Ыфнэ 1 (1) Avqust 2006 Pulsuzdur



Yüklə 105,2 Kb.
Pdf görüntüsü
tarix17.04.2017
ölçüsü105,2 Kb.
#14304

Ыфнэ 1 (1)   Avqust  2006 

Pulsuzdur

Səhiyyə, Mədəniyyət və İdman İşləri İdarəsi, İdman Şöbə Müdirliyi 

XƏBƏR BÜLLETENİ

 

“DOSTLUQ, QARDAŞLIQ, və SAĞLAMLIQ ÜÇÜN İDMAN” 



Qafqaz Universiteti @ İdman Şöbə Müdirliyi

ÇAĞ ÖYRƏTİM İŞLƏTMƏLƏRİ

QAFQAZ UNİVERSİTETİ

2

İdman Şöbəsi

İdman Şöbə Müdirliyimizin 

başlıca fəaliyyətləri

Qafqaz Universiteti 2005-2006-cı tədris ilinin axı-

rında, bir illik idman fəaliyyətlərimizin yer aldığı 

QAFQAZ-İDMAN  bülleteninin  bu  ilk  sayında 

sizlərlə birgə olduğumuzu hiss etmek bizim üçün 

böyük bir xoşbəxtlikdir.

Bülleteni  çıxartmagdakı  məqsədimiz,  üniver-

sitetimizin Səhiyyə, Mədəniyyət və İdman İşləri 

İdarəsinin dəstəyi və İdman Şöbə müdirliyimizin 

qaygısı ilə bir il müddətində universitet daxilin-

də və xaricində görülən idman fəaliyyətlərimizlə 

tanış  olmanızdır.

İdmanın bugün ölkələr üçün beynəlxalq arenada 

vacibliyi  və  onun  inkişafının  önəmli  bir  amil 

olması hamıya məlumdur. Eləcə də Cənab Prezi-

dentimiz  İlham  Əliyevin  idmanı  10  illik  dövlət 

programına  alması  bunun  baris  nümunəsidir. 

Məhz  onun  göstərdiyi  istiqamətdə  ölkə 

idmanının  inkişafı  üçün  Qafqaz  Universiteti  və 

İdman  Şöbə  Müdirliyimiz  də  əlindən  gələn  kö-

məyi göstərərək üzərinə düşən vəzifəni layiqincə 

yerinə yetirməyə  çalışmagtadır.

QAFQAZ-İDMAN  bülletenimizdə,  universitet 

daxilindəki  bir  çox  idman  növlərində  keçirdiyi-

miz  turnirlər,  idman  ictimaiyyətindən  tanınmış 

şəxslərlə  keçirilən  panəllər,  əməkdaşlarımızla 

birgə  keçirdiyimiz  gəzintilər  və  idman  fəaliy-

yətləri ilə bərabər idmanla əlaqəli görülən işlər-

dən  xəbər  tutacaqsınız.

Biz Qafqaz Universiteti olarak başda yazdığım və 

şüarımız  olan;  “DOSTLUQ,  QARDAŞLIQ,  və 

SAĞLAMLIQ  ÜÇÜN  İDMAN.”  çərçivəsində 

tələbələrimizin idmanı səvmələrini və hamısının 

idmanla daha çox məşğul olmalarını təmin edə-

rək ictimai həyatda da vətəninə, millətinə xidmət 

edəcək  yaxşı  bir  insan  olmalarını  arzu  edirik.

Eyni  zamanda  onların  arasında  idman  qabiliy-

yəti olan istedadlı tələbələrimizi peşəkar idmana 

yiyələndirərək  ölkə  içi  və  beynəlxalq  yarışlarda 

Azərbaycan  xalqını  layiqincə  təmsil  etmələrini 

təmin  edərək  onlara  ən  yaxşı  şəraiti  yaratmağa   

çalışırıq.

Universitetimiz  adından  peşəkar  idman  klu-

bumuzu  yaradaraq  bir  çox  idman  növlərində 

Azərbaycan idmanına ulduz və səviyyəli idman-

çılar  yetişdirmək  arzusundayıq.

İnşallah gələn ildən bu mövzu ilə əlaqəli lazımlı 

işlər də görüləcəkdir. Mən burada sözlərimi qur-

tararkən, bülletenin gün üzünə  çıxmağında əmək 

sərf edənlərə  öz  minnətdarlığımı  bildirirəm.

Gələn sayımızda xoş xəbərlərlə görüşmək 

arzusu ilə

                                         Qafqaz Üniversiteti

                                          İdman Şöbə Müdiri



DOSTLUQ, QARDAŞLIQ və 

SAĞLAMLIQ ÜÇÜN İDMAN

Musa TURMUŞ

 

**  Universitet daxilində professor və 



müəllim heyəti ilə inzibati işçilər 

arasında muxtəlif idman növlərində 

yarışlar təşkil etmək

** Universitet daxilində bayramlar və 

önəmli günlər münasibətiylə fərdi  v  

komanda idman növləri üzrə tələbələr

arası yarışlar keçirtmək

ə

**  “ Ayın idman qonağı “ adı altında tərtib edilən və sual- cavab şəklində  idman



ictimaiyyətindən tanınmış şəxsləri, üniversitetə dəvət edərək tələbələrin idmana 

maraqlarını artırmak və onlara idmanı sevdirmək üçün  panellər təşkil etmək



                     Rasim Kara              Füzuli Musayev & Niyaməddin Paşayev                 Şahin Diniyev & Şakir  Qəribov

** “ Ayın ictimai və idman fəaliyyəti” adı ilə universitetimizin müəllim kollektivi və 

inzibati işçiləri üçün Bakıda və Azərbaycanın diger gözəl quşələrində turistik gəzinti 

və  idman fəaliyyətləri təşkil etmək



    Qəbələ Rayonu Nohur Gölü                Mingəçevir Şəhəri  Su Ambarı                  Şamaxı Rayonu Türk Şəhidliyi

                 ətrafında

**  Universiada yarışları çərçivəsində universitetimizin muxtəlif idman növlərində 

komandalarını və idmançılarını bu cür yarışlara səviyyəli şəkildə hazırlaşdırmaq,

yoldaşlıq görüşləri keçirtmək



VOLEYBOL                                               VOLEYBOL                                              BASKETBOL

VELOSİPED                                                   CÜDO                                                      FUTBOL 

3

İctimai Fəaliyyətlərimiz

STRESS ATMANIN ƏN YAXŞI YOLU

--- GƏZİNTİ VƏ İDMAN ---

    Universitetimizdə günün yorucu tempi içərisində yorulan 

professor  və  müəllim    heyətimizlə  inzibati  işçilərimizin 

stressini atmaları üçün   ən yaxşı variant,idman şöbəmizin 

təşkil etdiyi Bakıya və Azərbaycanın gözəl guşələrində təşkil 

edilən  gəzintilərlə  birgə  idman  fəaliyyətlərində  iştirak 

etməkdir.

           Bu illər müxtəlif aylarda Mingəçevir, Qəbələ, Şamaxı 

şəhərləri  və  Bakıda  fəaliyyətlərdə  iştirak  edən  Qafqaz 

Universitetinin  müəllim  və  işçiləri  yorğunluqlarını  ve 

streslərini  futbol-hovuz-sauna-üzgüçülük  və  başqa   

şəhərlərə  gəzintilər  ilə  atmağa  çalışdılar.



Hovuzda həm üzdülər, həm dincəldilər

Bu cür fəaliyyətlərlə idman şöbəmiz, Azərbaycanda yeganə muasir təhsil ocaglarından olan 

universitetimizin əməkdaşlarına muasir səviyyədə xidmət verməyi özünə bir borc bilərək 

onların az da olsa stressdən uzaq qalmaları və sağlamlıqlarını düşünərək   idmanla məşgul 

olmalarına kömək edir.Onların futbol,üzgüçülük,voleybol,basketbol kimi idman növləri ilə 

məşğul  olmalarıyla  bərabər  qısa  müddətli  gəzintilərlə  də  daha  səmimi  olmalarına  şerait   

yaranır.

Eyni  zamanda  bu  cür  fəaliyyətlər  xarici  ölkələrdən  gələn  müəllimlərimizin  Azərbaycanı 

daha yaxından tanımalarına səbəb olmaqdadır.

         Qəbələ Şəhərində Nohur Gölü qırağında 

             kabab və çayın tamı başqa cür olur

Su  masaji ilə dincəlmək və 

stress atmaq çox əla idi

İdman fəaliyyətlərinin vaz 

keçilməzlərindən futbol

Futbol topuna vurmakla 

stress atmak da gözəldir

ULU ÖNDƏRİN XATİRƏSİNƏ HƏSR OLUNMUŞ SPARTAKİADA

Universitetimizin  də  bağlı  olduğu  Cağ  Öyrətim  İşlət-

mələri Şirkətinin təhsil müəssisələrində fevral ayından 

start  götürmüş  və  ümummilli  lider  Heydər  Əliyevin 

anadan  olmasının  83-cü  ildönümünə  həsr  olunmuş 

spartakiada  böyük  öndərin  doğum  günü  ərəfəsində     

başa catmışdır. ”ABU Arena” idman sarayında keçirilən 

təntənəli  bağlanış  mərasimində  şirkət  rəhbərlərindən, 

müəllim  və  şagirdlərdən  əlavə,  millət  vəkilləri,  xarici 

ölkə  səfirləri,  Olimpiya  oyunlarının,  dünya  və  avropa 

cempionatlarının qalibləri, tanınmış elm və mədəniyyət 

adamları, media təmsilçiləri də qatılmışdırlar.

Azərbaycan-Türkiyə  Özəl  Liseyləri  Baş  İdarəsinin  rəisi 

Mərasimdə “Çağ” öyrətimin təhsildə və idmanda qazandığı 

Adəm  Önal  təntənəyə  toplaşanları  salamladı  və  “Çağ” 

nailiyyətlərə qöstərdikləri qayğıya görə təhsil naziri Misir 

Öyrətim  Şirkətinin  ölkəmizdə  işə  başlamasına  xeyir-dua 

Mərdanova,  gənclər  və  idman  naziri  Azad  Rəhimova  şir-

vermiş və onun uğurları qazanmasına hərtərəfli yardım gös-

kətin  mükafatları  təqdim  olundu.  Mükafatları  şirkətin 

tərmiş  mərhum  Prezident  Heydər  Əliyevin  xidmətlərinin 

prezidenti  Ənvər  Özərən  təqdim  etdi.

daim  minnətdarlıqla  yad  edildiyini  bildirdi.  Natiq  büyük 

Gənclər  və  idman  naziri Azad  Rəhimov  yüksək  səviyədə 

öndərin  layiqli  davamçısı  Prezident  İlham  Əliyevin  də 

təşkil  edilən  spartakiadanın  ölkənin  idman  həyatıda 

”Çağ”  şirkətinin  yeni-yeni  uğurlar  qazanmasına  daim 

əhəmiyətli tədbir olduğunu vurğulayaraq, ”Çağ” Öyrətim 

diqqətdə saxladığını, fəaliyyətlərinə yüksək qiymət verdi-

Şirkətinin  prezidenti  Ənvər  Özərənə  nazirliyin  Fəxri  Fər-

yini  söylədi.

manını  və  kubokunu  təqdim  etdi.  İdman  bayramı  yeni-

yetmə idmançıların  nümunəvi  cıxışları  ilə  davam  etdi.



4

Turnirlər

  ƏNƏNƏVİ NOVRUZ BAYRAMI İDMAN ŞƏNLİKLƏRİ - 6

Qafqaz  Universiteti  Novruz  Bayramı  İdman  Şənliklərinin 

ənənəvi olarak bu il 6-cısı keçirildi. Fakultət və bölmələr arası 

futbol,  basketbol,  voleybol,  stolüstü  tennis  və  şahmat  üzrə 

keçirilən  yarışlarda  400  tələbə  iştirak  edirdi.

Olduqça  maraqlı  keçən  yarışlarda  tələbələrimiz  1-ci  yer 

uğrunda  mübarizə  aparırdılar.  Bölmələrarası  FUTBOL 

turnirində çəmpion Hazırlıq bölməsi tələbələrinin, 2-ci yer 

isə  Sənaye  Mühəndisliyi  bölməsinin  oldu.

Fakultətlər  arası  keçirilən  basketbol,  voleybol  və  stolüstü   

tennis  yarışlarında  isə  qaliblər  bələ  sıralandı.

BASKETBOL 1-ci yer :  Hazırlıq Bölməsi, 

                          2-ci yer:  Filologiya Fakultəti.

VOLEYBOL : 1-ci yer :  İ.İ.B Fakultəti, 

                         2-ci yer:   Filologya Fakultəti.



STOLÜSTÜ TENNİS :  1-ci yer :  İ.İ.B Fakultəti, 

                                          2-ci yer: Hazırlıq Bölməsi

Komandalar və oyunçular ayrı ayrı mükafatlandırıldılar.

FUTBOL

BASKETBOL

VOLEYBOL

STOLÜSTÜ TENNİS

ŞAHMAT

MÜKAFATLANDIRMA

19 MAY ATATÜRKÜ ANMA GƏNCLİK VƏ İDMAN BAYRAMI 

STREETBALL

FUTBOL

STOLÜSTÜ TENNİS        

Karşıyaka Komandası

Qafqaz Team Komandası

Əfsanə Komandası

Qafqaz Universiteti 19 MAY ATATÜRK'ü Anma Gənclik və 

İdman Bayramı İdman Şənlikləri,   FUTBOL   STREETBALL 

və STOLÜSTÜ TENNİS  üzrə  keçirildi.

Universitetimizin tələbələri öz aralarında tələbə yoldaşları ilə 

qurduqları  komandalara  adlar  qoyaraq  1-ci  yer  uğrunda 

mübarizə aparırdılar. 

1-ci və 2-ci yer tutan komandalar;



FUTBOL  1-ci yer :  QAFQAZ TEAM, 

                  2-ci yer :  ƏFSANƏ

STREETBALL   1-ci yer : Karşıyaka,

                             2-ci yer : Dream Team İzmir



STOLÜSTÜ TENNİS  1-ci yer :  Əfsanə,

                                         2-ci yer :  Naxçıvan

Komandalar və oyunçular ayrı-ayrı mükafatlandırıldılar.


5

İctimai Fəaliyyətlərimiz

ƏNƏNƏVİ  XOŞ GƏLDİNİZ FUTBOL TURNİRİ-5

Qafqaz  Universitetində  ənənəvi  hal  alan  “Xoş  Gəldiniz“  futbol  turnirinin       

bu il  10  Oktyabr - 10 Noyabr  2005  tarixləri  arasında  5-cisi  keçirildi.

Universitetə yeni qəbul olunmuş 1-ci kurs tələbələri arasında keçirilən turnirə 

20 sinifi təmsilən 20 komanda iştirak edirdi.

Ortalama 400 nəfər tələbənin iştirak etdiyi turnir universitetin şəhərciyində 

yerləşən  torpaq  meydançada və Bakıda xalça meydançada keçirildi.

Play -Off   usulü ilə keçirilən təsnifatlı   turnirin çempionu C- 01 komandası 

oldu.

ÇEMPİON  OLAN  C- 01  KOMANDASI

Top uğurunda mübarizə 

həmişə olduğu kimi bu 

turnirdə də tələbələr 

arasında olduqça 

maraqlı keçirdi.

Bəzən yüngül 

gərginliyin baş verdiyi 

turnirdə, oyundan sonra 

hamı bir-birinə uğurlar 

arzulayaraq 

meydançanı tərk edirdi



FİNALDA  2-ci  olan  B- 04  KOMANDASI

İDMAN İÇTİMAİYƏTİ QAFQAZ UNİVERSİTETİNDƏ ...  

2005  il  noyabrın  15-də  Qafqaz  Universitetində  Azərbaycan  idman 

içtimaiyyətinin  tanınmış  simaları  və  futbol  adamları  bir  araya  gəldilər. 

Dəvəti  qəbul  edənlər  arasında  isə AFFA  baş  katibinin  müavini  Səyavuş 



İbrahimov,    AGİTN-in  ümumi  şöbələr  müdiri  Aydın  Məmmədov, 

Respublika Təhsil İdman Mərkəzinin müdiri Cəfər Hümbətov, milli yığma 

komandanın  baş  məşqçisi  Şahin  Diniyev,Az.DBT  və  İdman 

Akademəyasının  prorektoru  professor  Dilqem  Quliyev,  futbol 

mütəxəssisi Gəray Qarayev, "İnter"in mətbuat xidmətinin rəhbəri Mahir 

Süleymanov  eləcə də bəzi  KİV  nümayəndələri  vardı.

Qonaqlar, Universitetin Rektorunun 

dəvəti olan şam yeməyindələr.

Şam  yeməyi  ilə  başlayan  tədbir  qonaqların  universitetimizlə  tanışlığı  ilə 

davam etdi.Universitetimizdəki yeniliklərlə tanış olduqdan sonra tədbirin 

rəsmi  hissəsi  start  götürdü.  Akt  zalında  əvvəlcə  universitetin  tanıtımı 

olarak  hazırlanan  CD  sinevizion  nümayiş  etdirildi.  Təsis  edilən  müasir 

obyektlər,  yeməkxana,  yataqxana,  tələbələrin  dərsdən  sonra  asudə 

vaxtlarını  lazımi  şəkildə  keçirməsi  üçün  yaradılan  imkanlar  bir  daha 

diqqətə çatdırıldı. 

Burda  universitet  tələbələrinin  müxtəlif  idman  növlərində  qazandığı 

uğurlardan da söz açıldı. Daha sonra qonaqlar bir bir söz alaraq, Qafqaz 

Univesitetinin  idmana  həmişə  qayğı  göstərdiyini  və  bunun  ölkə  idmanı 

adına  daha  gözəl  uğurlarla  davam  edəcəyini  ümid  etdiklərini  dilə 

gətirdilər.Universitetimizin rektoru Prof.Dr Əhməd Saniç isə öz kollektivi 

adından qonaqları xoş arzularla salamladı və qonaqlara idman səhəsində 

görüləcək işlərdə kömək göstərmələrini xahiş edərək onlara iştiraklarına 

görə minnətdarlığını bildirdi.



Qonaqlar, Universitetin Rektoru və 

müəllim heyəti birlikdə.

Universitetimizin  akt  zalında  keçirilən  təd-

birdə  rektorumuz  Prof.  Dr.  Əhməd  Saniç, 

futbol  üzrə  milli  yığma  komandalar  baş 

məşqçisi  Şahin  Diniyev  və  onun  köməkçisi 

Şakir  Qəribov,  tərbiyə  işləri  üzrə  prorekto-

rumuz Dr. Əhməd Öksüz, idman şöbə mü-

dirimiz  Musa  Turmuş,  üniversitetin  müəl-

lim  kollektivi  və  tələbələr  iştirak  etdilər.

Üniversitetmizin  rektoru  Prof.  Dr.  Əhməd 

Saniç  söz  alaraq  qonaqlara  iştirakına  görə 

Qafqaz  Üniversiteti  kollektivi  adından  öz 

təşəkkürünü bildirdi və milli yığma koman-

damıza  Qafqaz  üniversiteti  adından  lazım 

olan hər cür köməyi göstərməyə həmişə ha-

zır  olduqlarını  dedi.

Prof. Dr. Saniç Şahin bəy və Şakir bəyə həm-

çinin  milli  yığma  komandamıza  gələn  bü-

tün oyunlarda uğurlar arzulayaraq sözlərini  

bitirdi.

Program  universitet tələbələrinin qonaqlara 

ünvanladığı suallara A millinin baş məşqcisi 

Şahin  Diniyev  və  köməkçisi  Şakir  Qəribo-

vun cavablar verməsi ilə davam etdi. Verilən 

suallara cavab veren Şahin müəllim; A milli-

nin taleyini dəyişmək üçün öncəliklə keçmi-

şə dair hər şeyi yaddaşlarından silib futbol-

çuların, məşqçilərin, azərkəşlərin, bir sözlə, 

bütün Azərbaycan xalqının milli yığma ko-

mandamıza  dəstək  olması  gərəklidir  və 

6

İdman Qonaqları

“MƏĞLUB PSİXOLOGİYASINDAN, QALİB PSİXOLOGİSAYINA KEÇMƏLİYİK”

     Bunu QAFQAZ Universitetində idman şöbəmizin təşkil ettiği “Ayın idman qonağı” tədbirində Fevral ayının idman qonağı olan   

Azərbaycanın  futbol  üzrə  milli  yığma  komandalarının  baş  məşqcisi  Şahin  Diniyev  dedi.

Qonaqlar rektorumuzun qəbulunda olarkən

Rektorumuz Prof.Dr Əhməd Saniç Şahin Diniyeve

Universitet adından plaket təqdim edərkən

formalar və milli ruhu yüksəldən formalarla 

mübarizə aparacaqdır. Qalib psixologiyasına 

keçə bilmək üçün bu çox vacibdir. Çünki fut-

bolçularımız və bizlər keçmişə dair pis xati-

rələri  yada  salan  hər  şeydən  sıyrılmalıyıq.

Futbol  üzrə  milli  yığma  komandalar  baş 

məşqçisi  Şahin  Diniyev  və  onun  köməkçisi 

Şakir Qəribov da Qafqaz Universiteti ilə ya-

xından  tanış  olmalarından  ötrü  məmnuniy-

yətlərini bildirərək burada yaranan ali təhsil 

ocağının Azərbaycan üçün çox böyük bir qa-

zanc  olduğunu  və  tələbələrə  muasir  səviy-

yədə  imkanlar  hazırlayan  bir  qurum  olaraq 

gördüklərini  bildirdilər.

Qonaqlarımız  xoş  arzularla  universitetimiz-

dən ayrıldılar.

məğlub  psixologiyasından  çıxaraq  qalibiy-

yət psixologiyasına keçməliyik və belə  fikir-

ləşməliyik  dedi.

Programın axırına doğru verilən suallardan 

birinə Şahin müəllim belə dedi; Hər şeyi ilə 

müasır  işlər  görən,  peşəkar  fikirləşən,işini 

peşəkar  səviyyədə  görən  məşqçi  və  futbol-

çular  olmalıdır.  Millidə  hədəfimiz  ilk 

növbədə milli ruhu olan, səmimi və ürəkdən 

oynayan futbolçularla bir birlik yaratmak və 

1-2 ildən sonra qalib psixologiyası daşıyan, 

alnı açıq bir  yığma  əmələ  gətirməkdir.

Başda milli geyimimizi dəyişdiririk.

Şahin bəy dedi ki, bugünə qədər dəyişik tərz-

lərdə milli qeyimi olan komandamızın artık 

üç  rənqli  bayrağımızın  rənglərini  daşıyan 



 “SAĞLAMLIQ ÜÇÜN İDMAN” 

adlı seminar keçirildi

15  Dekabr  2005-ci  il  universitetimizin  qonağı  olan  Türkiyə'nin  Konya 

Selcuq Universiteti, Meram Tibb Fakultəsinin İdman Fiziologiyası kafed-

rasının professoru Dr.Hakkı Gökbel, universitetimizin akt zalında “Sağ-



lamlıq üçün idman“  adlı  seminar  verdi.

Seminarda professor və müəllim heyəti ilə birgə tələbələrimiz də iştirak 

edirdi. Prof. Dr Hakkı GÖKBEL seminardakı, çıxışında insan bədəninin 

hərəkət etmək üçün yaradıldığını və çox təəssüf ki, bir çox doktorun xəs-

tələrinə  nizamlı  bir  şəkildə  yüngül  idmanla  məşğul  olmalarını  tövsiyə 

etmədiyini söylədi. Professor Gökbel, intizamlı bir şəkildə daimi yüngül 

idmanla məşgul olmanın insan bədəni üzərindəki, faydalarının danılmaz 

olduğunu bildirərək, bu məşqlərin insan bədənində qan dolanımı, solu-

num,  hərəkət  qabiliyyətini  artırma,  metabolizma  işləyişi  və  bağışıqlıq 

sxemi  üzərində  müsbət  nəticələri  var  dedi.

Məsələn saatda 5 km sürətlə yeriyən bir şəxs,çəkisi 65 kg isə dəqiqədə 1 litr, 

100kg isə 1.5litr oksiqendən istifadə edir. Gənclər bu sürətlə rahat yeriyə 

bilərkən, yaşlılar isə yeriməkdə daha çox çətinlik çəkirlər. İnsan davamlı 

şəkildə yüngül məşqlərlə məşqul olaraq,çəkisini artırmazsa yaşlı olanda, 

bu hərəkətləri eyləməkdə çətinliq çəkməz. Prof.Dr Hakkı Gökbel eyni za-

manda davamlı yüngül idmanla məşgul olmanın insan həyatında aşağı-

dakı,  xəstəliklərə  də  müsbət  mənada  təsirinin  olduğunu  söyledi.

1- Ürək damar xəstəliyi   

2- Yüksək təzyiq

3- Qan yağlarının yüksəkliyi

4- Obezite ( bədənin həddindən artıq

                                                                      kilolu olması)

5- Şəkər xəstəliyi

6- Osteporoz (Sümüyün əriməsi)

7- Depresyon

8- Muxtəlif xərçənq xəstəlikləri

9- Xroniki ağ ciyər xəstəliyi

10-Öd kisəsi xəstəliyi      

Görüldüyü  kimi  insanların  davamlı  idmanla  məşgul  olmasına  ehtiyac 

vardır.Çünki davamlı yüngül idman hərəkətlərinə intizamli şəkildə əməl 

edən  insanın  bədəni  həm  sağlam  olur,  həm  də  xəstəliklərdən  özünü 

muhafizə  edir.  Lakin  idmanla  məşgul  olmadan  əvvəl,  insanın  bədən 

yapısına,  yaşına,  cinsiyətinə  və  motivasyonuna  uygun  gələn  şəkildə  id-

mana  başlaması  gərəkməktədir.  Əks  təgdirdə  ciddi  problemlər  yarana-

bilər. Seminarda daha çox idmanın insan bədəni üzərindəki, faydaları və 

davamlı yüngül idmanla məşgul olmanın bir çox xəstəliyə qarşı müsbət 

təsiri üzərində duruldu.

Universitetimizin professor və müəllim heyəti ilə tələbələri, idmanın bə-

dən sağlamlığı haqda ətraflı məlumat sahibi oldular. Seminarın sonunda 

universitemizin rektoru Prof.Dr Əhməd Saniç, dəyərli biliklərini bizlərlə 

paylaşan Prof.Dr Hakkı Gökbel'ə universitet adından təşəkkür etdi və ona 

xatirə plaketi təqdim etdi. 

Rektorumuz Prof.Dr Əhməd Saniç Prof. Dr. Hakkı Gökbelə 

Universitet adından plaket təqdim edərkən


7

İdman Qonaqları

“AZƏRBAYCANDA İŞLƏMƏK MƏNƏ ÇOX ŞEY VERDİ”.

Rasim KARA plaketini alarkən

Rektorumuz Prof. Dr. Əhməd SANİÇ, 

Rasim KARA,  müəllimlərimiz və tələbələrimizlə

Qonağımız rektor bəyin qəbulunda müəllimlərlə.

“ TAEKVANDOÇULAR  QAFQAZ 'DA OLDULAR ”.

Füzuli Musayev, rektorumuz Prof. Dr. Əhməd Saniç

və Niyaməddin Paşayev

Qonaqlarımız Rektorun qəbulunda 

müəllimlərimizlə.

Qonaqlarımız universitetlə tanış olarkən       

Universitetimizin  aprel  ayındakı, 

idman  qonağı  Türkiyə  futbolunun 

əfsanəvi  qapıçısı  olmuş  və  eyni 

zamanda  milli  yığma  və  Beşiktaşın 

dəfələrlə şərəfini qorumuş Rasim Kara 

idi.

Xəzər-Lənkəran komandasının keçmiş 



baş  məşqçisi  və  baş  meneceri  vəzi-

fəsində  də  işləyən  Kara,  universiteti-

mizdə tələbələrlə görüşündə Azərbay-

candakı,  karyerasının  başa  çatdığını 

bildirdi,  lakin  buna  baxmayaraq 

işlədiyi  vaxt  ərzində,  Azərbaycanın 

ona çox şeylər verdiyini də dedi.

Kara,  Azərbaycanda  qala  biləcəyinə   

də eyham vurdu: “Azərbaycanda işlə-

mək  mənə  çox  şey  verdi.  Bu  ölkə 

mənim  üçün  vətən  kimidir.  Amma 

hazırkı  vəzifə  mənim  profilim  deyil. 

Mən  məşqçiyəm,  bu  peşə  ilə  məşğul 

olmaq  istəyirəm.  Hazırda  Belçika  və 

Rusiya  klublarından  sərfəli  təkliflər 

almışam.  Amma  Azərbaycanda  da 

qalıb  işləyə  bilərəm.  Bu  mənada  ölkə 

klublarından  təkliflər  gözləyirəm. 

Əgər  olsa,  qalıb  işləməyə  dəyər”.

Tələbələrimizin  verdiyi  suallara  səmi-

mi  və  ürəkdən  cavablar  verən  Kara, 

onlara burada oxumaq üçün muasir və 

çox  əla  şərait  yaradıldığını  deyərək 

vətəninə,  millətinə  layiqiylə  xidmet 

edəcək  insanlar  olmalarını  məsləhət 

gördü.


Tədbirin sonunda Rektorumuz Prof. Dr. 

Əhməd Saniç, Rasim bəyə univer-sitetə 

gəldiyinə görə və universitetimiz haqda 

xoş sözlərinə görə təşəkkür edərək  ona  

plaket  təqdim  etdi.

İdman  şöbə  müdirliymizin  təşkil  et-

diyi  “ayın  idman  qonağı”  tədbirleri 

çərçivəsində  mart  ayının  idman 

qonağı  programında  Azərbyacan 

Taekwando Federasiyası ve Karate-Do 

federasiyası 1-ci vitse prezdenti Füzuli 

Musayev, Taekwando üzrə Avropa ve 

D ü n ya   ç e m p i o n u   i d m a n ç ı m ı z  



Niyaməddin  Paşayev,  Universitetin 

rektoru  Prof.  Dr.    Əhməd  Saniç, 

prorektorlar  Prof.Dr.Niftalı  Qocayev, 

Dr. Əhməd Öksüz, İdman şöbə müdiri 

Musa  Turmuş  və  universitetin  tələ-

bələri  iştirak  etdilər.

Taekwando  üzrə  Dünya  və  Avropa 

çempionu  olmuş  Füzuli  Musayev  və 

Niyaməddin  Paşayev  tələbələrin 

sualları  qarşısında  bir  xeyli  tər  tök-

dülər.


Verilən  suallara  səmimiyətlə  cavablar 

verən  qonaqların  bəzi  sirlərini  də 

söyləmələri  təəccüblü  oldu.

Musayevin suallara verdiyi cavabların 

ən  maraqlılarından  biri  də  bu  oldu; 

Dünya  çempionu  olanda  özüm  həyə-

candan   heç də bunun fərqində olma-

dım. Mən 5 nəfərlə döyüşəndən sonra 

döyüşdüyüm rəqiblərin bir-biri ilə dö-

yüşdüklərini  gördüm -

və  daha  sonra  hakimlərə  yaxınlaşıb 

özümü  soruştukda  adımın  kompü-

terdə  1.ci  yerdə  yazılı  olduğunu 

görəndə  başa  düştüm  ki,  mən  dünya 

çempionu  olmuşam.  Elə  o  həyəcanla 

da  himnimizi  ordakı,  heyətimizlə 

mikrofonsuz qışqıraraq oxuduq.Zalda 

yığışan digər nümayəndələr təəccüblə 

bizə baxırdılar.

Tədbirin sonunda univeristet rektoru-

muz ve prorektor   iştirakçılara plaket 

və hədiyyələr verdi. Tələbələrin Füzuli 

Musayev və Niyaməddin Paşayevdən 

imza  almak  və  şəkil  çəkdirmək  üçün 

birbirləri  ilə  yarışa  girmələri  isə  çox 

maraqlı idi.



KOMANDALARIMIZ

 “ DOSTLUQ , QARDAŞLIQ, və SAĞLAMLIQ ÜÇÜN  İDMAN.”

XƏBƏR 

BÜLLETENİ

Universitetimizin futbol, voleybol, basketbol, həndbol, stolüstü tennis və şahmat 

komandaları ilə birliktə cüdo,sərbəst güləş, velosiped idmançıları universitetlər 

arası yarışlara idman şöbə müdirliyimiz tərəfindən hazırlaşdırılmaqdadır.

Bu  komandalar  və  idmançılar  Azərbaycanda  və  beynəlxalq  yarışlarda  univer-

sitetimizi  təmsil  etməkdədirlər.  Bu  il  keçirilən  yarışlarda  komandalarımızın  və 

idmançılarımızın nəticələri ilə tanış olun.

Basketbol (oğlanlar) :  1-  Qərb Universiteti 

                                       2-  Azərbaycan Beynəlxalq Universiteti  

                                       3-  Qafqaz Universiteti 

Voleybol (oğlanlar) :  1-Azərbaycan Beynəlxalq Universiteti 

                                     2- Qafqaz Universiteti  

                                     3-MDU-nun Bakı filialı 

Voleybol (qızlar) :      1- Azərbaycan Tibb Universiteti 

                                     2- Bakı Dövlət Universiteti

                      3-Az. Dövlət İqtisad Universiteti

                                     4-Qafqaz Universiteti 

Judo (oğlanlar) :         73 kg  Ramin Şıxəlizadə  4-cü 

Velosiped (qızlar):     80 km,  1-ci yer  (2005),

                                     Dünya 17-cisi (2006) Elnarə Musayeva

13-23 aprel 2006 tarixləri arasında Türkiyənin Samsun şəhərində 5 ölkənin iştirakı 

ilə  keçirilən  Beynəlxalq  1-ci  Gənclər  Cüdo  Yarışlarında  Azərbaycanı  73  kg  da 

təmsil edən Qafqaz Universiteti 1 kurs tələbəsi Ramin Şıxəlizadə 2-ci olmuşdur.

2005-in  avqust  ayında  Azərbaycan  Gənclər  və  İdman  Nazirliyi  ilə  Velosiped 

Federasiyasının  birgə  təşkilatçılığında  Azərbaycan  Qadın-lar  arası  80  km 

velosiped,  sürmə  yarışında  1-ci  Qafqaz  Universiteti  5-ci    kurs  tələbəsi  və  eyni 

zamanda  velosiped  üzrə Azərbaycanın  (qadınlar)  yığma  komanda  üzvü  Elnarə 

Musayeva olmuşdur. 

O 2005-ci  il də İsveçrədə 30 ölkədən ən güclü qadın velosipedçilərin yığmasında 1 

aylıq təlim-məşq toplanışına Azərbaycandan çağırılan yeganə  qadın  velosipedçi  

olmuşdur.

BASKETBOL  KOMANDAMIZ  

           VOLEYBOL  

Turnirdə AZ.DBTİA  ilə final oyunu 

Cüdoçumuz cənab Əli Həsənov və

rektorumuz ilə

Turnirin cərimə atışları 1-cisi 

komandamızın kapitanı Mehmet Zengin                                                                                         

VOLEYBOL  

Azərbaycanın  qadınlardan 

ibarət Velosiped üzrə 80 km 

1-cisi, Velosiped sürmə üzrə 

yığmanın üzvü tələbəmiz   

Elnarə  MUSAYEVA.

Basketbol oğlanlardan ibarət yığma komandamız fevral 2006-da yol-

daşlıq  görüşündə  İsrailin  Maccabi  Tel-Aviv  komandasının  Bakıdakı 

gənclər yığmasını 50-38 məğlub etmişdir. 1-5 May 2006-da Az.DBTİA-

nın təşkilatçılığı ilə 4 komanda arasında keçirilən universitetlər,   arası 

kişilər  Basketbol  turnirində,  finalda  Qafqaz  Universiteti  Az.DBTİA-

sına uduzaraq 2-ci olmuşdur. Bu yarışda cərimə atışları 1-cisi koman- 

da  kapitanımız  Mehmet  Zengin  olmuşdur.  3  sayı  yarışında  isə   

oyunçumuz  Bayram  Kök  2-ci  olmuşdur.

MİLLİ YIĞMAYA QAFQAZ-dan DƏSTƏK.

Universitetimizin  idman  şöbəsinin  təşkilatçılığı  ilə  rektorumuz  Prof. 

Dr. Əhməd Saniç   və müəllimlərimizdən ibarət heyət futbol üzrə milli 

yığma  komandamızı  Ukrayna  ilə  oyunundan  əvvəl  ziyarət  edərək 

maddi-mənəvi dəstək  verdilər.

Yığma komandamızın istirahət etdiyi Neapol  Hoteldə xoş münasibətlə 

qarşılanan  heyətimiz,  millilərə  Ukrayna  ilə  oyunda  və  sonrakı 

oyunlarda  uğurlar  arzuladı.

Rektorumuz  Prof.Dr  Əhməd  Saniç,  baş  məçqşi  Şahin  Diniyev  və 

oyunçulara   Qafqaz Universiteti adından dərin təşəkkürlərini bildirdi 

və  gətirdikləri  hədiyyələrlə  birlikdə  oyunçuları  Türk  Paxlavasına   

qonaq  etdilər.



 Rektorumuz Prof.Dr Əhməd SANİÇ və müəllim 

heyətimiz Ukrayna ilə oyundan əvvəl milliye ziyarəti.

Rektorumuz  milli yığmanın oyuncularına

hediyyələr  təqdim edərkən

Azərbaycan  Türkiyə dostluq matçında universitetimizin şüarı

12 aprel 2006-da Azərbaycan-Türkiyə 

milliləri ilə yoldaşlıq görüşündə uni-

versitetimizdən 1000-ə yaxın tələbəylə

Her iki komandaya uğurlar arzuladıq.

İdman  şöbəmizin  hazırladığı  8m-lik 

şüar  ilə  tələbələrimizin  azərkeşliyi 

stadionda  fərqlənirdi.



       Təsisçi:   Qafqaz Universitetinin Rektoru 

           Prof. Dr. Ahmet SANİÇ



Baş Redaktor                   Redaktorlar

             Dr. Ahmet ÖKSÜZ              Musa  TURMUŞ

                                                 İftixar MƏHƏRRƏMOV

                     Dizayn                              Fotolar 

             Sahib KAZIMOV                  Rəcəb RZAYEV  



                                             

Qafqaz Universiteti Şəhərciyi, Bakı-Sumqayıt 

Şossesi 16-cı km Xırdalan  Bakı / AZƏRBAYCAN  

XƏBƏR BÜLLETENİ

Document Outline

  • Page 1
  • Page 2
  • Page 3
  • Page 4
  • Page 5
  • Page 6
  • Page 7
  • Page 8

Yüklə 105,2 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin