Iii- milli mübarizədə təşkilatlanma dövrü ( 1919-1920)


İstanbul hökuməti , Anadoludakı Milli Hərəkata qarşı nəzarəti altında tutduğu mətbuat vasitəsilə təbliğatdan da istifadə etməyə çalışmışdı



Yüklə 81 Kb.
səhifə12/16
tarix21.05.2023
ölçüsü81 Kb.
#118562
1   ...   8   9   10   11   12   13   14   15   16
MÖVZU 3

İstanbul hökuməti , Anadoludakı Milli Hərəkata qarşı nəzarəti altında tutduğu mətbuat vasitəsilə təbliğatdan da istifadə etməyə çalışmışdı. Adana Postası, Alemdar, Ferda, İrşad, Peyam-ı Sabah, İstanbul, Ümid, Zəfər adları ilə nəşr olunan qəzet və jurnallarda Türk Milli hərakatı” bir ovuc başıpozuq quldur”-un səltənətə və xəlifəyə qarşı qiyamı kimi təbliğ olunmuşdu. Ankara hökuməti haqlı davalarını həm Türkiyə xalqına , həm də dünya ictimaiyyətinə çatdıra bilmək üçün 1920-ci il 8 aprel tarixində Anadolu Agentliyini qurdurmuşdu. Hakimiyyət-i Milliyyə qəzeti isə , daha Ankarada milli hökumət formalaşmadan öncə ( 10 yanvar 1920 tarixində) Sivasda çıxarılan İrade-yi Milliyyənin davamı olaraq nəşr olunmağa başlamışdı. Bundan başqa Türkiyənin müxtəlif yerlərində Milli Mübarizəyə dəstək verən çox sayıda mətbu orqanları da fəaliiyyət göstərməkdə idi:



  • Açıqsöz, Adanaya doğru, Ahali, Ahval, Aksiseda, Akşam, Albayrak, Anadolu, Babalık, Cerideyi Resmiye, Dertli, Doğrusöz, Erciyes, Hayat, Hukuki Beşer, İşık, İbret, İkdam, İzmire doğru, Misakı-Milli, Öğüt, Söz, Vakit, Yeni Adana, Yeni gün və s.

İstiqlaliyyət müharibəsi dövründə üsyan edən və soyğunçuluqla məşğul olanları, orduya aid silah və təchizatları oğurlayanları, cəsusları, fərariləri, Milli Mübarizəyə maneə olmaq məqsədilə propaqanda aparanları mühakimə etmək üçün “Hiyanət-i Vətəniyyə Qanunu” ( 29 aprel 1920 ) çıxarılaraq Böyük Millət Məclisinin nəzarətində olan İstiqlal Məhkəmələri ( 18 sentyabr 1920 ) qurulmuşdu.
İstanbul hökuməti , işğalçı güclərlə işbirliyinə girərək Anadolunun hər tərəfində təyyarələr vasitəsilə xalq arasında Ankara əleyhinə broşürlər dağıtdırmışdı. Xalqı dirəniş göstərməməyə, silahı buraxmağa çağırışlar edilmişdi. Etiraf etmək lazımdır ki, uzun sürən müharibələr nəticəsində yorğun düşən xalqın müəyyən hissəsində ümüdsizlik və bədbinlik hissi hakim idi. 1 İstər istəməz bu duyğular orduya da sirayət etmişdi. Orduda fərariliyin qarşısın almaq üçün 11 sentyabr 1920-ci ildə “Fərarilik haqqında qanun” qəbul edilmişdi.
Milli mübarizədə din adamlarının rolu


İstanbul Hökuməti , Mustafa Kamal Paşa və silahdaşlarını, xalqın gözündə düşürmək üçün onları “ kafir” elan edərək , haqlarında dövrün şüyxülislamı Dürizzadə Abdullah efendinin fitvası ilə “ ölüm “ hökmü çıxarmaqdan belə çəkinməmişdi. Bunun üzərində Ankara hökumətinin də istəyi ilə, başda Ankara müftüsü Rıfat Hoca Börekçi olmaqla 153 din adamının imzası ilə Türk Milli Mübarizəsini dini baxımdan da caiz göstərən bir fitva verilmişdi. Ümumiyyətlə, Qurtuluş müharibəsi illərində düşmənlə işbirliyi içində olan bəzi saxta “ üləmalar”la bərabər , çox sayıda vətənsevər din adamının da bu haq davasında Ankara hökumətinin yanında olduğu görülmşüdür. Milli Mücadiləyə dəstək verən verən din adamları arasında Liviyalı Şeyx Əhməd Sünusinin adını xüsusilə qeyd etmək lazımdır. Mustafa Kamal Paşa ilə hələ Trablusqarb ( 1911-1912) müharibəsi illərində tanış olan Şeyx Sünusi, Anadoluda milli mübarizə başladığında bu haq davasında din qardaşları ilə bərabər olmağı arzu etmişdi. Təbii ki , bu davranışı yüksək qiymətləndirən Mustafa Kamal Paşa bir məktub yazaraq Şeyxi Ankaraya dəvət etmişdi. 15 noyabr 1920-ci ildə Ankaraya gələn Şeyxin şərəfinə təşkil olunan ziyafətdə Mustafa Kamal Paşa, onun haqqında düşüncələrini bu şəkildə dilə gətirmişdi:


Sünusi teşkilatı diğer teşkilatlar gibi sadece bir tarikat değildir; bu tarikat insanlığı İslamiyetin saadet yolunda yürütmeye yönelik esaslı bir teşkilattır. Bu gece huzurlarıyla müşerref olduğumuz zat, İslam aleminde büyük bir esasa dayanan mukaddes bir teşkilatın başında bulunan yüce bir zattır. (…) Dolayısıyla bundan sonra kendilerinin İslam alemine yapacakları hizmetler, şimdiye kadar olan hizmetlerini taçlandıracaktır. Ve bu sayede Türkiye devletinin, bütün İslam cihanının dayanak merkezi olan Türkiye devletinin de sağlamlaştırılmasına hizmet etmiş olacaklardır. Seyid Ahmet Şerif Sünusi Hazretlerinin gelecekteki hizmetlerine şimdiden gerek şahsım ve gerek TBMM namına teşekkür arz eylerim.”



Yüklə 81 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin