Azərbaycanxalqınınsiyasifikirtarixi Siyasət və hakimiyyət haqqında ideyalar Azərbaycan qədim zamanlarda meydana gəlmiş və böyük tarixi təkamül yolu keçmişdir. Dünyanın bir çox başqa xalqlarında olduğu kimi, Azərbaycanda da siyasi təlimlər erkən dövrlərdə dini-mifoloji dünyagörüşünün tərkib his səsi kimi çıxış etmişdi. Azərbaycan xalqının siyasi fikrinin sistemli şəkildə şərh olunduğu ilk böyük yazılı abidə “Avesta” hesab olunur. Avesta əvvəlcə 21 kitabdan (naskdan) ibarət olmuşdur. Avestada dörd zümrədən (silk) bəhs edilir: kahinlər, döyüşçülər, əkinçilər və sənətkarlar. Avestanm dəyərli cəhətlərindən biri də tərbiyə məsə lələrinə geniş yer verilməsidir.Azərbaycanda dini-mifoloji xarakter kəsb edən təlimlərdən biri də Manilikdir. Onun yaradıcısı olan Mani öz təlimini zərdüştlüyün, xristianlığın və buddizmin elementlərini-özündə birləşdirməklə yaratmışdı. Mani təlimində də zərdüştlükdə olduğu kimi, xeyirlə şərin, işıqla qaranlığın mübarizəsi ifadə olunmuşdu. Manilik təlimi sadə həyat tərzini təbliğ edirdi. Azərbaycan xalqının siyasi fikir tarixində zərvanilik, məzdəkilik, xürrəmilik kimi bir neçə ideoloji cərəyanlar da mövcud olmuşdur.
Nizami Gəncəvi öz dövrünün qabaqcıl ictimai-siyasi mütəfəkkirlərindən biri olmuşdur. Onun siyasi görüşləri bütövlükdə ədalətli cəmiyyət yaradılması uğrunda mübarizəyə həsr olunmuşdur. N.Gəncəvi feodal cəmiyyətinin nöqsanlarının başlıca səbəbini dövlətin istismarçı təbiətində görürdü.. O zülmün, istismarn olmadığı, humanizm, bərabərlik və azadlıq prinsiplərinə əsaslanan yeni bir cəmiyyət qurul masını arzu edirdi. Nizami özünün xalq hakimiyyəti “İqbalnamə”də (“İsgəndəmamə”nin ikinci hissəsi) yaratmışdır.
Nəsrəddin Tusi bir çox əsərlərin o cümlədən ictimai, iq tisadi, siyasi, əxlaqi, fəlsəfi və tərbiyəvi səciyyəsi baxımın dan xüsusi əhəmiyyətə malik olan “Əxlaqi-Nasiri” əsəri nin müəllifidir.N.Tusinin görüşlərində siyasət və dövlət anlayışları mühüm yer tutur. O siyasəti tədbir kimi nəzərdən keçirir və siyasətin dörd növünü qeyd edirdi ölkə siyasəti, qələbə siyasəti, kəramət siyasəti və camaat siyasəti və ölkə siyasətini siyasətlər siyasəti hesab edirdi.
A.A.Bakıxanov “Gülüstani-İrəm”, “Kitabi-nəsihət” və b. əsərlərin müəllifi kimi Azərbaycanın ictimai-siyasi həyatında görkəmli yer tutur. O cəmiyyətin inkişafında insan mənəviyyatına üstünlük vermişdir. A.Bakıxanov cəmiyyəti insanlann öz tələbatını ödəmək üçün birgəyaşayış forması hesab edirdi..Bakıxanov mərkəzləşdirilmiş hakimiyyətin, ədalətli, maarifçi monarx hakimiyyətinin tərəfdarı kimi çıxış edir və göstərirdi ki, cəmiyyəti ağıllı hökmdarın həyata keçirdiyi köklü islahatlar vasitəsilə dəyişdirmək mümkündür.
C.Məmmədquluzadənin siyasi təlimində dövlət for ması məsələsinə toxunulmuşdur. O demokratik respubli kanı özünün siyasi idealı hesab etmişdir. Onun demokra tik respublika haqqında ideyaları 1917-ci ildə yazdığı “Cümhuriyyət adlı məqaləsində verilmişdir. O göstərirdi ki, Cümhuriyyət elə bir dövlət formasıdır ki, orada hakimiyyət xalqa məxsusdur. Belə cümhuriyyətdə ən demokratik seçkilər olacaq və bütün vətəndaşlara eyni hüquqlar veriləcəkdir. C.Məmmədquluzadənin təklif etdiyi demokratik respub likada prezidentlik təsisatı mövcuddur