İkram agasiyev şİrxan səLİmov azərbaycan tariXİ baki-2017 Elmi redaktor



Yüklə 0,94 Mb.
səhifə249/383
tarix02.01.2022
ölçüsü0,94 Mb.
#38990
1   ...   245   246   247   248   249   250   251   252   ...   383
AZ TARİXİ - QRİFLİ-SON-22 MART (2) (1)

Lənkəran üsyanı. Komendantların qeyri-məhdud hakimiy­yəti Lənkəran əyalətində özünü daha qabarıq göstərirdi. 1824-cü ildə bura komendant təyin edilmiş İlyinskinin özbaşınalığı həddini aşmışdı. Hətta o 20 nəfər günahsız kəndlini suda boğdurmuşdu. İlyinski Mir Həsən xanı təqib və təhqir edirdi. Şikayətinə heçbir məhəl qoyulmayan Mir Həsən xan 1826-cı ildə İrana qaçdı. Komendant Mir Həsən xanın şəxsi əmlakının üçdə birini ələ keçirdi. Bununla yanaşı, bəy və ruhanilərin hüquqlarını məhdudlaşdırdı. İlyin­skinin özbaşınalığı onun bir neçə dəfə məhkəməyə verilməsinə səbəb olmuşdu. Lakin bunun heç bir nəticəsi olmamışdı. Onu əvəz etmiş komendant Korniyenko da qəddar və zülümkar bir şəxs idi.

Alar kəndinə toplaşmış bəylər Mir Həsən xanla əlaqə yaratdılar, öz qüvvələrini toplayaraq onu gözlədiklərini bildir­dilər. Mir Həsən xan 1831-ci il martın 5-də sərhəddi keçərək Lənkəran yaxınlığına gəldi. Onun ətrafına 1000 nəfər silahlı toplaşdı. Onlar hücum edərək Kürün üzərindəki balıq vətəgə­lərini, Şirvandan Qarabağa gedən yolu nəzarətə aldılar. 1831-ci il martın 10-da üsyançılar Lənkəran qalasını mühasirəyə aldılar. Lakin yeni qüvvə alan rus qoşunu üsyançıları məğlub etdi. Çar qoşunları aprelin 22-də üsyançıların son dayağı olan Əmburan kəndini ələ keçirdilər. Mir Həsən xan İrana qaçdı. Beləliklə, Lənkəranda baş verən üsyan yatırıldı.




Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   ...   245   246   247   248   249   250   251   252   ...   383




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin