İkram agasiyev şİrxan səLİmov azərbaycan tariXİ baki-2017 Elmi redaktor



Yüklə 0,94 Mb.
səhifə215/383
tarix02.01.2022
ölçüsü0,94 Mb.
#38990
1   ...   211   212   213   214   215   216   217   218   ...   383
AZ TARİXİ - QRİFLİ-SON-22 MART (2) (1)

Car - Balakən camaatlığı. Ərazisi Azərbaycanın şimal-qərbin­dəki Bala­kən, Zaqatala bölgələrini əhatə edirdi. Yaranma prinsipi – qan qohumluğu prinsipi əsasında formalaşmışdı. Əha­lisi əsasən muğallardan (türklərdən) və avarlardan ibarət idi. Burada, həmçinin ləzgilər və ingi­loylar da yaşayırdılar. Əhalinin əsas məşğuliyyəti - əkinçilik, maldarlıq və sənətkarlıq idi. İdarəetmə sistemi belə idi ki, hər kənd icması Ağsaq­qallar tərə­findən şəriət qanunları əsasında idarə olunurdu. Car - Balakən camaatlıqlarının Ali orqanı – Xalq yığıncağı idi. Bu yığın­caqda camaat­lıqlara aid olan bütün müharibə və sülh məsələləri müzakirə olunur, qəbul edilən qərarlar qanuni qüvvəsini alırdı. Xalq yığın­cağında yetkinlik yaşına çatmış bütün kişilər iştirak edə bilərdi. Car - Balakən camaatlıqları 1750-ci illərdən 1803-cü ilə qədər Şəki xanlı­ğından asılı olmuşdur.

Azərbaycan torpaqlarında, həmçinin Qazax, Şəmşəddil, Qə­bələ,Ərəş,İlisu, Borçalı sultanlıqları yaranmışdı.Qazax sultan­lığı XVII əsrin sonlarında, Səfəvilər dövrü yaranıb, Qarabağ bəylərbəyliyinə daxil idi. Əhalisi – qazax tayfalarından ibarət olmuşdur.Sultanlıq hakim tərəfindən idarə olunurdu. Hakim­lərin haki­miyyəti irsən ötürülürdü və hakimlər sultan titulu daşıyırdılar. Qazax sultanlığı 1743-cü ildən Nadir şahın əmri ilə Qarabağ bəylərbəyliyindən alınıb Kartli çarı Teymuraza verildi və 1752-ci ildə Şəki xanlığına birləş­dirildi. 1755-ci ildə Çələbi xanın ölümündən sonra Qazax sultanlığı gürcü çarı II İraklinin hakimiy­yətinə keçdi. 1801-ci ildə Gürcüs­tanla birlikdə Rusiyaya birləşdirildi. 1819-cu ildə sultanlıq ləğv edildi və ərazisində Qazax məntəqəsi yaradıldı.




Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   ...   211   212   213   214   215   216   217   218   ...   383




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin