Şimali Azərbaycanda çar Rusiyasının iqtisadi siyasəti. Rusiya Şimali Azərbaycanı hərbi-siyasi cəhətdən fəth etdikdən sonra onun yeraltı və yerüstü təbii sərvətlərini mənimsəməyə başladı. Cənubi Qafqazın xammal ehtiyatlarından və təbii sərvətlərindən istifadə etmək üçün bir sıra layihələr hazırlandı. 1828-ci ildə Qriboyedov və Zavileyski “Rusiya-Cənubi Qafqaz ticarət şirkəti”nin layihəsini hazırladılar. Burada Cənubi Qafqazda şirkətlərin yaradılmasına üstünlük verilirdi. Rus zadəganlarının mənafeyini əks etdirən bu layihə rus şovinist dairələri tərəfindən qəbul edilmədi. Cənubi Qafqazda rus kapitalistlərinin təşkil etdikləri bir sıra cəmiyyət və şirkətlər meydana çıxdı. Çar Rusiyasının Şimali Azərbaycanda yeritdiyi iqtisadi siyasətin əsasını feodal müstəmləkəçilik münasibətləri təşkil edirdi.