XII FƏSİL
İDMAN ZƏDƏLƏNMƏLƏRİ VƏ PATOLOJİ VƏZİYYƏTLƏR
ONLARIN PROFİLAKTİKASI
12.1. İdman zədələnmələrinin ümumi
xarakteristikası
Travma (yunanca «zədələnmə», «yara» deməkdir) mexaniki, fiziki, kimyəvi və s. xarici aminlərin nəticəsində baş verən zədələnmədir. Bu zaman toxumaların tamlığı pozulur, bəzi hallarda isə pozulmaya da bilər.
Travmaları onların əmələ gəlmə səbəblərini, profilaktika və müaliəcəsini öyrənən təbabətin bir hissəsi travmatologiya adlanır.
Əmələ gəlmə yerindən, şəraitindən və səbəbindən asılı olaraq istehsalat, məişət, küçə, nəqliyyat, hərbi və idman zədələnmələri ayırd edilir. İdman travmatizmi bütün zədələnmələrin təqribən 2%-ni təşkil edir.
İdmanla məşğulluq zamanı heç bir travma olmamalıdır, çünki o nəinki idman nəticələrinə mənfi təsir göstərir, həmçinin idmanın sağlamlaşdırıcı təsiri haqqında mənfi fikir yaradır.
İdman travmatizminin səviyyəsini təyin etmək üçün ekstensiv və intensiv göstəricilərdən istifadə edilir. Ekstensiv göstərici müxtəlif idman növlərində zədələnmələrin %-ni göstərir. Məsələn, əgər zədələnmiş 100 idmançıdan 12 nəfəri atletdirsə, həmin idman növündə ekstensiv göstərici 12 hesab edilir. Bu cür hesablamada müxtəlif idman növü ilə məşğul olanların sayı nəzərə alınmır. Odur ki, daha dəqiq göstəricidən-intensiv göstəricidən istifadə etmək məqsədəuyğundur. Bu göstərici 1000 nəfər idmançı arasında zədələnmələrin miqdarını, bu və ya digər idman növündə zədələnmələrin səviyyəsini göstərir (cədvəl № 11).
Dostları ilə paylaş: |