İdman təbabəTİ VƏ GİGİyena



Yüklə 1,93 Mb.
səhifə140/208
tarix27.04.2022
ölçüsü1,93 Mb.
#56439
növüDərslik
1   ...   136   137   138   139   140   141   142   143   ...   208
İdman təb.və gig.dərslik. 311 (1)

17.1. Gündəlik rejim
Gündəlik rejimə düzgün əməl etdikdə orqanizmin normal inkişafı təmin olunur, adamların sağlamlığı möhkəmlənir, qüvvəsi, işə həvəsi artır və nəticədə əmək məhsuldarlığı yüksəlir. Belə orqanizm xəstəliklərə və kəskin iqlim dəyişmələrinə qarşı davamlı olur.

Hər bir kəs üçün yaşı, işi və fərdi xüsusiyyətləri nəzərə alınmaqla gündəlik rejim cədvəli tərtib edilməlidir. Bu rejimi pozmaq və ya vaxtını dəyişmək yaxşı nəticə vermir. Orada bir sutkalıq fəaliyyətin vaxtı və icra müddəti dürüst müəyyənləşdirilir.

Gündəlik rejimə səhər gigiyenik gimnastikasından başlamaq lazımdır. Bu mərkəzi sinir sisteminin oyanmasına, bütün üzvlərin fəaliyyətinin artmasına, əhval-ruhiyyənin yaxşılaşmasına, yuxuluqdan gümrahlığa keçməyə şərait yaradır. Səhər gimnastikasını sakit gəzintidən başlayıb, qaçışa keçmək lazımdır. Bu zaman fiziki hərəkətlərə bütün əzələ qrupları cəlb edilir. Müəyyən qrup məşğələlərin arasında 20-30 saniyə fasilə vermək lazımdır ki, əzələlər boşalsın. Səhər gimnastikasına 15-20 dəqiqə vaxt sərf edilməlidir. Bundan sonra isə bədəni möhkəmləndirən proseduralara keçmək lazımdır.

Gündəlik rejimdə məşqlərin vaxtının səmərəli olması təmin edilməlidir. Məşqlərin keçirilməsi üçün ən səmərəli vaxt saat 10-dan - 13-ə və 16-dan -20-yə kimidir. Yuxudan oyanan kimi və ya saat 20-21-dən sonra məşq etmək məsləhət deyil, belə olduqda qıcıqlanmış orqanizm idmançıya vaxtında yatmağa imkan vermir.

Gündəlik rejimdə qidalanmanın da böyük əhəmiyyəti vardır. Məşqdən 1,5-2 saat əvvəl və ya 30-40 dəqiqə sonra qida qəbul etmək olar. Bu zaman qidanın yaxşı həzm olunmasına şərait yaranır.

Gündəlik rejimdə aktiv və passiv istirahətin düzgün təşkil edilməsinin əhəmiyyəti böyükdür. Gündəlik rejim düzgün təşkil edilərsə, səhər yuxudan durandan yatanadək görülən işlər ahəngdar şəkildə əlaqələndirilir.



Yüklə 1,93 Mb.

Dostları ilə paylaş:
1   ...   136   137   138   139   140   141   142   143   ...   208




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin