Iimövzu. Siyasi fikrin inkişafının əsas mərhələləri



Yüklə 314,1 Kb.
səhifə2/4
tarix02.01.2022
ölçüsü314,1 Kb.
#46670
1   2   3   4
politalogiya 2 ci movzu

Aristotelin siyasi təlimi “Politika” “Afina siyasəti”, “Etika” əsərlərində öz ək­ sini tapmışdır. Aristotelin “Politika” əsəri Qərbin siyasi fəlsəfəsində başlanğıc nöqtə hesab edilir.Aristotel öz siyasi təlimini ideal polis (şəhər-dövlət) mövqeyindən işləyib hazırlamışdır. O belə hesab edirdi ki, polis azad və bərabər insanların siyasi ünsiyyətidir.Aristotel xüsusi mülkiyyəti, fərdin hüquqlarını və ailəni müdafiə edirdi.
Aristotel dövlət formasım siyasi sistem kimi də şərh edirdi. Onun fikrincə, dövlət forması idarə edənlərin sayı ilə müəyyən olunur. Siserona görə dövlətin məqsədi vətəndaşların məna­ feyini müdafiə etməkdən ibarətdir. Siseron dövlətin təsni­ fatı məsələsinə də diqqət yetirərək onun üç başlıca forma­ sından (demokratiya, aristokratiya və monarxiya) bəhs edirdi. Siseronun siyasi idealı aristokratik senat respubli­ kası olmuşdur.

İntibah maarifçilik dövrünün siyasi ideyaları


Intibah dövrundə İbn-Haldunun siyasi görüşləri maraq doğurur. O öz tədqiqatlarında dövlət anlayışına geniş yer vermişdir. İbn-Haldunun siyasi təlimində idarəetmənin üç forması təbii mo­ narxiya, siyasi monarxiya və xilafət bir-birindən-fərqləndirilir. Onun fikrincə təbii monarxiya gücə əsaslanan, siyasi monarxiya isə rasional, ağıllı meyar­ lara əsaslanan dövlət formasıdır. Xilafətin onlardan fərqi və üstünlüyü ondadır ki, burada siyasət sərvətlərə arxalanır. O xilafətə üstünlük verirdi.
İntibah dövrünün italyan mütəfəkkiri Nikkolo Makiavelli müasir siyasi elmin və müqayisəli politoloji təhlil metodunun yaradıcılarından biri hesab olunur. Onun siyasi ideyaları “Hökmdar”, “Florensiya tarixi" və s. əsərlərində verilmişdir. Siyasəti təcrübi (praktiki) elm hesab edən Makiavelli göstərirdi ki, həqiqətin meyarı təcrübədir, siyasi elmin əsas vəzifəsi illüziyalardan deyil faktlardan çıxış etməkdir. O qeyd edirdi ki, dövlət insanların fəaliyyəti sayəsində yaranmışdır, dövlət insanların ümumi rifahı tələbatından irəli gələn cəmiyyət hadisəsidir. Makiavelli üç dövlət for­ masının (monarxiya, aristokratiya və xalq hakimiyyəti) mövcudluğunu göstərirdi. O hər üç dövlət formasının qeyri-sabitliyini və uzun sürmədiyini iddia etməklə məhz, respublikanı ideal dövlət forması kimi göstərməyə çalışır dı. O belə hesab edirdi ki, bərabərliyi və azadlığı daha çox respublika idarə forması təmin edə bilər.
N.Makiavellidən sonra siyasi fikrin formalaşdırıl- masmda ingilis mütəfəkkiri Tomas Hobbsun adını xüsusi qeyd etmək lazımdır. “Vətəndaş; haqqında təlimin fəlsəfi başlanğıcı”, “Leviafan” və s. əsərlərində o öz siyasi təlimini şərh etmişdir.
Onun siyasi təliminin əsa­ sında fərdin təbiəti haqqında müəyyən təsəvvürlər durur.
T.Hobbs belə hesab edirdi ki, insanlar müharibə vəziyyətinə son qoymaq üçün dövləti yaradırlar. T.Hobbs dövlətin müxtəlif formalarıni monarxiya, aristokratiyanı və demokratiyanı bir-birindən fərqləndirərək monarxiyaya üstünlük verir və göstərirdi ki, dövlət kralın şəxsində təcəssüm tapır.

Yüklə 314,1 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin