İkram agasiyev şİrxan səLİmov azərbaycan tariXİ baki-2017 Elmi redaktor



Yüklə 0,94 Mb.
səhifə208/383
tarix02.01.2022
ölçüsü0,94 Mb.
#38990
1   ...   204   205   206   207   208   209   210   211   ...   383
AZ TARİXİ - QRİFLİ-SON-22 MART (2) (1)

Qarabağ xanlığının əsası Cavanşirlər tayfasının Sarıcallı oyma­ğından olan Pənahəli xan (1748-1763) tərəfindən qoyul­muşdur. Gəncə bəylərbəyi Nadirin şah olmasına etiraz etdikdən sonra qarabağlıların bir hissəsi Xorasan və Əfqanıstana sürgün edilmişdi. Onların içərisində Pənahəli və qardaşı Fərzəli bəy də var idi. Pənahəli Muğana qaçmış və Nadir şahın ölümündən sonra Qarabağa qayıdaraq, 1748-cı ildə Kəbirli mahalında Bayat qalasını tikdirmiş, qohumlarını və yaxın adamlarını burada yerləşdirmiş və Qarabağ xanlığının əsasını qoymuşdu. Nadir şahın Xorasana köçürdüyü ellər yenidən Qarabağa qayıtmışlar. Nadir şahı aradan götürərək hakimiyyətə gələn Adil şah Pənahəlinin hakimiy­yətini tanımış və ona xan rütbəsi vermişdi. Şəki xanı Hacı Çələbinin Qarabağa uğursuz hücumu Pənahəli xanın nüfuzunu daha da artırmışdı.

Bayat qalası düzənlikdə yerləşdiyi üçün Pənahəli xan 1751-ci ildə daha etibarlı Şahbulaq qalasını tikdirdi, xanlığın paytaxtını buraya köçürdü. Xanlıqlar arasında çəkişmələr, xarici hücumlar Pənahəli xana paytaxtı daha təhlükəsiz yerə köçürməyə vadar etdi. 1750-ci illərin əvvəllərində Qarabağ xanlığınin yeni mərkəzi olan Şuşa qalasını bərpa etdirdi və qala Pənahabad adlandırıldı. Pənahəli xan 15 qəpiklik “pənahi” adlı pul kəsdirdi.

Pənahəli xan Qarabağ məliklərinin separatçılıq hərəkət­lərinə son qoydu. Vərənd məliyi Məlik Şahnəzər Pənahəli xanın hakimiyyətini könüllü qəbul etdi. Digər məliklər zorla tabe etdirildillər. Pənahəli xan öz ərazisini geniş­ləndirməyə cəhd edirdi. Şirvan, Şəki, Gəncə, Naxçıvan, İrəvan, Təbriz xanları onunla yaxınlaşmağa çalışdırdılar. O, Gəncə, İrəvan, Naxçıvan və Ərdəbili ələ keçirib onların idarə edilməsini öz yaxın adamlarına tapşırmışdı.

1757-ci ildə Məhəmmədhəsən xan Qacar Qarabağa yürüş etdi Şuşanı ələ keçirməyə çalışdı. Lakin “Xatun arxı” deyilən yerdə məğlub oldu və geri çəkildi. 1759-cü ildə Urmiya xanı Fətəli xan Əfşar Qarabağa yürüş etdi və Şuşanı 8 ay mühasirədə saxladı. Pənahəli xan ona tabe oldu və oğlu İbrahimxəlili girov verdi. Pənahəli xan Kərim xan Zəndlə Fətəli xan Əfçara qarşı birləşdi. Fətəli xan Əfşar məğlub edildikdən sonra Kərim xan Zənd İbrahim­xəlili azad edib Qarabağa xan göndərdi. Pəna­həli xanı isə özü ilə Şiraza apardı. Pənahəli xanın və oğlu İbrahim­xəlilin yoxluğunda Qarabağda xanlığı Pənahəli xanın ikinci oğlu Mehrəli bəy idarə edirdi. İbrahimxəlil xan Qarabağa qayıtdıqdan sonra qardaşı Mehrəli bəylə onun arasında hakimiyyət davası başladı. 1763-cü ildə Mehrəli bəy məğlub oldu və Qubalı Fətəli xanın yanına qaçdı.O,Quba xanının Qarabağa hücumunda fəal iştirak etmişdi. 1785-ci ildə Mehrəli bəyin ölümündən sonra bu çəkişmə sona çatdı.

İbrahimxəlil xan atasının siyasətini davam etdirərək xanlığı daha da möhkəmlən­dirdi. O, Avar hakimi Ümmə xanın bacısı ilə evlənərək onun qüvvələrini öz məqsədi üçün istifadə etdi. İbrahimxəlil xanın tədbirləri nəticə­sində Naxçıvan, Ərdəbil, Gəncə onun təsiri altına düşdü. Rusiyanın təhriki ilə Qarabağ məliklərinin separatçılıq hərəkətlərı genişləndi. Məliklərin köməyilə Rusiya burada xristian dövləti yaratmaq istəyirdi. İbrahimxəlil xan separatçı məliklərin müqavimətini qırdı. Onlardan Məcnun və Abonu həbs edib, Şuşa qalasına saldı. Lakin onlar həbsdən qaçıb Tiflisə gedərək II İraklini Qarabağa hücuma təhrik etdilər. Qarabaöa yürüş planını II İrakli və rus polkovniki Burnaşev tərtib etmiş­dilər. 1787-ci ildə onlar Gəncəyə qədər irəlilədilər. Lakin Rusiya ilə Türkiyə arasında müharibənin (1787-1791) başlan­ması bu “xaç yü­rüşü”nün dayan­dırılmasına və onların geri qayıtma­sına səbəb oldu.


Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   ...   204   205   206   207   208   209   210   211   ...   383




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin