Bakı xanlığı 1748-ci ildəI Mirzə Məhəmməd xan tərəfindən yaradılmışdır. Paytaxtı Bakı şəhəri olmuşdur. I Mirzə Məhəmməd xan 1748-1768-ci illərdə hakimiyyətdə olmusdur. Xanlıqda bütün hakimiyyət, yeraltı və yerüstü sərvətlər xan ailəsinə məxsus idi. Ondan sonra hakimiyyətə oğlu Məlik Məhəmməd gəlmisdir. Onun dövründə (1768-1784) Bakı xanlığı Quba xanlığından asılı vəziyyətə düşmüşdür. 1784-1792 - ci illərdə Bakı xanlığını II Mirzə Məhəmməd xan idarə etmişdir. O, 1790-cı ildə xanlığın müstəqilliyini bərpa etmişdir. 1792 - ci ildə O, əmisi Hüseynqulu xana məğlub oldu və xanlığı 1806-cı ilin sonunadək Hüseynqulu xan idarə etmişdir. 1793-cü ildə Rusiya Bakı xanlığını öz himayəsinə götürdü. 1796-cı ildə ruslar Bakını tutdular. Ruslar çəkildikdən sonra Hüseynqulu xan İrana meyl etdi. 1797-ci ildə Məhəmməd şah Qacarın öldürülməsindən sonra Bakı xanlığı yenə müstəqil oldu.