Şəhərlər. Sənətkarlıq və ticarət. Xanlıqlar dövründə sənətkarlıq və ticarət xanlıqların paytaxtında və mərkəzi şəhərlərdə inkişaf edirdi. XVIII əsrin birinci yarısında dağılmış şəhərlər bərpa edildi, Pənahabad (Şuşa) kimi yeni şəhər yarandı. Şəhərlərin dirçəldiyini göstərən mühüm amillrdən biri onlarda əhalinin artması idi. Əhalisinə görə Təbriz Azərbaycanda yenə ən böyük şəhər idi. Burada toxuculuq, xüsusən xalçaçılıq inkişaf etmişdi. Metalişləmə sahəsində İsmayıllının Lahıc qəsəbəsi şöhrət qazanmışdı.Quru karvan yolu və Volqa-Xəzər su yolu ilə ticarət əlaqələri saxlanılır, Hindistan, İran, Rusiya, Osmanlı və başqa dövlətlərlə ticarət işləri aparılırdı.
XVIII əsrin ikinci yarısında Azərbayanın özünəməxsus pul sistemi var idi. Xanlıqların mərkəzi şəhərlərində zərbxanalar fəaliyyət göstərirdi. Burada mis və gümüş pullar kəsilirdi. Əsas pul vahidləri abbası, tümən, şahi və s. idi.
Dostları ilə paylaş: |