İdman təbabəTİ VƏ GİGİyena



Yüklə 1,93 Mb.
səhifə76/208
tarix27.04.2022
ölçüsü1,93 Mb.
#56439
növüDərslik
1   ...   72   73   74   75   76   77   78   79   ...   208
İdman təb.və gig.dərslik. 311 (1)

ELEKTROSTİMULYASİYA
Əzələlərin elektrostimulyasiyası idman fəaliyyətində iş qabiliyyətini artırılmaq, böyük fiziki yükdən sonra bərpa prosesini sürətləndirmək, zədələnmə və xəstəliklərdən sonra reabilitasiya məqsədilə istifadə edilir.

Elektrostimulyasiya üçün bir sıra aparatlar: «Amplipuls», «Nioron», «Neyron», «Tonus-2» və s. tətbiq edilir. Bu aparatlar 0,1-0,5 san. müddətində 10-50000qers tezliyi ilə təsir edərək orqanizmin biotoklarına yaxın impulslu cərəyan yaradır.

Elektrik impulslarının təsiri altında miofibrillər və əzələ dəstələrində tetanik yığılmalar və sonraki boşalmalar müəyyən əzələləri böyük sinir enerjisi sərf etmədən məşq etdirir. Onun təsiri altında qan və limfa dövranı yaxşılaşır, əzələlərdə maddələr mübadiləsi sürətlənir, qlikogenin miqdarı artır, tənəffüs qabiliyyəti güclənir, xəstəlik və zədələnmələr zamanı əzələ atrofiyasının qarşısı alınır və ağrıkəsici təsir meydana çıxır.


Yüklə 1,93 Mb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   ...   208




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin