13.3. Azərbaycan xanlıqlarının sosial – iqtisadi həyatı
İqtisadi həyat. Xanlıqlarda əhalinin əksəriyyətinin əsas məşğuliyyəti əkinçilik və maldarlıq idi. Bu dövrdə ayrı- ayrı bölgələr bəzi təsərrüfat sahələri üzrə ixtisaslaşmışdılar. Qubada, Qarabağda, İrəvanda, Gəncədə, Şəkidə dənli bitgilər, Lənkəran xanlığı və Şirvanın Bərgüşad mahalında çəltik, Dərbənd, Quba , Bakı xanlıqlarında zəfəran, qızılboya bitkisi becərilirdi.
Xanlıqlar dövründə aqrar münasibətlərdə elə bir ciddi dəyikliklər baş verməmişdi. Əvvəlki torpaq mülkiyyət formaları qalmaqda idi. Dövlət və saray torpaqları birlikdə xan torpaqları adlandırılırdı. Mülk sahibləri öz mülklərinin tam sahibləri idilər. Tiyul xan tərəfindən ayrı-ayrı şəxslərə xidmət müqabilində verilən torpaqlar idi. Vəqf torpaqları məscid və mədrəsələrə məxsus idi.
Dostları ilə paylaş: |