Şəmşəddil sultanlığının ərazisi Zəyəm mahalı və ondan qərbdəki torpaqları əhatə edirdi.Ərazi I Şah İsmayılın dövründən Zülqədər tayfasının bir qolundan olan Şəmşəddil (Şəmsəddin) tayfasının irsi vilayəti hesab olunurdu. 1743-cü ildə Qazax və Borçalı ilə birlikdə Qarabağ bəylərbəyliyindən alınıb Kartli çarı Teymuraza verildi.
XVIII əsrin ortalarında burada Şəmşəddil adında sultanlıq yaranmışdı və Sultan titulu daşıyan hakim tərəfindən idarə olunurdu. Sultanlıq titulu irsi xarakter daşıyırdı.XVIII əsrin ikinci yarısında Qazax sultanlığına birləşdirildi və Qazax – Şəmşəddil sultanlığı 1801-ci ildə Gürcüstanla birlikdə Rusiya tərəfindən ilhaq edildi.