İkram agasiyev şİrxan səLİmov azərbaycan tariXİ baki-2017 Elmi redaktor



Yüklə 0,94 Mb.
səhifə218/383
tarix02.01.2022
ölçüsü0,94 Mb.
#38990
1   ...   214   215   216   217   218   219   220   221   ...   383
AZ TARİXİ - QRİFLİ-SON-22 MART (2) (1)

İlisu sultanlığının tarixi XVI əsrin 30-40-cı illərindən Saxur-İlisu-Sarıbaş camaat­lıq ittifaqının yaradılması ilə başlayır. Bu sultanlığın I Əli bəy tərəfindən yaradılması təxmin edilir. 1562-ci ildə İran şahı I Təhmasib tərəfındən I Əli bəyin oğlu I Adıkur­kulunun adına və Osmanlı sultanı II Osman tərəfindən I Adıkur­kulunun oğlu II Sarı Əli bəyin adına gön­dərilən fərmanlar bu sultanlığın ilk təşəkkül tarixini göstərən bir faktdır. Sultanlığın mərkəzi İlisu kəndi olmuşdur. Əraziləri şimaldan və şərqdən Böyük Qafqaz dağları ilə, cənubdan Qanıq çayı və cənubi-şərqdən Şəki xanlığı ilə əhatələnmişdi. Əhalisi - Azərbaycan türkləri, saxurlar, avarlar, ingiloylar və s. ibarət idi.1807-ci ildə Rusiyaya birləş­dirildi, 1830-cu ildə Car – Balakən inzibati dairə­sinə,1840-ci ildə isə Gürcüstan-İme­retiya quberniyasına qatıldı.1844-ci ildə İlisu sultanlığı ləğv edildi.

Məlikliklər. Qarabağ ərazisində xanlığa tabe olan Xacın, Vərəndə, Dizaq, Gülüstan (Talıs), Çiləbörd məliklikləri var idi. Onlarda hakimiyyət irsən kecirdi və xan tərəfindən təsdiq edilirdi. Məlikliklər cox vaxt „xəmsə“ məliklikləri adlanırdı. Onların ancaq biri-Xacın məliyi yerli idi. Dizaq məliyi Loridən, Vərəndə məliyi Göyçədən, Çiləbörd məliyi Macavizdən, Gülüstan (Talıs) məliyi Şirvandan Qarabağa gəlmişdilər. Onlar Nadir şah tərəfindən məlik təyin olunmuşdular. Bu məliklər daim separatçılığa meyl etsələr də, hec bir qurum yarada bil­mə­mis, həmişə Qarabağ xanlıgının tabeliyində olmuşdular.

Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   ...   214   215   216   217   218   219   220   221   ...   383




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin