İkram agasiyev şİrxan səLİmov azərbaycan tariXİ baki-2017 Elmi redaktor



Yüklə 0,94 Mb.
səhifə248/383
tarix02.01.2022
ölçüsü0,94 Mb.
#38990
1   ...   244   245   246   247   248   249   250   251   ...   383
AZ TARİXİ - QRİFLİ-SON-22 MART (2) (1)

Car-Balakən üsyanı. Azərbaycanın bütün əyalətlərində komendant idarə üsulu yara­dıl­mış, lakin Car-Balakən camaatının daxili muxtariyyəti saxlanılmışdı. Bu isə Rusi­yanın müstəmləkəçilik siyasətinə uyğun gəlmirdi. Car hökuməti əvvəlcə camaatlığın muxta­riyyətini ləğv etmək, sonra isə buradan Dağlıstana qarşı hərbi istinadgah kimi istifadə etmək istəyirdi. Əvvəlcə əhaliyə bəyannamə ilə müraciət edildi. Orada göstərilirdi ki, vilayət yeni “Qaydalar“la idarə ediləcəkdir. “Qaydalar”da qeyd edilirdi ki, vilayəti idarə etmək üçün 9 nəfərdən ibarət “Müvəqqəti idarə“ təşkil edilir. “Müvəqqəti idarə”yə onun rəisi, baş hakimin təyin etdiyi iki məmur, camaat tərəfindən seçilmiş 6 nəfər nümayəndə daxil idi. Əslində isə bütün hakimiyyət rəis və iki məmurun əlində cəmləş­mişdi. Yerli nümayəndələr məşvərətçi səsə malik idilər.Adı çəkilən “Qaydalar “ İlisu sultanlığına da aid edildi.

Yeni idarə üsulu Car-Balakəndə həyəcana səbəb oldu və “Qay­dalar“da göstərilənləri tətbiq etmək üçün 1830-cu ilin fevralında rus qoşunları hücuma keçərək əsas yaşayış mən­təqələrini ələ keçirdilər. Çar generalı hücumu qış aylarına salmışdı ki, dağıstanlılar carlı­ların kömə­yinə gələ bilməsin. Camaatlığın rus qoşunları tərəfindən tutulması, yeni idarə üsulunun tətbiqi, vergilərin artırılması, camaatlığın siyasi hüquq­larının məhdudlaş­dırılması carlıların narazılığını artırdı. Dağlıların azadlıq mübarizəsi də buna öz təsirini göstərdi. Mübarizənin lider­lərindən biri Şeyx Şaban əhaliyə müraciət etdi və onları müba­ri­zəyə çağırdı. Onun müəyyən etdiyi vaxtda - 1830-cu ilin iyunun 12-də üsyan başladı. İyunun 21-də Zaqatala qalası yaxınlığında baş verən döyüşdə üsyançılar məğlub oldular. Lakin carlılar dağlıların başçısı Həmzət bəylə əlaqə yaratdılar. Həmzət bəy iki min döyüşçü ilə onların köməyinə gəldi. Oktyabrın 15-də baş verən döyüşdə rus ordusu məğlub oldu. Üsyançılar Car vilayətinə yiyələndilər. Lakin çar generalı Şeyx Şaban və Həmzət bəyi ələ aldı və onlar buranı tərk etdilər. Noyabrın 14-də Car rus qoşunları tərəfindən tutuldu. Üsyançı­lardan 32 nəfər edam edildi. Həmin ilin dekabrında baş verən Balakən üsyanı da amansızlıqla yatırıldı.




Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   ...   244   245   246   247   248   249   250   251   ...   383




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin