"Ben Türk dostu Eftim değil, Türk oğlu Türk Eftim'im. Ben, her zaman, her yerde Türk olduğumu beyan ettim. Bir yabancı, Türk dostu olabilir. Fakat benim gibi, halis bir Türk vatandaşının, yabancı bir Türk dostu gibi gösterilmesi, O'nun milliyetinden şüphe edilmesine delalet eder ki, bundan incinmemek, üzülmemek imkânsızdır. Bana Türk demeyip, Türk dostu diyenleri hiçbir surette affedemem… Düşmanlarımızın her şeyi var. Bizim ise göğsümüzde imanımız var. Mutlaka kazanacağız. Yaşasın Muzaffer Türk Ordusu”
Mustafa Kamal Paşanın da bu din adamı haqqında düşüncələri yüksək olmuşdur: “ Baba Eftim bu məmləkətə bir ordu qədər xidmət göstərmişdi.”
Milli Mübarizədə kəşfiyyat
Kəşfiyyat sülh və müharibədə davamlılığı olan bir fəaliyyətdir. Ölkələrin bir-birlərinə istiqamətli siyasi, ictimai, iqtisadi və hərbi fəaliyyətləri ilə gözləmələrinin əvvəldən müəyyən olunması ehtiyacının zaman içərisində gedərək artması, xəbər almağa dönük quruluşlanmaların varlığını zəruri etmişdir. Türkiyədə, sistemli və mütəşəkkil xüsusiyyətdə kəşfiyyat təşkilatı qurma cəhdləri, Osmanlı Dövlətinin son illərində başlamışdır. Siyasi birliyin qorunması, ayrılıqçı hərəkətlərin önlənməsi və xüsusilə xarici dövlətlərin Orta şərq üzərində mərkəzləşən fəaliyyətlərinin izlənilə bilməsi üçün fərdi əsasda və məhdud xüsusiyyətdə davam etdirilən kəşfiyyat işlərinin bir mərkəzdən mütəşəkkil şəkildə icra edilməsinə ehtiyac duyulmuş və 1911-ci ildə Ənvər Paşa tərəfindən Təşkilatı Məxsusa adlı bir gizli qürum qurulmuşdu. İttihad və Tərəqqinin Türkçü və İslamçı fikirləri istiqamətində, daxildə və xaricdə, əks-kəşfiyyat, təbliğat, təşkilatlanma və sui-qəsd əməliyyatlarını icra etmişdi. 1913-cü ilin noyabrında Hərbiyyə Nəzarətinə bağlı “Umûr-ı Şarkiyye Dairesi” adında rəsmi bir təşkilata çevrilmişdi. 8 Oktyabr 1918-ci ildə İttihad və Tərəqqi hökumətinin iqtidardan ayrılması ilə birlikdə Teşkilatı-Mahsusanın da işinə son verilmişdir.Teşkilatı-Mahsusa Trablusda italyanlara, Qərbi Trakyada bolqar və yunanlara, Misir və İraqda ingilislərə qarşı müqavimət-təşkilatlandırma işlərini həyata keçirmişdir. I Dünya Müharibəsindən sonra Anadoluda yaradılan Kuva-i Milliye (Milli Qüvvələr) və Müdaffa-i Hukuk (Hüquq Müdafiəsi) təşkilatlarının qabaqda gedən liderlərinin demək olar ki, hamısı Teşkiatı-Mahsusa üzvləri idi.
Karakol Cəmiyyəti
İttihatçı sabiq baş nazir Tələt Paşa ölkədən getməyə məcbur qalmadan öncə, Karakol Cəmiyyəti adı altında gizli bir təşkilatın qurulmasına göstəriş vermişdi. Təşkilatın qurucuları arasında sabiq qərargah polkovniki Qara Vasıf, ehtiyatda olan yüzbaşı Baha Səid bəy, polkovnik Qalatalı Şövkət, Yenibahçeli Şükrü bəy kimi İttihadçı şəxslər var idi. Cəmiyyətinin Milli Mübarizə tarixindəki ən böyük xidməti, İstanbuldan Anadoluya silah və sursat qaçaqmalçılığı ilə bərabər, vətənsevər zabitlərin keçirilməsini təmin etmək, “ İngiliz Mühipləri Cəmiyyəti”-nin fəaliyyəti haqqında Ankaranı xəbardar etmək olmuşdu. Fəqət cəmiyyətin bəzi üzvlərinin Ankaranın razılığı olmadan sərbəst şəkildə bolşeviklərlə təmas qurması və Anadoludakı milli mübarizəyə sahiblənmə cəhdləri Mustafa Kamal Paşanı narahat etmişdi. Bu arada ingilizlər bu təşkilatın içinə əslən Hindistanlı olan Mustafa Sağir adlı casusunu yerləşdirə bilmişdilər. Mustafa Sağıra verilən əsas tapşırıq isə, bir yolla Ankaraya gedə bilmək və Mustafa Kamal Paşaya qarşı sui-qəsd tərtibləmək idi. Mustafa Sağir, cəmiyyət üzvlərinin maddi cəhətdən sıxıntı çəkdiklərini bilərək, ingilizlərdən aldığı vəsaitlə onlara yardım edərək etimadını qazanmışdı. İstanbula gəlmə səbəbini guya Türk-Hind Uhuvet Cəmiyyətini quraraq Milli Mübarizə hərəkatına dəstək çıxmaq olduğuna inandıra bilmişdi. Bu arada Milli hərəkata rəğbət bəsləyən vəliəhd Əbdülməcid Əfəndi ilə də yaxın münasibət quraraq , onun oğlu şahzadə Ömər Fərruxla Anadoluya keçə bilmişdi. 2 Hind Müsəlmanları təmsilcisi kimi Ankaraya gəlməsinə icazə verilən Mustafa Sağir , Türkiyədə “ İstiqlal şairi” kimi tanınan Mehmet Akif Ersoyla3 yaxın münasibət qura bilmişdi. Ersoy, güya Hindistan, Misir və digər müsəlman ölkələrdən göndərilən çox sayıda məktublardan şübhələnərək, durumu hökumətə bildirmişdi. İncələmələr nəticəsində məktubların çoxunun boş və ya xüsusi şifrə ilə yazıldığı aşkar olunmuşdu. İstiqlal məhkəməsi tərəfindən Mustafa Sağir casusluqda ittiham olunaraq 1921-ci ilin mayın 24-də edam olunmuşdu.
Zabitan qrupu
Karakol cəmiyyətinin dağılmasından sonra həbs olunmaqdan qurtula bilən üzvləri yenidən təşkilatlanaraq Zabitan adlı yeni bir gizli təşkilat qurmuşdular. Bu arada Ankara Hökumətinin qərarı ilə, 1920-ci ilin 7 iyun tarixində BMM Başqanlığna bağlı olan Matbuat və İstihbarat Umum Müdürlüğü təşkil olunmuşdu. Karakol cəmiyyətinin bir növü davamçısı olan bu qrup da ittihatçı ağırlıqlı olmasına görə, Ankara məsafəli davranmış, rəsmi olaraq onu tanımamışdı. Zabitan qrupunun faəliyyətı qısa bir vaxtda işğal qüvvələri tərəfindən aşkarlanmış və təşkilat parçalanmışdı.
Yavuz qrupu
Ankara hökumətinə bağlı olan yarbay Mustafa Muğlalı başqanlığında qurulan Yavuz qrupu qısa müddətli fəaliyyətində önəmli kəşfiyyat xarekterli xəbərləri Ankaraya çatdıra bilmişdi. Qrupun başqanı Mustafa Muğlalı 1921-ci ilin sentyabrında Ankaraya gələrək bir hərbçi kimi vəzifəsinə davam etmişdi. İslahiyyədəki ( Antep) erməni üsyanının basdırılmasında, daha sonra şərq cəbhəsində göstərmiş olduğu xidmətlərə görə İstiqlal medalı ilə təltif olunmuşdu. 4
Hamza qrupları
Erkân-ı Harbiye Umûmiye Riyasetinə ( Ali Baş qərargah rəisliyi ) bağlı olan bu qruplar, bəzən gizlilik içində Mücahid, Müharib və Fəlah ( qurtuluş ) adları altında 1923-ci ilə qədər fəaliyyətlərini sürdürmüşdilər.
Mim-Mim qrupu
Dostları ilə paylaş: |