16.9.ÜSTÜÖRTÜLÜ İDMAN QURĞULARININ
SANİTAR - GİGİYENİK MÜAYİNƏ KARTASI
1. Qurğunun adı və ünvanı;
2. Qurğunun sahəsinin ümumi xarakteristikası (qurğunun ətrafında olan sənaye müəssisələrinin – zavodların, fabriklərin və s.);
3. Bina (daşdan, taxtadan və s.), mərtəbələrin sayı, küçəyə doğru səmti, xüsusi tikilmiş və ya uyğunlaşdırılmış olması, quru, rütubətli, təmirə ehtiyacı;
4. Zallar: hansı mərtəbədə yerləşməsi, ölçüləri, bir idmançıya düşən sahə, döşəmənin, tavanın, divarların, qapı-pəncərələrin vəziyyəti. Təmizlənmə sistemi;
5. İşıqlandırılması: təbii,süni, bir və ya iki tərəfli, işıq əmsalı, şüşələrin təmizliyi, çılçıraqların sayı, növü, quruluşu, işığın yayılması, süni işıqlanma şiddəti (lk-la);
6. Qızdırılması:sistemi, növü, xüsusiyyəti, qızdırıcıların sayı və yerləşdirilməsi, zalın havasına təsiri;
7. Ventilyasiya-təbii və süni, nəfəsgahların sayı, növü;
8. İdman avadanlıqları-standarta uyğunluğu, keyfiyyəti, yararlığı, yerləşdirilməsi, aralarında olan məsafə. Döşəklər (parça və ya dəri), təmizləmə sistemi və saxlanılması;
9. Zalın işləmə qrafiki;
10. Yardımçı otaqlar - tibb məntəqəsi, məşqçi üçün otaq, tamaşaçılar üçün yer və s;
11. Hamam – bölgülərin sayı, yerləşdirilməsi, sazlığı;
12. Ayaqyolu-dəhlizi, vəziyyəti;
13. Masaj otağı – sahəsi, işıqlılığı, taxtların sayı;
14. İdman avadanlığını saxlamaq üçün otaq, zala yaxınlığı, çıxış yolu;
15. Qurğu haqqında əlavə məlumatlar;
16. Qurğunun sanitar vəziyyəti haqqında ümumi rəy;
17. Qurğunun sanitar vəziyyətini yaxşılaşdırmaq üçün təkliflər;
18. İmza və tarix
Dostları ilə paylaş: |