İkram agasiyev şİrxan səLİmov azərbaycan tariXİ baki-2017 Elmi redaktor



Yüklə 0,94 Mb.
səhifə212/383
tarix02.01.2022
ölçüsü0,94 Mb.
#38990
1   ...   208   209   210   211   212   213   214   215   ...   383
AZ TARİXİ - QRİFLİ-SON-22 MART (2) (1)

Lənkəran xanlığı. XVII əsrin sonlarında Musa adlı Qızılağac əyanı Astara mərkəz olmaqla Talış dağı ətrafı əraziləri birləşdirdi. Nadir şah onu kənarlaşdırıb əvəzinə Ərdəbildən Seyid Abbası təyin etdi. 1747-ci ildə Seyid Abbasın oğlu Cəma­ləd­din Mirzə bəy (Qara xan) (1747-1786) müstəqil Lənkəran xanlığını yarat­mışdır. Paytaxtı əvvəl As­tara, sonra isə Lənkəran olmuşdur və Talış dağları, Xə­zər dənizindən Muğan düzünədək əraziləri əhatə edirdi.

Cəmaləddin Mirzə bəy Rusiyaya meyl edirdi. Buna görə də Gilanlı Hidayət xan onu cəzalandırmaq üçün 1768-ci ildə Lən­kərana hücum etdi və Qara xan məğlub olub xərac ödəməklə xilas oldu. Gilan xanına qarşı mübarizədə Qara xana Qubalı Fətəli xan köməklik edirdi. 1785-ci ildə Lənkəran xanlığı Quba xanlığından asılı vəziyyətə düşdü. 1786-cı ildə Cəmaləddin Mirzə bəy vəfat etdi və Lənkəranda Mir Mus­tafa xan hakimiyyətə gəldi (1786-1814).1795-ci ildə Məhəmməd Qacarın yürüşü nəticəsində Mir Mustafa xan Sarı adasına çəkildi. O, 1802-ci ildə Georgi­yevsk müqaviləsini imzalayaraq Rusiya ilə yaxın­laşdı. 1812-ci ildə xanlıq Rusiya tərəfindən işğal olundu. 1826-cı ildə xan idarə üsulu ləğv edildi və komendant idarə üsulu yaradıldı.


Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   ...   208   209   210   211   212   213   214   215   ...   383




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin