"

Bədən  tərbiyəsi  və  idman  haqqında



"

 Azərbaycan  Respublikasının  Qanunu  ilə  müəyyən 

edilmiş qaydalara tam riayət olunması;

 

Nazirlik  tərəfindən  təsdiq  edilmiş  respublika  Vahid  idman  təsnifatına  və  digər  normativ 



sənədlərə riayət olunması;

 

müvafiq idman növünün idmanın inkişafı üzrə dövlət proqramına uyğun və sistemli inkişaf 



etdirilməsi;

 

idman fəaliyyətində beynəlxalq norma və qaydalara əməl olunması;



 

yarışlar  keçirilən  idman  obyektlərinin  idman  növünün  qaydalarına  və  tələblərinə  uyğun 

olması, sanitar-gigiyenik, mühəndis-texniki, təhlükəsizlik və digər normalara cavab verməsi;

 

Nazirliyin bütün sorğularına vaxtında, düzgün və ətraflı məlumatların təqdim olunması.



 

 

 

5. YEKUN MÜDDƏALAR

 

 

 

5.1. Respublika idman federasiyasının fəaliyyətinin dayandırılması və ya ləğv edilməsi barədə 



qərarda respublika idman federasiyasının fəaliyyətinin hansı səbəblərə görə dayandırılması və ya 

ləğv edilməsi və dayandırılması səbəblərinin aradan götürülməsi üçün 3 (üç) aydan çox olmayaraq 

müddət göstərilməlidir.

 

Respublika idman federasiyasının (assosiasiyasının) fəaliyyətindəki qeyri-qanuni halların və 



digər pozuntuların aradan götürülməsi təmin edilmədikdə, onun fəaliyyəti Nazirliyin qərarı ilə ləğv 

edilir.


 

5.2. Akkreditasiya olunmuş respublika idman federasiyası (assosiasiyası) ləğv edildikdə və ya 

yenidən təşkil olunduqda, onun fəaliyyəti bitmiş hesab olunur.

 

Qəbul  olunmuş  qərarlar  barədə  respublika  idman  federasiyası  (assosiasiyası)  3  (üç)  gün 



ərzində məlumatlandırılmalıdır.

 

5.3. Akkreditasiya tələblərinə riayət edilməsinə nəzarət Nazirlik tərəfindən həyata keçirilir.



 

5.4. Nazirliyin fəaliyyətindən və qərarlarından qanunvericiliyə uyğun qaydada yuxarı inzibati 

orqana və ya məhkəməyə şikayət verilə bilər.

 

  



  

 

 



 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin



 

2009-cu il 24 dekabr tarixli, 198 nömrəli qərarı ilə

 

TƏSDİQ EDİLMİŞDİR



 

  

Hüquqi şəxs statusu olmayan idman klubu haqqında

 

 

 

NÜMUNƏVİ ƏSASNAMƏ

 

 

 

1. ÜMUMİ MÜDDƏALAR

 

 

 

1.1. Hüquqi şəxs statusu olmayan idman klubu (bundan sonra — klub) haqqında Nümunəvi 



Əsasnamə 

"

Bədən  tərbiyəsi  və  idman  haqqında»  Azərbaycan  Respublikası  Qanununun  tətbiq 



edilməsi  barədə

"

 Azərbaycan  Respublikası  Prezidentinin  2009-cu  il  27  avqust  tarixli,  147 nömrəli 



Fərmanının 1.5-ci bəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır.

 

1.2.  Klubun  Əsasnaməsi  onun  fəaliyyət  göstərdiyi  sahənin  xüsusiyyətlərinə  uyğun  olaraq 



təsisçi tərəfindən hazırlanır və təsdiq edilir.

 

1.3.  Klubun  fəaliyyəti  məşğul  olanların  həyat  və  sağlamlıqlarının  qorunması,  fiziki 



hazırlıqlarının  inkişafı  və  təkmilləşdirilməsi,  idmanın  ayrı-ayrı  növləri  üzrə  idman  ustalıqlarının 

artırılması, mənəvi, əxlaqi və mübariz keyfiyyətlərə yiyələnməsi prinsipləri əsasında qurulur.

 

1.4. Klub:



 

fəaliyyətini demokratiya prinsipləri əsasında həyata keçirir;

 

fəaliyyətinin yekunları haqqında kollektiv qarşısında hesabat verir;



 

simvollarına, embleminə və atributlarına malikdir;

 

fəaliyyət  göstərdiyi  ərazi  üzrə  müvafiq  şəhər  (rayon)  gənclər  və  idman  baş  idarəsində 



(idarəsində) qeydə alınır.

 

 

 

2. KLUBUN MƏQSƏDİ

 

 

 

Klubun əsas məqsədi fəaliyyət göstərdiyi sahədə bədən tərbiyəsi və idmanın inkişafının təmin 



edilməsi,  üzvlərinin  maraqları  əsasında  onların  asudə  vaxtlarının  səmərəli  təşkil  edilməsi, 

sağlamlıqlarının qorunması, fiziki inkişaflarına nail olunması, Vətənin müdafiəsinə daim hazır və 

yüksək əmək qabiliyyətli olması və respublikanın milli yığma komandalarının ehtiyat qüvvələrinin 

hazırlanmasında fəal iştirakın təmin edilməsidir.

 

 

 

3. KLUBUN FUNKSİYALARI, VƏZİFƏLƏRİ VƏ HÜQUQLARI

 

 

 

3.1. Klubun funksiyaları aşağıdakılardır:



 

aidiyyəti sahə üzrə təhsil alanların, üzvlərinin bədən tərbiyəsi və idmanla, idman turizmi ilə 

məşğul olmalarını təşkil edir;

 

əhaliyə kütləvi bədən tərbiyəsi-sağlamlıq və müxtəlif idman xidmətləri göstərir;



 

sağlamlıq  qruplarında  və  idman  bölmələrində  təlim-məşq  prosesinin  aparılmasına  nəzarət 

edir, yığma komandaları formalaşdırır, onların hazırlığını və yarışlarda iştiraklarını təmin edir;

 


Azərbaycan  Respublikasının  qanunvericiliyi  ilə  qadağan  olunmayan  digər  fəaliyyətlər 

göstərir.

 

3.2. Klubun vəzifələri aşağıdakılardır:



 

üzvlərinin sağlamlığını bədən tərbiyəsi və idman vasitəsilə möhkəmləndirmək;

 

bədən  tərbiyəsi  və  idmanı  sağlam  həyat  tərzi  kimi  üzvlərinin  və  onların  ailə  üzvlərinin 



gündəlik həyatına daxil etmək;

 

üzvlərinin  idmanın  ayrı-ayrı  növlərində  yarışlarda  iştirakını  və  uğurlar  qazanmasını  təmin 



etmək;

 

klubun idman bölmələrində məşğul olanların respublika Vahid idman təsnifatının tələblərinə 



uyğun olaraq idman dərəcələri üzrə normativlərin yerinə yetirilməsi istiqamətində iş aparmaq;

 

öz  fəaliyyətində  elmi-metodiki  tövsiyələrdən  və  qabaqcıl  iş  təcrübəsindən  istifadə  etmək, 



seminar-məşğələlər, baxış — müsabiqələr və digər belə tədbirlər təşkil etmək;

 

məşğul  olduğu  idman  növləri  üzrə  fəaliyyət  göstərən  respublika  idman  federasiyaları 



(assosiasiyaları) ilə əlaqə saxlamaq, beynəlxalq idman əlaqələrini təşkil etmək;

 

maddi-texniki bazanın yaradılmasını və daimi inkişafını, maliyyə təminatını və onun ildən-ilə 



artırılmasını təmin etmək.

 

3.3. Klub aşağıdakı hüquqlara malikdir:



 

klubun maddi-texniki imkanlarından səmərəli istifadəni təmin etməklə, klubun üzvləri üçün 

idman ləvazimatı və avadanlığı almaq;

 

sərəncamına verilmiş əmlakdan (inzibati bina və ya otaqlar, idman qurğuları, texniki vəsait, 



idman avadanlığı, ləvazimatı və s.) təmənnasız olaraq klubun tələbatına uyğun istifadə etmək;

 

yüksək  nailiyyətlər  qazanmış  və  nəticələrə  nail  olmuş  klub  üzvlərini  və  idmançılarını  təltif 



etmək və daha yüksək səviyyədə mükafatlandırmaya təqdim etmək;

 

klub üçün icarəyə götürülmüş idman obyektlərindən səmərəli istifadə etmək;



 

klubun  maddi-texniki  bazasını  və  maliyyə  təminatını  möhkəmləndirmək  məqsədi  ilə 

kommersiya fəaliyyəti göstərmək;

 

əhaliyə pullu bədən tərbiyəsi-sağlamlıq və idman xidmətləri göstərmək;



 

klubun  iş  planına  uyğun  olaraq  bədən  tərbiyəsi-sağlamlıq  tədbirləri,  idman  yarışları, 

kompleks spartakiadaları keçirmək;

 

üzvlərini müxtəlif idman tədbirləri ilə bağlı ayrı-ayrı şəhərlərə və ölkələrə ezam etmək;



 

öz  yığma  komandaları  üçün  təlim-məşq  toplanışları  keçirmək,  onların  sahə,  şəhər  (rayon), 

respublika və beynəlxalq yarışlarda iştirakını təmin etmək;

 

respublika Vahid idman təsnifatına əsasən klubun idmançılarına idman dərəcələri vermək və 



daha yüksək dərəcələrin verilməsinə təqdim etmək;

 

öz emblemini, simvol və atributlarını reklam etmək.



 

 

 

4. KLUBUN ÜZVLƏRİ, ONLARIN HÜQUQ VƏ VƏZİFƏLƏRİ

 

 

 

4.1.  Klubun  Əsasnaməsini  qəbul  edən,  təsisçinin  qərarlarını  yerinə  yetirən,  klubun  mənsub 



olduğu təşkilatda təhsil alan, işləyən hər bir şəxs və onların ailə üzvləri, ölkə ərazisində yaşayan 

Azərbaycan vətəndaşları və əcnəbilər klubun üzvü ola bilərlər.

 

4.2. Klubun üzvlüyünə qəbul üzv olmaq istəyənin şəxsi ərizəsi əsasında klubun idarə heyəti 



tərəfindən həyata keçirilir.

 

4.3. Klubun üzvləri aşağıdakı hüquqlara malikdirlər:



 

klubun rəhbər orqanlarını seçmək və seçilmək;

 


klubun  bölmələrində,  qruplarında  bədən  tərbiyəsi-sağlamlıq,  idman  və  idman  turizmi  ilə 

məşğul olmaq;

 

klubun komandalarının heyətinə daxil olmaq, təlim-məşq toplantılarında hazırlıq keçmək və 



klubun  iştirak  etdiyi  şəhər  (rayon),  respublika  və  beynəlxalq  yarışlarda  klubun  idman  şərəfini 

qorumaq;


 

klubun  keçirdiyi,  eləcə  də  klub  tərəfindən  göndərilmiş  xüsusi  seminarlarda,  kurslarda, 

toplantılarda təlim keçmək;

 

klubun sərəncamında olan idman qurğularından və avadanlıqlarından istifadə etmək;



 

klubun döş nişanını, emblemini, idman geyimini və digər fərqləndirici atributlarını daşımaq;

 

yığıncaqlarda (konfranslarda), mətbuatda və digər toplantılarda klubun fəaliyyəti haqqında 



öz fikirlərini söyləmək, tənqid etmək, təklif vermək, qəbul olunan qərarlara münasibət bildirmək.

 

4.4. Klubun üzvlərinin vəzifələri aşağıdakılardan ibarətdir:



 

klubun işində fəal iştirak etmək, rəhbər orqanların qərarlarını yerinə yetirmək;

 

Vətənin  müdafiəsinə  hazır  və  yüksək  əmək  qabiliyyətinə  malik  olmaq  üçün  klubun 



imkanlarından səmərəli istifadə etmək;

 

sistematik  olaraq  tibbi  müayinələrdən  keçmək,  həkim  nəzarətinin  tələblərinə  və  şəxsi 



gigiyenaya riayət etmək;

 

klubun əmlakını qorumaq, onlardan qənaətlə və səmərəli istifadə etmək.



 

 

 

5. KLUBUN MALİYYƏLƏŞDİRİLMƏSİ

 

 

 

5.1. Klubun maliyyə fəaliyyəti təsdiq edilmiş xərclər smetasına uyğun olaraq həyata keçirilir.



 

5.2. Klubun əsas maliyyə mənbələri aşağıdakılardır:

 

təsisçi tərəfindən bədən tərbiyəsi-sağlamlıq və idman işlərinin təşkilinə ayrılan vəsait;



 

klubun təsisçisi olan hüquqi şəxsin Həmkarlar İttifaqı Komitəsindən bu sahəyə ayrılan vəsait;

 

sponsorlardan,  hami  təşkilatlardan  daxil  olan  vəsaitlər,  həmçinin  digər  fiziki  və  hüquqi 



şəxslərin könüllü ianələri;

 

yerli özünüidarəetmə orqanlarından müvafiq ərazi üzrə bədən tərbiyəsi və idmanın inkişafına 



dair dövlət proqramlarının icrası ilə bağlı ayrılan vəsaitlər;

 

qanunvericiliklə qadağan edilməyən digər fəaliyyət növlərindən əldə olunmuş vəsaitlər.



 

5.3.  Klub  təsisçi  ilə  razılaşdırmaqla,  klubun  ştat  cədvəlini  və  işçilərin  aylıq  əməkhaqlarının 

məbləğini müəyyən edir.

 

5.4. Klubun maliyyə fəaliyyətinə nəzarət klubun təftiş komissiyası və təsisçi tərəfindən həyata 



keçirilir.

 

 

 

6. KLUBUN İDARƏETMƏ ORQANLARI

 

 

 

6.1. Klub Əsasnaməsinə uyğun olaraq təşkilati strukturunu təsdiq edir, idarə heyətini, təftiş 



komissiyasını seçir, bədən tərbiyəsi və idmanın inkişafı ilə bağlı tədbirlər planını hazırlayır, idarə 

heyətinin və təftiş komissiyasının hesabatlarını dinləyir və qərarlar qəbul edir.

 

6.2. Klubun fəaliyyətinə rəhbərlik klubun idarə heyəti tərəfindən həyata keçirilir.



 

6.3. İdarə heyəti klubun Əsasnaməsi ilə müəyyən edilmiş müddətə seçilir. İdarə heyəti sədri, 

sədrin müavinini, xəzinədarı və katibi seçir, heyət üzvləri arasında vəzifə bölgüsünü aparır. İdarə 

heyəti klubun iş planını təsdiq edir, onun icrasını təmin edir, Əsasnamə ilə müəyyən edilmiş müddət 

üçün klubun fəaliyyəti barədə hesabat verir.

 


İdarə  heyəti  klubun  nəzdində  ayrı-ayrı  komissiyalar  və  işçi  qrupları  yaradır,  onların 

fəaliyyətinə rəhbərliyi və nəzarəti həyata keçirir.

 

İdarə heyətinin iclasları ayda 1 (bir) dəfədən az olmamaqla keçirilir. İclas heyət üzvlərinin 50%-



dən çoxunun iştirakı zamanı səlahiyyətli sayılır.

 

Klubun  idarə  heyətinin  sədri  həm  də  klubun  sədri  olaraq,  idarə  heyətinin  fəaliyyətinə 



rəhbərlik edir, klubun adından çıxış edir, dövlət, ictimai, qeyri-hökumət, özəl və digər təşkilatlarda, 

eləcə də beynəlxalq qurumlarda klubu təmsil edir, müqavilələr bağlayır. Klubun sədri klubun idarə 

heyəti üçün Əsasnamə ilə müəyyən edilmiş müddətə seçilir.

 

6.4. Klubun sədri:



 

klubun  fəaliyyətinə,  eləcə  də  maliyyə-təsərrüfat  fəaliyyətinə  rəhbərlik  edir  və  bunun  üçün 

məsuliyyət daşıyır;

 

klubun işçilərinin funksional vəzifələrini müəyyənləşdirir və təsdiq edir, əmək qanunvericiliyi 



əsasında onları işə qəbul və işdən azad edir;

 

səlahiyyətləri çərçivəsində əmrlər və təlimatlar verir;



 

klubun daxili iş rejimini və qaydalarını müəyyənləşdirir və təsdiq edir;

 

klubun  fəaliyyətinin  yekunlarından  asılı  olaraq,  işçilər  barəsində  həvəsləndirmə  və  intizam 



tənbehi tədbirləri görür.

 

7. KLUBUN FƏALİYYƏTİNİN DAYANDIRILMASI VƏ YA LƏĞV EDİLMƏSİ

 

 

 



7.1.  Klubun  fəaliyyətinin  dayandırılması  və  ya  ləğv  edilməsi  klubun  təsisçisinin  qərarı  ilə 

qanunvericiliklə nəzərdə tutulmuş qaydada həyata keçirilir.

 

7.2. Klubun fəaliyyətinin dayandırılması və ya ləğv edilməsi ilə bağlı qəbul olunmuş qərardan 



qanunvericiliklə müəyyən olunmuş qaydada məhkəməyə şikayət verilə bilər.

 

  



  

 

 



 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin



 

2009-cu il 24 dekabr tarixli, 198 nömrəli qərarı ilə

 

TƏSDİQ EDİLMİŞDİR



 

  

Hərbi-tətbiqi və xidməti-tətbiqi idman növlərinin 



  

SİYAHISI 

 

 

Bu Siyahı 



"

Bədən tərbiyəsi və idman haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq 

edilməsi  barədə

"

 Azərbaycan  Respublikası  Prezidentinin  2009-cu  il  27  avqust  tarixli,  147 nömrəli 



Fərmanının 1.6-cı bəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır.

 

Hərbi-tətbiqi və xidməti-tətbiqi idman növləri aşağıdakı cədvəldə göstərildiyi kimi müəyyən 



edilir:

 

 



 


Yüklə 241,96 Kb.

Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin