İkram agasiyev şİrxan səLİmov azərbaycan tariXİ baki-2017 Elmi redaktor



Yüklə 0,94 Mb.
səhifə225/383
tarix02.01.2022
ölçüsü0,94 Mb.
#38990
1   ...   221   222   223   224   225   226   227   228   ...   383
AZ TARİXİ - QRİFLİ-SON-22 MART (2) (1)

General Zubovun hərbi səfəri. Ağa Məhəmməd xan Qacarın Tiflisi tutması onu himayəyə alması Rusiya üçün böyük zərbə idi. Rusiya Gürcüstanı müdafiə etməyə başladı. II Yekaterina 1795 - ci il 16 noyabr sərəncamında general Qudo­viçə Cənubi Qafqaz və Xəzər sahillərini tutmağı tapşırdı. 1796 - ci ilin əvvəl­lərində rus və gürcü qoşunları Gən­cəni mühasirəyə aldılar.Cavad xan bac verməyə razı oldu. Rusların digər hərbi hissələri general Savelyevin başçılığı ilə fevralın 15-də Dərbəndə çatdı. Savelyev rus qoşunlarının digər hissələrinin gəlib çıxmasını gözlədi. Dərbəndin müdafiəsini Şeyxəli xan təşkil etmişdi. Rus qoşunları Dərbəndə hücum etdi. Azərbaycana qarşı hazırlanan yürüşə II Yeka­terinanın sevimlisi gene­ral V. Zubov başçılıq edirdi.

1796-cı ilin aprelin 18-də V. Zubov Azərbaycana hərbi yürüşə baş­ladı. Şeyxəli xanın müqavimətinə baxmayaraq, rus qoşunları Dər­bəndi tutdu. Şeyxəli xan əsir alındı, şəhərin idarəsi Rusiyaya meyl edən Fətəli xanın qızı Pəri xanıma tapşırıldı. İyunun 6-da Quba, iyunun 13-də Bakı və Samaxı tutuldu. Qarabağ xanı öz oğlu Əbülfət xanı Zubovun yanına göndərdi və Rusiyanın himayəsini qəbul etdiyini bildirdi. İbrahim­xəlil xan Qarabağ məlik­liklərinin Rusiyaya yaxınlaşmasının qarşı­sını almaq üçün bu diplomatik addımı atdı. Azərbaycanın şimal xanları və bəzi Dağıstan feodallarının Rusiyanın işğalına qarşı təşkil etdiyi sui-qəsdin üstü təsadüfən açıldı. Əsirlikdən qaçan Seyxəli xan Rusiyaya qarşı daha qətiyyətli oldu. Sisianov başda olmaqla Zubova kömək göndərildi. Bundan sonra ruslar Gəncəni tutdular.

Rus çariçası II Yekaterina Şimali Azərbaycan torpaq­larında xris­tian Alban dövləti yaratmağı planlaşdırırdı. Lakin, 1796-cı ilin sonun­da II Yekaterina öldü, hakimiyyətə gələn I Pavel rus qoşunlarını Azərbay­candan və Dağıstandan geri çagırdı və Rusiyanın Azərbaycanı ələ keçirmək planı baş tutmadı.


Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   ...   221   222   223   224   225   226   227   228   ...   383




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin