Bədən tərbiyəsi və idmanla bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında



Yüklə 241,96 Kb.
Pdf görüntüsü
səhifə3/3
tarix21.04.2017
ölçüsü241,96 Kb.
#15060
1   2   3

 

 

3. RİFDR-DƏ DƏYİŞİKLİK EDİLMƏSİ

 

 

 

3.1. RİFDR-də dəyişikliklər edilməsi Nazirlik tərəfindən aşağıdakı hallarda həyata keçirilir:



 

təqdim edilmiş sənəd və məlumatlara əlavələr və dəyişikliklər edildikdə;

 

hər hansı bir respublika idman federasiyasının (assosiasiyasının) fəaliyyəti dayandırıldıqda və 



ya ləğv edildikdə.

 

3.2.  RİFDR-də  dəyişikliklər  respublika  idman  federasiyasının  (assosiasiyasının)  rəsmi 



müraciəti əsasında Nazirlik tərəfindən qəbul edilmiş qərarla edilir.

 

3.3.  Respublika  idman  federasiyası  (assosiasiyası)  təklif  etdiyi  dəyişiklikləri  təsdiqləyən 



sənədləri öz müraciətinə əlavə etməlidir. Əks halda, həmçinin, təqdim olunmuş sənədlər həqiqətə 

uyğun olmadıqda, qeyri-dəqiq və səhv tərtib olunduqda, Nazirlik dəyişikliklər haqqında qaldırılmış 

məsələyə baxmır və bu barədə müraciət edəni 10 (on) gün ərzində rəsmi məlumatlandırır.

 

3.4.  Təqdim  olunmuş  sənədlər  əsasında  RİFDR-də  dəyişikliklər  aparılması  və  yaxud 



aparılmaması haqqında Nazirlik tərəfindən qəbul edilmiş qərar müəyyən edilmiş qaydalara uyğun 

olaraq 10 (on) gün ərzində müraciət edənə göndərilir.

 

 

 

4. RİFDR-İN AŞKARLIĞI

 

 

 

Respublika idman federasiyaları (assosiasiyaları) haqqında RİFDR-də toplanmış məlumatlar 



istənilən maraqlı şəxsin sorğusu əsasında Nazirlik tərəfindən verilir.

 

  



  

 

 



 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin



 

2009-cu il 24 dekabr tarixli, 198 nömrəli qərarı ilə

 

TƏSDİQ EDİLMİŞDİR



 

  

İdman növlərinin dövlət reyestrinin aparılması 



QAYDALARI 

 

 


1. ÜMUMİ MÜDDƏALAR

 

 

 

1.  Bu  Qaydalar 



"

Bədən  tərbiyəsi və  idman  haqqında

"

 Azərbaycan  Respublikası  Qanununun 



tətbiq  edilməsi  barədə

"

 Azərbaycan  Respublikası  Prezidentinin  2009-cu  il  27  avqust  tarixli,  147 



nömrəli Fərmanının 1.10-cu bəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır.

 

2.  Bu  Qaydaların  məqsəd  və  vəzifələri  ölkə  ərazisində  inkişaf  etdirilən  idman  növləri  və 



fənlərinin,  həmçinin,  inkişafı  planlaşdırılan  yeni  idman  növləri  və  fənlərinin  idman  növlərinin 

dövlət reyestrinə (bundan sonra — İNDR) daxil edilmə qaydalarını müəyyənləşdirmək, bu idman 

növlərinin  sistemli  inkişafını  təmin  etmək,  idman  növlərinin  inkişaf  səviyyəsi  və  əhatə  dairəsi 

haqqında  statistik  hesabatların  təkmilləşdirilməsinə  və  real  vəziyyəti  əks  etdirə  bilməsinə  nail 

olmaqdır.

 

 

 

2. İNDR-İN APARILMASI QAYDALARI

 

 

 

2.1. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən təsdiq edilmiş bədən 



tərbiyəsi və idman sahəsinə aid statistik hesabatda qeydiyyata alınmış idman növləri ölkə ərazisində 

rəsmi olaraq tanınmış idman növləri kimi İNDR-ə daxil edilir.

 

2.2.  Azərbaycan  Respublikasının  Gənclər  və  İdman  Nazirliyi  (bundan  sonra-Nazirlik) 



tərəfindən  tanınmış  idman  növlərinin  (fənlərinin)  İNDR-ə  daxil  edilməsi  müvafiq  idman  növləri 

üzrə  respublika  idman  federasiyaları  (assosiasiyaları),  bədən  tərbiyəsi  və  idman  təşkilatları,  icra 

hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının rəsmi müraciətləri əsasında Nazirlik tərəfindən 

həyata keçirilir.

 

2.3. İNDR-ə daxil edilməsi üçün aşağıdakı sənədlər tələb olunur:



 

idman növünün (fənninin) İNDR-ə daxil edilməsi haqqında rəsmi müraciət;

 

idman növünün (fənninin) tanınması haqqında Nazirliyin qərarının təsdiq edilmiş surəti. 



[5]

 

2.2. Ölkə ərazisində qanunvericiliklə müəyyən edilmiş qaydada tanınmış idman növü (fənni) 



İNDR-ə Nazirliyin qərarı əsasında daxil edilir.

[6]


 

 

 

3. XÜSUSİ QEYDLƏR

 

 

 

3.1.  Müvafiq  idman  növü  üzrə  ictimai  birliyə  respublika  idman  federasiyası  statusunun 



verilməsi üçün onun dövlət akkreditasiyası məsələsinə yalnız həmin idman növünün İNDR-ə daxil 

edilməsindən sonra baxıla bilər.

 

3.2.  Hər  ilin  yekunlarına  görə  Nazirlik  İNDR-ə  daxil  edilmiş  bütün  idman  növlərinin 



(fənlərinin) siyahısını öz bülletenində və rəsmi sənədlər toplusunda nəşr etdirir.

 

3.3.  Tanınmış  idman  növü  (fənni)  ölkə  ərazisində  yayılan  idman  növünə  (fənninə)  dair 



tələblərə gələcəkdə cavab vermədikdə İNDR-dən çıxarılır.

 

3.4. İNDR-də aparılan dəyişikliklər Nazirliyin qərarı ilə həyata keçirilir.



 

3.5. İNDR-ə daxil edilmiş idman növlərinə müəyyən edilmiş kod — nömrələr verilir.

 

  

 



 

 

 



Azərbaycan Respublikası Nazirlər Kabinetinin

 

2009-cu il 24 dekabr tarixli, 198 nömrəli qərarı ilə



 

TƏSDİQ EDİLMİŞDİR

 


 

 

Azərbaycan Respublikasında bədən tərbiyəsi və idman sahəsində idman adları, idman 



dərəcələri, məşqçilərin təsnifat kateqoriyaları və idman hakimlərinin təsnifat dərəcələri 

Azərbaycan Respublikasında bədən tərbiyəsi və idman sahəsində idman adları, idman 

dərəcələri, məşqçilərin təsnifat kateqoriyaları və idman hakimlərinin təsnifat dərəcələri 

«Bədən tərbiyəsi və idman haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq 

edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 27 avqust tarixli, 

147 nömrəli Fərmanının 1.11-ci bəndinin icrasını təmin etmək məqsədi ilə 

hazırlanmışdır. 

 

 

1.



 

İDMAN ADLARI

 

 

 

Azərbaycan Respublikasında idman adları aşağıdakılardır:



 

Azərbaycan Respublikasının Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi

 

Azərbaycan Respublikasının Əməkdar Məşqçisi



 

Azərbaycan Respublikasının Əməkdar İdman Ustası

 

Azərbaycan Respublikasının Fəxri Bədən Tərbiyəsi və İdman İşçisi



 

İlk  ad  Azərbaycan  Respublikası  Gənclər  və  İdman  Nazirliyinin  (bundan  sonra  —  Nazirlik) 

təqdimatı əsasında Azərbaycan Respublikasının Prezidenti tərəfindən, sonrakı üç ad isə respublika 

miqyaslı bədən tərbiyəsi və idman təşkilatlarının, idman növləri üzrə respublika federasiyalarının 

təqdimatları əsasında Nazirliyin kollegiyasının qərarı ilə verilir.

[7]


 

 

 

2. İDMAN DƏRƏCƏLƏRİ

 

 

 

Azərbaycan Respublikasının idmançılarına aşağıdakı dərəcələr verilir:



 

Beynəlxalq İdman Ustası

 

Beynəlxalq Qrossmeyster



 

Qrossmeyster

 

İdman Ustası



 

İdman Ustalığına namizəd

 

I idman dərəcəsi



 

II idman dərəcəsi

 

III idman dərəcəsi



 

IV idman dərəcəsi

 

Beynəlxalq  İdman  Ustası,  Beynəlxalq  Qrossmeyster,  Qrossmeyster  idman  dərəcələri 



idmançıların  beynəlxalq  yarışlarda  iştirakının  nəticələrinə  əsasən  idman  növləri  üzrə  beynəlxalq 

idman federasiyaları tərəfindən verilir.

 

Respublika idman dərəcələri hər olimpiya dövrü üçün 4 (dörd) illik müddətə müvafiq idman 



növləri  üzrə  respublika  idman  federasiyalarının  (assosiasiyalarının)  təklifləri  əsasında  Nazirlik 

tərəfindən  hazırlanmış  və  təsdiq  edilmiş  respublika  Vahid  idman  təsnifatının  tələb  və  şərtləri 

əsasında verilir.

 

İdman Ustası və İdman Ustalığına namizəd dərəcələri — Nazirlik; I idman dərəcəsi — şəhər 



(rayon)  gənclər  və  idman  baş  idarələri  (idarələri),  respublika  miqyaslı  bədən  tərbiyəsi  və  idman 

təşkilatları; II, III və IV idman dərəcələri isə bədən tərbiyəsi və idman təşkilatları, idman klubları və 



idman  məktəbləri  tərəfindən  müvafiq  təqdimatlar  əsasında  respublika  Vahid  idman  təsnifatına 

uyğun olaraq verilir.

 

İdman ustalığına namizəd dərəcəsi, həmçinin, Naxçıvan MR-ın Gənclər və İdman Nazirliyi və 



Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən verilir.

 

Beynəlxalq  İdman  Ustası,  Beynəlxalq  Qrossmeyster,  Qrossmeyster,  İdman  Ustası  dərəcələri 



daimi, digər dərəcələr isə verildiyi vaxtdan etibarən 2 (iki) il müddətində etibarlı sayılır.

 

 

 

3. MƏŞQÇİLƏRİN TƏSNİFAT KATEQORİYALARI

 

 

 

Məşqçilərin təsnifat kateqoriyaları aşağıdakı kimi müəyyənləşdirilmişdir:



 

Ali kateqoriya

 

I kateqoriya



 

II kateqoriya.

 

Məşqçilərin  təsnifat  kateqoriyaları  Nazirlik  tərəfindən  respublika  Vahid  idman  təsnifatı  ilə 



müəyyən edilmiş normalar, tələblər və şərtlər əsasında verilir.

 

 

 

4. İDMAN HAKİMLƏRİNİN TƏSNİFAT DƏRƏCƏLƏRİ

 

 

 

Azərbaycan  Respublikasının  idman  hakimlərinin  təsnifat  dərəcələri  aşağıdakı  kimi 



müəyyənləşdirilmişdir:

 

Beynəlxalq dərəcəli hakim



 

Respublika dərəcəli hakim

 

I dərəcəli hakim



 

İdman hakimi.

 

"

Beynəlxalq dərəcəli hakim



"

 dərəcəsi hakimlərin beynəlxalq yarışlarda iştirakının nəticələrinə 

əsasən müvafiq idman növləri üzrə beynəlxalq federasiyalar tərəfindən verilir.

 

"



Respublika  dərəcəli  hakim

"

 dərəcəsi  müvafiq  idman  növləri  üzrə  respublika  idman 



federasiyalarının təqdimatı əsasında Nazirliyin kollegiyasının qərarı ilə verilir.

 

"



1-ci  dərəcəli  hakim

"

 dərəcəsi  müvafiq  təqdimatlar  əsasında  Naxçıvan  MR-in  Gənclər  və 



İdman Nazirliyi, şəhər (rayon) gənclər və idman baş idarələri (idarələri), respublika miqyaslı bədən 

tərbiyəsi  və  idman  təşkilatları  və  müvafiq  idman  növləri  üzrə  respublika  idman  federasiyaları 

tərəfindən verilir.

 

"



İdman  hakimi

"

 dərəcəsi  bədən  tərbiyəsi  və  idman  təşkilatları,  idman  klubları  və  idman 



məktəbləri tərəfindən verilir.

 

İdman  hakimlərinin  təsnifat  dərəcələri  respublika  Vahid  idman  təsnifatının  müvafiq  dövr 



üçün müəyyən edilmiş normaları, tələbləri və şərtləri əsasında verilir.

 

  



  

 

 



 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin



 

2009-cu il 24 dekabr tarixli, 198 nömrəli qərarı ilə

 

TƏSDİQ EDİLMİŞDİR



 

  


Dövlət bədən tərbiyəsi — idman təşkilatlarında bədən tərbiyəsi və idman xidmətləri güzəştli 

şərtlərlə göstərilən bəzi kateqoriyadan olan şəxslərin

 

 

 

S İ Y A H I S I

 

 

 

Bu Siyahı 



"

Bədən tərbiyəsi və idman haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq 

edilməsi  barədə

"

 Azərbaycan  Respublikası  Prezidentinin  2009-cu  il  27  avqust  tarixli,  147 nömrəli 



Fərmanının 1.14-cü bəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır.

 

Dövlət bədən tərbiyəsi — idman təşkilatlarında bədən tərbiyəsi və idman xidmətləri güzəştli 



şərtlərlə  göstərilən  bəzi  kateqoriyadan  olan  şəxslərin  siyahısı  aşağıda  göstərildiyi  kimi  müəyyən 

edilir:


 

şəhid ailələrindən olan uşaqlar;

 

müharibə və Çernobıl əlilləri;



 

bədən  tərbiyəsi  və  idman  sahəsində  yüksək  dövlət  təltiflərinə  və  fəxri  adlara  malik  olan 

şəxslər;

 

Olimpiya Oyunlarının, Dünya və Avropa yarışlarının mükafatçıları;



 

«Bədən  tərbiyəsi  və  idman  haqqında»  Azərbaycan  Respublikası  Qanununun  58.4-cü 

maddəsində nəzərdə tutulmuş şəxslər.

 

 



 

 

 



 

 

 



 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

 

2009-cu il 24 dekabr tarixli, 198 nömrəli qərarı ilə



 

TƏSDİQ EDİLMİŞDİR

 

  

Dövlət  bədən  tərbiyəsi —  idman  təşkilatlarında  göstərilən  bədən  tərbiyəsi  və  idman 



xidmətlərinə güzəştlərin siyahısı və onların həcmi

 

Dövlət  bədən  tərbiyəsi —  idman  təşkilatlarında  göstərilən  bədən  tərbiyəsi  və  idman 

xidmətlərinə  güzəştlərin  siyahısı  və  onların  həcmi  «Bədən  tərbiyəsi  və  idman  haqqında» 

Azərbaycan  Respublikası  Qanununun  tətbiq  edilməsi  barədə»  Azərbaycan  Respublikası 

Prezidentinin  2009-cu  il 27  avqust  tarixli,  147 nömrəli  Fərmanının  1.15-ci  bəndinin  icrasını  təmin 

etmək məqsədi ilə hazırlanmışdır.

 

Dövlət  bədən  tərbiyəsi —  idman  təşkilatlarında  göstərilən  bədən  tərbiyəsi  və  idman 

xidmətlərinə güzəştlər və onların həcmi aşağıda göstərildiyi kimi müəyyən edilir:

 

 

 



Sıra №-

si

 

Bədən tərbiyəsi və idman xidmətlərinə güzəştlər

 

Güzəştin həcmi

 

1.



 

İdman obyektləri, qurğuları və avadanlıqlarından 

istifadə etmək

 

həftədə 2 (iki) dəfə, 1 (bir) 



saatdan çox olmamaq şərti 

ilə — aylıq tariflərin 50%-i

 

2.

 



Fərdi məşğələlərin keçirilməsi zamanı ilkin 

xidmətlərdən, təlimatçıların və məşqçilərin 

məsləhətlərindən istifadə etmək

 

təşkilatın hesabına



 

 

 



 

 

 



 

 

 



 

 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

 

 

1.

       

12 aprel 2010-cu il tarixli 60 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan 



Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 4, maddə 354)

 

2.

       

26 


sentyabr 

2014-cü 


il 

tarixli 313 nömrəli

 Azərbaycan 

Respublikası 

Nazirlər 

Kabinetinin 

Qərarı (“Azərbaycan”  qəzeti,  28  sentyabr  2014-cü  il,  №  212;  Azərbaycan  Respublikasının 

Qanunvericilik Toplusu, 2014-cü il, № 09, maddə 1137)

 

 



 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 

 



 

 

 



 

[1]

 

26  sentyabr  2014-cü  il  tarixli 313 nömrəli



 Azərbaycan  Respublikası  Nazirlər  Kabinetinin 

Qərarı (“Azərbaycan” qəzeti, 28 sentyabr 2014-cü il, № 212; Azərbaycan Respublikasının Qanunvericilik 



Toplusu,  2014-cü  il,  №  09,  maddə  1137) ilə  “İctimai  birliklərə  respublika  idman  federasiyası  statusunun 

verilməsi üçün onların dövlət akkreditasiyası Qaydası”nın 1-ci hissəsində “respublika” sözü “ölkə” sözü ilə 

əvəz edilmişdir. 

  

[2]

 

12  aprel  2010-cu  il  tarixli 60 nömrəli  Azərbaycan  Respublikası  Nazirlər  Kabinetinin  Qərarı 



(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 4, maddə 354) ilə "İctimai birliklərə 

respublika  idman  federasiyası  statusunun  verilməsi  üçün  onların  dövlət  akkreditasiyası  Qaydası"nın  3.1-ci 

bəndinə on birinci və on ikinci abzaslar əlavə edilmişdir. 

  

[3]

 12  aprel  2010-cu  il  tarixli 60 nömrəli  Azərbaycan  Respublikası  Nazirlər  Kabinetinin  Qərarı 

(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 4, maddə 354) ilə "Respublika idman 

federasiyalarının dövlət reyestrinin aparılması Qaydaları"nın 2.2-ci bəndi aşağıdakı redaksiyada verilmişdir. 

Əvvəlki redaksiyada deyilirdi: 

2.2.  RİFDR-ə  daxil  edilməsi  üçün  Nazirlik  tərəfindən  respublika  idman  federasiyalarından 

(assosiasiyalarından) aşağıdakı sənədlər tələb olunur:

 

akkreditasiya barədə qərarın təsdiq edilmiş surəti;



 

hüquqi adı və ünvanı;

 

təşkilati strukturu;



 

beynəlxalq və digər idman qurumlarına üzvlüyü haqqında məlumat;

 

rəhbərliyi və rəhbər orqanlarının tərkibi haqqında məlumat. 



  

[4]

 

12  aprel  2010-cu  il  tarixli 60 nömrəli  Azərbaycan  Respublikası  Nazirlər  Kabinetinin  Qərarı 



(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 4, maddə 354) ilə "Respublika idman 

federasiyalarının dövlət reyestrinin aparılması Qaydaları"nın 2.4-cü və 2.5-ci bəndləri çıxarılmışdır və 2.6-cı 

bəndi 2.4-cü bənd hesab edilmişdir. 

  

[5]

 

12

 



aprel  2010-cu  il  tarixli 60 nömrəli  Azərbaycan  Respublikası  Nazirlər  Kabinetinin  Qərarı 

(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 4, maddə 354) ilə "İdman növlərinin 



dövlət reyestrinin aparılması Qaydaları"nın 2.2-ci və 2.3-cü bəndləri çıxarılmışdır və 2.4-cü bəndi 2.2-ci bənd 

hesab edilmişdir. 

  

[6]

 

12  aprel  2010-cu  il  tarixli 60 nömrəli  Azərbaycan  Respublikası  Nazirlər  Kabinetinin  Qərarı 



(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 4, maddə 354) ilə "İdman növlərinin 

dövlət  reyestrinin  aparılması  Qaydaları"nın  2.4-cü  bəndində  "İdman  növü"  sözləri  "Ölkə  ərazisində 



qanunvericiliklə müəyyən edilmiş qaydada tanınmış idman növü" sözləri ilə əvəz edilmişdir. 

 

 



[7]

 12  aprel  2010-cu  il  tarixli 60 nömrəli  Azərbaycan  Respublikası  Nazirlər  Kabinetinin  Qərarı 

(Azərbaycan  Respublikasının  Qanunvericilik  Toplusu,  2010-cu  il,  №  4,  maddə  354)  ilə  "Azərbaycan 

Respublikasında  bədən  tərbiyəsi  və  idman  sahəsində  idman  adları,  idman  dərəcələri,  məşqçilərin  təsnifat 

kateqoriyaları və idman hakimlərinin təsnifat dərəcələri"nin 1-ci bəndinin altıncı abzasında "İlk iki ad" sözləri 

"İlk ad" sözləri ilə, "sonrakı iki ad" sözləri isə "sonrakı üç ad" sözləri ilə əvəz edilmişdir. 



 

Yüklə 241,96 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin