Bazar iqtisadiyyatlı ölkələrdə iqtisadiyyatın tənzimlənməsi siyasətində dövlətin antiinflyasiya siyasətinin düzgün və səmərəli qurulması və həyata keçirilməsi ən güclü vasitələrdən biridir. Keçid iqtisadiyyatı şəraitində inflyasiya bu prosesin mahiyyətindən irəli gəlir.Belə ki, ölkədə ümumi pul kütləsi, onun dövriyyəsi üçün zəruri olandan artıq olur, tələb və təklif uzlaşmır, nəticədə pulun alıcılıq qabiliyyəti aşağı düşür, qiymətlər isə yüksəlir, inflyasiya başlayır. Bundan əlavə inflyasiyanın artım tempi Paaşe indeksi vasitəsi ilə də ölçülə bilər:
II. Istehsal xərclərinin artması nəticəsində yaranan inflyasiya.
III. Əmək haqqının yüksəlməsi nəticəsində yaranan inflyasiya.
IV. Təklif mexanizminin pozulması nəticəsində yaranan inflyasiya.
İnflyasiya açıq və qapalı ola bilər. Açıq inflyasiyanın ümumi təmayülü qiymətin yüksəlməsidir, bununla belə bəzi məhsulların qiyməti aşağı düşə bilər. Deməli açıq inflyasiya istehsalı deformasiyaya uğratsa da dağıdıcı təsirə malik deyil deyildir. Qapalı inflyasiyada dövlət onu doğuran səbəblərlə yox (görünməz əl) nəticə ilə mübarizə aparır. Daha doğrusu mövcud olan inflyasiyaya qarşı mübarizə edir, onun mexanizmini dağıtmağa çalışır. İnflyasiyanın müxtəlif tipləri ardır. Bunlardan biri sürünən inflyasiyadır ki, qiymətlərin illik artım sürəti 10% təşkil edir. Digər:
Mötədil – mülayim, az, orta;
Çaparaq inflyasiyadır ki, illik artım 300-500%;
Hiperinflyasiya aylıq artım 50%, illik 1000%.
İnflyasiyanın ən yüksək səviyyəsi hiperinflyasiyadır. Yüksək sürətlə artır, hətta cəmiyyətdə çevrilişlərə də səbəb ola bilər. Staqflyasiya – iqtisadi böhran inflyasiya ilə uyğunlaşır, ahəng təşkil edir. Staqflyasiya – iqtisadiyyatın elə halıdır ki, eyni zamanda istehsal aşağı düşür, qiymət və işsizlik artır. Açıq və qapalı inflyasiyaya qarşı yönəldilən tədbirlər sistemi dövlətin antiinflyasiya siyasətində əks olunur. Bunun üçün;
Qiymət və gəlirlərin müvəqqəti dondurulması;
Qiymət və gəlirlərin artımının yuxarı həddinin müəyyən edilməsi;
Əmək məhsuldarlığı artımının, əmək haqqı artımından yüksək olması.
Qiymət və gəlir üzərində inzibati totalitar nəzarətin olması zəruridir.
Bu tədbirlər sisteminin həyata keçirilməsi nəticəsində qapalı inflyasiya açıq inflyasiyaya keçir.Dünya təcrübəsində inflyasiya üzrə iki proqram fəaliyyət göstərir:
1.Sabit və ardıcıl – (ortodoksal).
Bu proqram bazar iqtisadiyyatına geniş yer verməklə, dövlətin müdaxiləsinin məhdudlaşdırılmasını nəzərdə tutur. Bunun üçün BVF nəzərdə tutur:
daxili və xarici bazarda müəssisələrin fəaliyyət şəraitinin liberallaşdırılması;
sərbəst qiymətlər;
əmək haqqı artımının məhdudlaşdırılması;
milli valyuta məzənnəsinin dəyişkənliyi;
2. Keynsin nəzəriyyəsinin tərəfdarları «struktur siyasəti» və «təklif iqtisadiyyatı» nəzərdə tuturlar. Bunun üçün:
dövlətin müdaxiləsinin genişlənməsi;
əmək haqqı və qiymətlərin müvəqqəti dondurulması;
sahibkarlığın vergilərlə stimullaşdırılması;
əhali əmanətlərindən istifadə;
həyati istehsal sahələrinin dəstəklənməsi
Dünya təcrübəsi göstərmişdir ki, inflyasiyanı doğuran səbəbləri prinsipcə aradan götürmək mümkündür, lakin bu zaman bazar iqtisadiyyatı haqqında söhbət ola bilməz. Deməli, inflyasiya bazar iqtisadiyyatının atributlarındandır. Lakin ona dövlət nəzarəti olmalı, o öz həddini ötməməlidir.
Dövlətin antiinflyasiya siyasəti iki istiqamətdə aparılır:
Strateji istiqamətlər.
Pul məhdudiyyətliliyi.
Budcə kəsirinin ləğv edilməsi.
Vergi sistemində islahatlar və onun səmərələşdirilməsi.
Hərbi sənayenin konversiyası
Tədiyə balansının effektliyinin artırılması.
Taktiki istiqamətlər.
Ehtiyatdan istifadə edərək təklifin qısa müddətdə artırılması
Iqtisadiyyatın əmtəəliyinin artırılması
Özəlləşdirmə
Əmanətlərin artırılması və indeksləşdirilməsi tədbirləri.
Müsadirə tipli pul islahatının aparılması.
Qısa müddətli antiinflyasiya siyasəti inflyasiyanı doğuran səbəbləri ləğv etmir, onun əsas fəaliyyət mexanizmini dağıdır.Ümumiyyətlə, bazar iqtisadiyyatı şəraitində inflyasiya normal səviyyədə mütləq mövcuddur.Qarışıq bazar iqtisadiyyatı şəraitində qiymətlərin rolu və əhəmiyyəti getdikcə artmaqdadır. Belə ki, elmi cəhətdən əsaslandırılmış qiymətlər mexanizmi olmadan iqtisadiyyatda dönüş yaratmaq qeyri mümkündür. Qiymət vasitəsilə mikro və makro səviyyələrdə iqtisadiyyatda mütənasiblik, tarazlıq müəyyənləşdirilir və optimal variantlar seçilir. Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq, onların istehsal fəaliyyətləri qiymətləndirilərək işin səmərəlilik səviyyəsi aşkar edlir. Ən başlıcası isə dövlət qiymət mexanizmi vasitəsilə istehsalda lazımi stimul yaratmaqla prioritet sahələrin inkişafını tənzimləyir.Bazar iqtisadiyyatı şəraitində qiymətin aşağıdakı növləri fəaliyyət göstərir.
Hərrac qiyməti-məhsulun satış qiymətidir. Onun əsasında bazar qiyməti durur. Lakin o, bazar qiymətindən fərqlənir, çünki rəqabət xarakteri daşıyır. Satılan məhsullar əsasən nadir və aztapılan olur. Hərrac qiymətinin səviyyəsi onu idarə edənin qabiliyyətindən çox asılıdır.
Biznes qiyməti – alqı-satqı aparıldığı vaxtda yaranır.
Birja əmtəəsi qiymət – birja dönərlisindən və əlavələrdən ibarətdir. Yükün daşınma məsafəsindən asılıdır.
Dövlət qiyməti – dövlət tərəfindən qoyulur və nəzarət edilir.
Müqavilə qiyməti – tərəflərin razılığı əsasında müəyyən edilir.
Kommersiya qiyməti-azad qiymətdir. Mövcud olan dövlət qiyməti şəraitində sərbəst satılan məhsullara tətbiq olunur. Habelə mərkəzləşdirilmiş bölüşdürülən məhsullara da şamil edilir.
Kontrakt qiyməti – qiymətli kağızlara kontraktda qeydə alınan, razılaşdırılmış formada tətbiq edilən qiymətdir.
Kontrakt-latınca əqd, saziş, müqavilə mənasını daşıyır. Lakin kontraktla, müqavilə fərqli mahiyyətə malikdir:
Müqavilə müəyyən işin görülməsi üçün 3 il müddətinə, kontrakt isə ən azı 5 ilə bağlanır.
Müqavilə yazılı və şifahi ola bilər. Kontrakt isə yalnız yazılı şəkildə olur.
Müqavilənin şərtləri qısa göstərilir. Kontraktda isə – fəaliyyət müddəti, tərəflərin hüquqları, vəzifə və məsuliyyəti, kontraktın dayandırılması və pozulması səbəbləri, sosial məişət şərtləri, istehsalın özünəməxsusluğu, maliyyə imkanları, fors major hadisəsi və s. göstərilir.
Müqavilədə tərəflərin biri onun dayandırılmasını tələb etdikdə, lakin proses davam edərsə müqavilə müddəti qeyri-müəyyən vaxta qədər uzadıla bilər. Kontraktda isə müddət qurtardıqdan sonra, tərəflərin razılığı ilə o, yeni müddət üçün bağlanıla bilər.
Dünya qiyməti – beynəlxalq qaydada məhsul satan-alan dövlətlər arasında müəyyən bir dövr üçün razılaşdırılmış kontraktlar əsasında müəyyən edilir.
Topdan satış qiyməti – topdansatış formasında alınan məhsullara qoyulur. Ona pərakəndə ticarət əlavəsi daxil deyildir.
Təklif qiyməti –istehsalçı tərəfindən qoyulan qiymətdir.
Preyskurant qiymətləri –dövlət preyskurantlarına əsasən müəyyən olunur.
Keçici-ötücü qiymətlər-kütləvi məhsula qoyulan aşağı səviyyəli qiymət olub, bazarda tez zamanda tələb yaratmaq üçün tətbiq edilir.
Hesabat qiyməti-hər bir mövqe üzrə bir gün üçün tətbiq edilən qiymətdir.
Tənzimlənən qiymətlər – bazis qiymətindən kənarlaşa bilir, dövlət tərəfindən idarə olunur.
Pərakəndə qiymətlər – pərakəndə ticarət sistemində fəaliyyət göstərir.
Tələb qiyməti – Alıcı tərəfindən müəyyən edilir.
Transferent qiymətlər – kompaniya tərəfindən onun bölmələri arasında tətbiq olunan daxili qiymətdir. Firma daxilində fəaliyyət göstərir.
Bazar qiymətləri azaddır. Tələb və təklifin əsasında yaranır.Qiymətlərin dövlət tənzimlənməsi zərif, incə və mürəkkəb prosesdir. Belə ki, ölkədə gün ərzində milyonlarla alqı-satqı münasibətləri həyata keçirilir. Bu zaman qiymətlər istehsalçı-istehlakçı arasında münasibətləri tənzim edir, onların hər ikisi üçün sərfəli olan səviyyəni müəyyən etməyə imkan verir. Belə olduğu halda bütün qiymət sisteminə sahibkarların nəzarət etmək imkanları məhdudlaşır və ümumiyyətlə qiymət sisteminə nəzarət edə bilmirlər. Belə vəziyyət meydana çıxır ki, hər bir iqtisdi subyekt öz mənafeyi baxımından qiymətlərin inhisarçısına çevrilməyə çalışır. Nəticədə qiymət sistemində özbaşınalıq yaranır. Bazar sistemində belə bir konsepsiya irəli sürülür ki, qiymətlərin tənzimlənməsinə dövlət müdaxilə etməsin, tələb-təklifə əsaslanaraq iqtisadi subyektlər qiymətlərini müəyyən etsinlər, azad rəqabət şəraitində onların hansı qalib gələrsə, o da fəaliyyət hüququna malik olsun.Məsələyə ciddi yanaşılarsa, bu konsepsiyanın səhv olduğunu söyləmək olar. Belə ki, cəmiyyətin marağı və bazar subyektlərinin maraqları çox vaxt üst-üstə düşmür. Nəticədə bazar subyektləri öz maraqlarını, ictimai maraqdan üstün tuturlar ki, bu konsepsiyada sivil qaydada inkişaf edən iqtisadiyyat üçün məqbul sayıla bilməz.Məsələyə diqqətlə nüfuz etdikdə bazarın üç bölmədən ibarət olduğu görünür. Birincisi – bazar münasibətlərinin fəaliyyət göstərdiyi bölmə. Burada alıcı və satıcılar bir-birini qane edən, tarazlaşdırılmış qiymətlərlə sövdələşirlər. Bu zaman prosesə dövlətin müdaxiləsinin yeri yoxdur. Dövlət seyriçi kimi, iqtisadi agentlərin qanunla bərqərar olan «oyun qaydalarının» pozulmasına nəzarət edir.Ikincisi – böyük əhəmiyyətə malik olan bazardan kənar münasibətlər bölməsidir. Bu bölmə cəmiyyətin inkişafının təməl daşı hesab edilir. Buraya fundamental elmi tədqiqatlar, təhsil mədəniyyət, səhiyyə, sosial təminat, ekologiya, hərbi fəaliyyət, asayişiqoruyan orqanlar daxildir. Bu orqanlar məhsul istehsal etmirlər, öz xidmətlərini istehlakçılara məccani təqdim edirlər. Lakin onlar büdcədən maliyyələşirlər və özləri üçün zəruri olan məhsulların alınmasında qiymətdən istifadə edirlər. Buna görə də dövlət həmin müəssisələrin aldıqları məhsulların qiymətinə təsir göstərməlidir.Üçüncüsü – strateji – innovasiya bölməsidir ki, dövlət iri miqyaslı innovasiya layihələrini dəstəkləməlidir. Çünki bu layihələrin yerinə yetirilməsi perspektiv üçün ümumən cəmiyyətin rifahının yüksəldilməsinə xidmət edirlər. Belə layihələr iri xərclər tələb edir və həmin xərclərin ödənilməsini istehsalçıların üzərinə qoyulması qeyri mümkündür. Çünki istehsalçı ona mənfəət gətirməyən məhsulu sadəcə olaraq istehsal etmir. Eyni zamanda istehlakçı da baha qiymətə məhsul almaqdan imtina edir. Buna görə də dövlət innovasiya xərclərini öz üzərinə götürür ki, son nəticədə bu innovasiya layihələri xalqa xidmət edəcəkdir. Bazarda bütün iqtisadi subyektlərin bərabər hüquqlu olması mücərrəd anlayışdır. Çünki onlara elə gəlir ki, bazarda sərbəstdirlər və özlərinə sərfəli qiyməti idarə edə bilərlər. Əslində təkmil rəqabət heç bir ölkədə tam mövcud deyildir və bütün bazarlarda bu və ya digər formada inhisar, gizli iqtisadiyyat vardır. Əgər bazar qiymətləri sərbəst buraxılarsa, inhisar daha da azğınlaşa və güclənə bilər. Buna görə də dövlət antiinhisar qanunları vasitəsilə qiymət səviyyəsinə təsir göstərmək zorunda qalır.Başqa bir tərəfdən dövlət özü də mülkiyyət sahibidir, onun da unitar müəssisələri vardır və məhsul istehsal edirlər. Dövlət təbii resursları qorumalı, infrastruktur sahələrini inkişaf etdirməli, ölkənin təhlükəsizliyini təmin etməlidir və s. bütün bunlara rəğmən belə nəticəyə gəlmək olar ki, dövlət qiymətləri tənzimləməlidir, lakin onun müdaxiləsi məhdud sərhədlərdə olmalı, qanunla reqlamentləşdirilməlidir.Azərbaycan Respublikası müstəqil inkişafla, bazar münasibətlərinə keçid ərəfəsini yaşayır. Buna görə də qiymət münasibətlərinə diqqətlə yanaşılması tələb olunur.Azad bazar iqtisadiyyatına keçid, ilk əvvəl qiymət sisteminin tarazlaşmasını tələb edir. Azad bazara keçidin təhlükəsizliyi üçün qiymətin mərhələlərlə liberallaşması məqsədə müvafiqdir.Belə ki, ilk əvvəl birinci mərhələdə o məhsullar üzrə qiymət üzərindən nəzarət götürülür ki, həmin məhsullara tələbat ikinci dərəcəlidir. Əhalinin sosial müdafiəsini təmin etmək üçün onun yaşayış minimumuna daxil olan məhsullara dövlət qiyməti saxlanılır. Bununla belə yerli şərait nəzərə alınaraq bəzi məhsulların qiyməti yüksək ola bilər.Sonrakı mərhələdə qiymət bazardakı, vəziyyəti nəzərə alınaraq konkret məhsul qrupları üzərindən götürülür. Bütün bunlar qəti maliyyə-kredit siyasəti ilə müşayiət olunmalıdır. Yəni yüksək sürətlə dövlətsizləşdirmə, iqtisadi inhisarın dağıdılması, rəqabətinin inkişafı, sahibkarlıq və bazar infrastrukturunun inkişafı aparılmalıdır. Əvvəllər üzərindən nəzarət götürülmüş məhsulların qiymətlərinin səviyyəsi sürətlə yüksələrsə, bu zaman onların qiymət səviyyəsinin son həddə qədər yüksəldilməsinə qarşı müvafiq tədbirlər görülməlidir.Bazar iqtisadiyyatına keçid şəraitində müqavilə üzrə topdansatış qiymətlərindən də, məhsul alqı-satqısında geniş istifadə edilir. Həmin müqavilələr bağlanarkən onlar preskuranta yaxınlaşdırılmış topdansatış qiymətlərinə əsaslanaraq müəyyənləşdirilir.Qiymət səviyyəsinin yüksəldilməsini məhdudlaşdırmaq məqsədilə rentabellik səviyyəsinin hüdudu müəyyən edilir. Həmin rentabellik səviyyəsini, aşan mənfəətin həcmi tutularaq, büdcəyə daxid edilir.Müxtəlif konstruksiyalı xammal material, texniki məhsullar üçün qeydə alınmış qiymətlər tətbiq edilir.Hazırki dövrün qiymət siyasəti bu yuxarıda göstərilənlərin müəyyən qismini əhatə edir.Belə ki, əvvəl müvafiq qanunlar – Antiinhisar qanunu, sahibkarlığın inkişafı və özəlləşdirmə haqqında qanunlar qəbul edilmədən qiymətlərin liberallaşdırılması aparıla bilməz. Çünki qiymətlərin liberallaşdırılması ilə əlaqədar olaraq qiymət səviyyəsinin yüksəlməsi, müəyyən məhsul növləri üzrə qiymətə nəzarət edilməsini mürəkkəbləşdirir. Məsələn, elə məhsul var ki, qiyməti yüksəldikcə onun tələbatı artır və s. (çörək və çörək məhsulları). Buna Qiffen effekti deyilir. Ümumiyyətlə, dövlət bazarda qiymətin tənzimlənməsinə iki istiqamətdə təsir göstərməlidir; birincisi dövlət qanunların və bu qanunlardan irəli gələn təlimatların, digər hüquqi-normativ sənədlərin işlənib hazırlanmasını və onların qeyri şərtsiz həyata keçirilməsini təmin etməklə; ikincisi düzgün və səmərəli qiymət siyasəti yeritməklə, qanunların aliliyini qorumaqla. Bütövlükdə bazarda nizam-intizam yaratmaqla, qiymətlərə düzgün əməl edilməsinə ciddi nəzarəti təşkil etməklə və s.Ənənəvi bazar iqtisadiyyatlı ölkələrdə, mühüm məsələlərdən biri dövlətin iqtisadiyyata müdaxilə etməsidir. Müasir bazar iqtisadiyyatı istehsalın istehlakçıya uyğunlaşdırılması sistemidir. Eyni zamanda bu sistem, rəqabət və sosial müdafiəyə prinsiplərinə riayət olunmasına dövlət nəzarətidir.Iqtisadiyyatın dövlət tənzimlənməsi, xüsusi bölmənin aparıcı olduğu halda, müxtəlif formalar alır:
Makrosəviyyədə – fiskal və maliyyə siyasətindən istifadə olunur.
Mikrosəviyyədə – inhisar əleyhinə qanunlardır ki, sahələr üzrə qiymətlərin birbaşa tənzim olunması əks etdirir.Bazar qanunlarının fəaliyyətinə baxmayaraq dövlət heç vaxt qiymətlərin tənzim olunmasından imtina edə bilməz.Qərb iqtisadçıları belə hesab edirlər ki, bizim ölkənin indiki, vəziyyəti, onların ikinci dünya müharibəsindən sonrakı vəziyyətinə uyğundur.Buna görə də, inzibati sistemdən bazar iqtisadiyyatına keçid qəflətən ola bilməz. Müəyyən keçid dövrünün olması vacibdir. Məsələn, Qərb ölkələri qiymətlərin sərbəstləşməsi məsələsinə təxminən 1945-ci ildən başlamışlar. Böyük Britaniyada bu proses 40 il davam etmişdir. Fransada qiymətlərin tam liberallaşması 1986-cı ildə başa çatmışdır.Digər kapitalist ölkələrdə indinin özündə də xüsusi əhəmiyyətli məhsulların qiymətlərinə dövlət tərəfindən nəzarət edilir və tənzimlənir.Avstraliyada qiymətin dövlət tənzimlənməsi mövcud deyildir. Lakin qiymətlər üzərində nəzarət vardır. Bu nəzarət çörək, süd, yumurta və s. bu kimi məhsulların qiymətləri üzərindədir. Mövcud ştat xəzinədarlığı mütəmadi olaraq bu məhsulların qiymətlərinin dəyişilməsi hüdudunu təhlil edir.Ölkədə 1983-cü ildə qiymət üzərində müşahidə haqqında qanun verilmişdir. Həmin qanuna əsasən istənilən məhsulun qiyməti üzərinə embarqo qoyula bilər ki, Federal Xəzinədarlıq idarəsinin icazəsi olmadan onların qiyməti dəyişdirilə bilməz. Nəzərdə tutulmuş müddətdə qiymətlər kim tərəfindən icazəsiz dəyişdirilsə 10 min avstraliya dollarında cərimə olunur. Eyni məhsulların müxtəlif regionlar üzrə qiymətlərinin dəyişilməsi hüdudu 20% təşkil edir.Avstriyada isə qiymətin dövlət tənzimlənməsi sisteminə paritetlik daxildir. Dövlətlə, sahibkarlıq arasında və sosial iqtisadi məsələlərin pariteti mövcuddur.
Ölkədə qiymətin sərbəstləşməsi 1977-ci 1997-ci il ərzində 20 ilə aparılmışdır. Hazırda qiymətlər 1976-cı ilin qanunçuluğu əsasında tənzimlənir. Bu qanuna görə iqtisadiyyat nazirliyinin hüququ vardır ki, qiymətlər üzərində mak. və min. hədi qoysun. Bundan əlavə onun hüququ vardır ki, istənilən məhsula 6 ay ərzində tənzimedici qiymətlər tətbiq etsin.Kənd təsərrüfatı məhsullarına qiymət tərtib edilərkən o, kənd təsərrüfatı nazirliyi ilə razılaşdırılır. Qoyulan qiymət rəsmi qaydada nəşr olunur.Ölkədə bu məsələlərlə Paritet Komissiyası məşğul olur. 1964-cü ildən başlayaraq bu komissiya aşağıdakı funksiyaları yerinə yetirir:
Yeni məhsulların, yenilik əlamətləri yoxlanılır və ona yeni qiymətin qoyulması imkanı müəyyən edilir.
Ölkə daxilindəki məhsulla, idxal məhsullarının qiymətləri arasındakı fərqlənmə yoxlanılır və bu fərqin normal olmasına çalışılır.
Daxili ticarətdə məhsulların qiymət fərqinə nəzarət edilir ki, ticarət ədalətli olsun.
Tariflər, mehmanxana təsərrüfatı xidmətləri, ağ çörək, çörək məhsullarının, toxuculuq məhsullarının və s. məhsulların qiymətləri onlara aid qanunlara uyğun olması üzərində nəzarət edilir.
Venesuelada məhsula qiymət tələb təklif əsasında müəyyən olunur. Lakin bununla belə qiymətlərin sərbəst formalaşması dövlətin müstəqim və qeyri-müstəqim tənzimləmə metodları ilə tamamlanır. Digər tərəfdən, ölkədə dövlət bölməsi daha yüksək xüsusi çəkiyə malikdir və onlar öz inhisarlarını qiymət üzərində saxlayırlar.Ölkədə istehlak zənbilinin təmin olunması üçün 17 adda məhsul üzərində dövlət nəzarəti saxlanılır. Həmin məhsulların qiyməti ticarətçilər tərəfindən yüksəldilə bilməz. Bununla yanaşı dövlət minimum əmək haqqı vasitəsilə də qiymətlərə təsir göstərir.
Mərkəzi bank və Qiymətə nəzarət idarəsi inflyasiya artımı haqqında məlumat toplayaraq, iki ildən bir minimum əmək haqqını indeksləşdirir. Ölkədə istehlak məhsullarının 20%-ə qədəri dövlət tərəfindən tənzim olunur. Qiymətin tənzimlənməsinin hüquqi əsasını ölkə prezidentinin fərmanı təşkil edir. Bu bazar tənzimlənməsi kodeksi adlanır. Həmin kodeksə görə tənzimlənən məhsullar 2 qrupa ayrılır.
Birinci qrupa kənd təsərrüfatı məhsulları və müxtəlif istehlak məhsulları daxildir.
Ikinci qrupa isə – qalan məhsullar aid edilir.Danimarkada qiymət sistemi bazar iqtisadiyyatı və sərbəst rəqabət münasibətləri əsasında fəaliyyət göstərir. Dövlətin qiyməti tənzimləmə funksiyası məhduddur. Qiymətlər istehsalçılar tərəfindən xərclərə uyğun qoyulur. Lakin dövlət bütün vasitələrlə rəqabətin genişləndirilməsini həyata keçirir ki, istehsalçıların qiyməti stabilləşsin və ya aşağı düşsün. Bundan başqa dövlət vergi sistemindən də geniş istifadə edir.Dövlət bölməsində qiymət və tariflər qanunlar əsasında müəyyən edilir. Dövlət tərəfindən müəyyənləşdirilən və təsdiq edilən qiymətlər ümumi qiymət sisteminin 6%-ni təşkil edir.Almaniyada dövlət, qiymətin tənzimolunmasını və nəzarəti həyata keçirir. Bu əsasən ilk tələbat və inhisarlaşdırılmış məhsullar üzrədir. Belə məhsulların siyahısı dövrü olaraq bülletenlərdə dərc olunur.Dövlət tərəfindən tənzimlənən qiymətlərin xüsusi çəkisi 10 % təşkil edir.Qiyməti tənzimləyən dövlət orqanı Kral dekreti ilə müəyyən olunmuş Iqtisadiyyat Nazirliyinin Ali Şurasıdır. 1945-ci ilə qədər Almaniyada krallıq vardı.Qiymətin tənzimlənməsinin dövlət mexanizmi aşağıdakı formalara malikdir:
Icazə verilən qiymətlər. Dövlət və xüsuçi kompaniyalar nəzərdə tutulan məhsulun qiymətinin yüksəldilməsi haqqında Ali Şuraya təqdimat verirlər. Dövlət komissiyasının icazəsi alındıqdan sonra məhsulun qiyməti yüksəldilə bilər.
Xəbərdar edici qiymətlər – Müəyyən məhsullara qiymət Ali Şuraya 1 ay əvvəl xəbərdarlıq ediləndən sonra yüksəldilir.
Yerli qiymətlər. Yerli orqanlar tərəfindən yüksəldilə bilər. Bu zaman yerli komissiyalar aşağıdakı elementləri nəzərə alırlar:
Qiyməti yüksəldiləsi məhsulun və xidmətin tam şərh olunması.
Məhsulun istehsal xərclərinin strukturu haqqında tam məlumat.
Məhsulun reallaşdırma qaydası.
Qiymət yüksəldildikdən sonra onların vəziyyəti.
Istehsal xərclərinin əsaslandırılması və bunun əsasında qiymətin yüksəlməsi.
Italiyada qiymət üzrə nəzarət sistemi 1944-cü ildən həyata keçirilir. Idarələrarası qiymət komitəsi Sənaye Nazirliyinə tabedir. Bu komitə istehsalın inkişafına şərait yaradan məhsulların qiymətlərini müəyyənləşdirir. Bununla yanaşı, ilk tələbat məhsullarının qiymətlərini müəyyən edir.Bu sistemin zəruriliyi müharibədən sonrakı dövrdə ölkə iqtisadiyyatının ağır vaxtı ilə əlaqədar idi və həmin dövrdə çoxlu sayda məhsulların qıtlığı mövcud idi.Qiymətlərin belə tənzim olunması 1960-cı illərə qədər davam etmişdir. Artıq 60-cı illərdən sonra Italiya iqtisadiyyatı yüksək inkişafa malik olmuşdur və bununla əlaqədar olaraq qiymətlərin liberallaşması başlamışdır.Qiymət üzrə nəzarət praktiki olaraq inflyasiyanı dayandırmaq məqsədi güdür.Kanada da qiymətin tənzim olunmasının vahid sistemi yoxdur. Qiymətlər əsasən tələb və təklifdən asılı olaraq müəyyən olunur. Kanadada qiymət siyasəti, əsasən qiyməti dəstəkləmək siyasətidir. Bu əsasən kənd təsərrüfatı məhsulları üzrədir. Əsas məqsəd fermer təsərrüfatının gəlirliliyini müəyyən etməkdir.Kanadada ağır vəziyyətdə olan sahələr dövlət tərəfindən subsidiyalaşdırılır.Ölkədə 1986-cı ildə Rəqabət aktı qəbul edilmişdir. Həmin akta əsasən ölkədə iki tipdə «dağıdıcı-talanedici» qiymətdən istifadə edilir.Birincisi «qiymət coğrafi mövqedə əmələ gəlmə» formasıdır ki, ticarətçilərə bir regiona məhsulu digər rayondan nisbətən aşağı qiymətə satmağa icazə verilmir. Bu rəqabəti tam dəf etmək məqsədi güdür.Ikincisi isə «əsaslandırılmamış aşağı qiymətin» müəyyənləşdirilməsi, bu da rəqabətin əhəmiyyətli dərəcədə aşağı salmağa xidmət edir. Norveç dövlətində Qiymət və ticarət rəqabəti 1953-cü ildə təsdiq edilmiş qanunçuluq əsasında tənzimlənir.Kral qərarına əsasən 1957-ci ildə istehsalçılarla satıcılar arasında fərdi qiymət razılığına icazə verilmir. Çünki onların fərdi razılaşması qiyməti yüksəltmək vasitəsilə öz gəlirlərini çoxaltmaq məqsədi güdə bilər.Qiymət və digər normativ aktların tənzimlənməsinin pozulması haqqında dövlət ciddi sanksiya tətbiq edir. Hətta cərimədən əlavə məsuliyyətə də cəlb oluna bilər. Qiymətin tənzim olunması əmək və inzibati nazirlik, qiymət üzrə Dövlət Təftiş Komitəsi və s. tərəfindən həyata keçirilir.Norveçdə daxili qiymətqoyma dünya bazar qiymətinə əsaslanır.ABŞ-da qiymətin əsas hissəsi kompaniyalar tərəfindən rəqabətli bazar mexanizmi əsasında qoyulur. Bununla yanaşı təbii inhisar sahələrində dövlət qiymətləri də saxlanılır. Dövlət qiymətlərin 5-10% ni tənzim edir. ABŞ ştatlarının bəzilərində elektroenerji, şəhərlərarası avtomobil və dəmir yol tarifləri, ştat idarəsi tərəfindən qoyulmasına icazə verilmişdir. Kompaniyalar qiymət qoymanın müxtəlif formalarından istifadə edirlər. Onlardan bir neçəsi məhsulun bir hissəsini alıcıların ala biləcəyi səviyyədə qoymağa çalışırlar.Digərləri isə qiyməti uzun müddətə gəlir verə biləcək, həddə qoymağa çalışırlar.ABŞ-da faiz stavkası dövlət nəzarətindədir. Bu istehsal xərclərinin yüksəlməsinə imkan vermir.ABŞ-da fermer məhsullarının qiymətinin tənzimlənməsi 1993-cü ildən həyata keçirilir və girov qiymətindən istifadə olunur. Girov qiyməti minimum zəmanətli qiymət funksiyasını yerinə yetirir. Onun məqsədi fermer təsərrüfatının qiymətinin bazar qiymətindən aşağı düşməsinə imkan verməməkdir ki, fermerlər ziyana düşməsinlər.ABŞ-da 160 kənd təsərrüfatı məhsulu üçün paritet qiymətlər qoyulmuşdur.Tanzaniyada qiymətlər iki qrupa ayrılır.Birincisi müxtəlif idarələr tərəfindən tənzimlənən qiymətlərdir. Bura tarif və xidmətlər, icarə haqqı və s. aiddir. Ikinci qrupa isə bazar tələbatı ilə müəyyən olunan qiymətlər daxildir.Bura əsasən istehlak məhsulları aiddir.Ölkədə 1973-cü ildən Milli Qiymət Komissiyası yaradılmışdır. Həmin MQK-ı 400 adda məhsulun istehsalının maksimum səviyyəsinə baxmaq hüququna malikdir. Bu MQK qoyduğu qiymət, heç bir hüququ orqan tərəfindən dəyişdirilə bilməz. Həmin orqan yarımavtonom xarakterə malikdir, yəni bir tərəfdən dövlətə tabedir.Ölkədə qiymətin tənzim olunması fabrik, topdansatış və pərakəndə satış qiymətlərini əhatə edir. Bu yerli və idxal ixracat məhsullarına aid olub ildə iki dəfə baxılır.Fabrik qimətləri 30% netto-gəlir verən səviyyədə qeydə alınırlar. Ölkədə 12-22 adda məhsulun qiyməti dövlət tərəfindən tənzim olunur.Başqa ölkələrdə olduğu kimi Fransa iqtisadiyyatı da xüsusi sərbəst sahibkarlığın əsasında inkişaf edir. Hazırda ölkənin iqtisayyatı bazar iqtisadiyyatı şəraitində inkişaf edir ki, bu da qiymətlərin tamamilə tələb və təklif əsasında formalaşmasına imkan verir. Lakin qiymətlərin əsasında dəyər, tələb – təklif və pul tədavülü qanunu durur.Fransa iqtisadiyyatında dövlət bölməsi bir o qədər xüsusi çəkiyə malik deyildir. Dövlətin əlində əsasən inhisarçı sahələr cəmlənmişdir(qaz, enerji, nəqliyyat) Bundan əlavə dövlət, bazar rəqabəti şəraitində fəaliyyət göstərən sahələrə də (milli, kommersiya bankları – sığorta kompaniyaları ) nəzarət edir. Birinci halda dövlət bütün iqtisadi parametrləri inhisarçı sahələr üzrə qoyur. (investisiyaların həcmi, əmək haqqı, hazır məhsula qiymət).Ikinci halda dövlət iqtisadi parametrlərə minimum təsir göstərərək dövlət sahələrini xüsusi bölmə ilə rəqabətə hazırlayır.Bu xüsusiyyət nəzərə alınaraq ölkədə qiymətlərin 20%-i dövlət tərəfindən tənzim olunur.Fransada 40 il ərzində (1947 - 1986) qiymətlərin dövlət tənzimlənməsi sistemini əsaslandıran «dirijizm» onun siyasətinin əsasını təşkil etmişdir.Fransa nazirlər Şurası 1986-cı ildən ölkədə qiymətlərin tam rəqabət əsasında formalaşmasını sərbəstləşdirirdi. Həmin dövrdən ölkədə 16 nəfərdən ibarət Rəqabət Şurası yaradılmışdır. Həmin Şura müəyyən səlahiyyətlərə malikdir. Məsələn, qiyməti pozan müəssisə təşkilat və şəxslər haqqında inzibati və hüquqi qaydada tədbir görə bilər. Hətta şəxslər 6 aydan 4 ilə qədər məsuliyyətə də cəlb oluna bilərlər.Isveçrədə, qiymətin tənzim olunması təcrübəsi maraqlıdır. Belə ki, ölkədə bir sıra normativ sənədlər qəbul edilmişdir ki, onların köməkliyi ilə dövlət qiymətqoyma prosesinə təsir göstərir. Federal dövlət 1961-ci ildən qərar qəbul etmişdir ki, həmin qərara əsasən ölkədə kənd təsərrüfatı məhsullarına qiymətlərin 50%- qədəri qeydə alınır. Ölkədə bazar şəraitini təmin etmək üçün dövlət 30 %-ə qədər subsidiyalar verir ki, onun da 30 %-i nəqliyyatın, 27% kənd təsərrüfatının, 16% təhsilə, 13% səhiyyəyə yönəldilir.Isveçrədə qiymət üzərində dövlət tənzimetmə nəzarətindən başqa ictimai nəzarətdən də istifadə olunur. Bunun üçün istehlakçının mənafeyini qorumaq məqsədilə Müdafiə Fondu yaradılmışdır.Qiymətlərin tənzim olunan səviyyəsini pozan hər bir kəs, sahibkar və digərləri 100 min Isveçrə frankında cərimə olunurlar.Federal idarə hər həftə ölkə üzrə 80 adda məhsulun qiymətləri haqqında bülleten nəşr edir. Bu qiymətlər regionlar üzrə differensiallaşdırılır.Isveçdə müharibə və müharibədən sonrakı (1941 – 1945) dövrlərdə qiymət üzərində nəzarət çox geniş idi. Həmin dövrlərdə daimi Qiymət Nəzarəti Idarəsi fəaliyyət göstərmişdir. 1956-cı ildə «Qiymətə daimi nəzarət» sistemi ləğv edildi.Ölkədə qiymət səviyyəsinin yüksəlməsinin qarşısının alınması üçün qiymətlərin dondurulması sistemindən də istifadə olunur.Qiymətlərin dondurulması iki halda mütləq həyata keçirilir.
müharibə vəziyyətində.
qiymətlərin ümumi səviyyəsinin yüksəlməsi təhlükəsi yarandığı halda.
Dövlət selektiv (ayrı-ayrı məhsullara) qiymət sistemindən istifadə etmək hüququna da malikdir.Qiymət məsələləri ilə ölkədə icraedici orqan, Dövlət Qiymət Idarəsi sayılır.Yaponiyada qiymətqoyma sahəsi, dövlətin ən minimum müdaxilə sahəsidir. Dövlət orqanları qiymət üzərində nəzarət etmirlər. Çünki bunun əksi ölkədə mövcud olan Liberal – Demokratik partiyanın nizamnaməsinin əleyhinə olardı.Ölkədə antiinhisar qanunları (1977) fəaliyyətdədir. Həmin antiinhisar qanunlarından «Ərzaq məhsulları bazarının tənzimlənməsi qanunu», «Heyvandarlıq məhsullarına qiymətin stabilləşməsi» qanunu ölkədə hüququ sənədlər sayılırlar.Yaponiyada bu işlərlə «Ədalətli bağlaşma Komissiyası» məşğul olur. Həmin komissiya qanunu pozan subyektlər üzrə məsuliyyət qaldırmaq hüququna malikdir. Lakin bu heç də o demək deyildir ki, dövlət qiymət tənzimlənməsindən tamamilə imtina etmişdir. Ölkədə istehlak məhsullarının 20%-i dövlət tərəfindən tənzim olunur.Bütün bu deyilənlərdən aydın olur ki, keçid iqtisadiyatı şəraitində bazar fəaliyyətinin dövlət tərəfindən tənzimlənməsi çox vacibdir. Cəmiyyət üzvlərinin hər bir fəaliyyətində dövlətin güclü tənzimləyici əli olmadan ölkədə sosial-iqtisadi stabilliyə və yüksək iqtisadi nəticəyə nail olmaq qeyri-mümkündür.
Dostları ilə paylaş: |