Con Lokk – mülkiyyət Allahdan gəlir. Təbii vəziyyətdə insanların 3: şəxsi azadlıq, mülkiyyət və bu hüquqları pozanları cəzalandırma hüququ var. Müqavilə ilə sonuncu hüquq dövlətə verilib. Dövlətin əsas məqsədi şəxsi azadlıq və mülkiyyəti müdafiə etməkdir. Əgər dövlət ilk iki hüququ pozursa, deməli o özü oğrudur və inqilab edərək dəyişmək lazımdır. Con Lokk inqilab istəyirdi.
Ceremi Bentam – mülkiyyət dövlətdən gəlir. Dövlətin məqsəd və maraqları fərdlərdən üstündür. İnsanlar yalnız dövlətin hüquqi qüvvə verdiyi hüquqlara malikdir. Dövlət öz məqsədləri üçün mülkiyyəti və azadlığı ala bilər.