Qəbələ sultanlığı.Ərazisi Böyük Qafqaz dağları ilə Əlican çayı və Göyçay arası əraziləri əhatə edirdi.Əhalisi - əsasən Azərbaycan türklərindən ibarət idi. Yaranandan Şəki xanlığına daxil olan sultanlıq 1795-ci ildə ləğv edildi. Əvəzində Qəbələ mahalı adlandırıldı və Şəkinin təyin etdiyi naiblər tərəfindən idarə olunurdu.
Ərəş sultanlığı Səfəvilər dövründə təsis edilmişdir. Ərazisi Ağdaş,Yevlax rayonlarının bəzi ərazilərini və indiki Mingəçevir şəhəri yerləşən əraziləri əhatə edirdi.Səfəvilər dövründə Şirvan bəylərbəyliyinə daxil idi. 1750-ci illərdən Şəki xanlığına tabe etdirilmişdi. 1795-ci ildə sultanlıq titulu ləğv edildi, Ərəş mahalı yaradıldı və bu mahal Şəki xanının təyin etdiyi naib tərəfindən idarə olunurdu.