2 №-li mühazirə. 2 saat.
Mövzu: Futbol oyunu, şagirdlərin hərəki qabiliyyətlərin inkişaf etdirilməsi vasitəsi kimi. Futbolçuların fiziki hazırlıqları.
Plan
Ümumtəhsil məktəblərində fiziki tərbiyənin kurikulumu. Dərsin quruluşu. Futbol fiziki tərbiyə vasitəsi kimi.
Məktəbdə futbol üzrə məşğələlərin təşkili. Şagirdlərin harmonik fiziki inkişafının və hərəki qabiliyyətlərinin inkişaf etdirilməsinin vasitəsi kimi futbolun əhəmiyyəti.
Dərs günü recimində və fiziki tərbiyə – sağlamlıq tədbirlərində futbol.
Ümumtəhsil məktəblərində fiziki tərbiyənin kurikulumu. Dərsin quruluşu. Futbol fiziki tərbiyə vasitəsi kimi. Orta ümumtəhsil məktəblərində tədris edilən fiziki tərbiyə dərsinin məzmun xətlərindən biri hərəki qabiliyyətlərdir ki, bu da fiziki hazırlığı xarakterizə edən hərəki keyfiyyətlərin məjmusudur. Fiziki tərbiyənin kurrikulumu ümumtəhsil məkblərində şagirdlərin harmonik fiziki inkişafını təmin etməklə sağlamlığın qorunmasını və hərəki bajarıqların təliminin təminatçısıdır. Bu prosesin həyata keçirilməsində futbol əvəzedilməz idman oyunu olmaqla əsas vasitələrdən biridir.