İkram agasiyev şİrxan səLİmov azərbaycan tariXİ baki-2017 Elmi redaktor



Yüklə 0,94 Mb.
səhifə348/383
tarix02.01.2022
ölçüsü0,94 Mb.
#38990
1   ...   344   345   346   347   348   349   350   351   ...   383
AZ TARİXİ - QRİFLİ-SON-22 MART (2) (1)

Azərbaycan Xalq Cəbhəsi (AXC). Artıq məlum oldu ki, Azər­bay­canın rəsmi dairə­ləri respublikanın ərazi bütövlüyünü qorumaq iqtidarına malik deyildir. Belə bir şəraitdə bu vəzifəni yerinə yetirəcək kütləvi ictimai-siyasi təşkilatın yaradılması zəruri oldu. 1988-ci ildə AXC-nin “Müvəqqəti təşəbbüs mərkəzi” yaradıldı.

1989-cu il iyulun 16-da Bakıda yarımleqal şəraitdə AXC-nin təsis konfransı kecirildi. 15 nəfərdən ibarət İdarə heyəti seçildi. Əbülfəz Əliyev (Elçibəy) AXC-nin sədri seçildi. AXC-nin Nizamnaməsi və Proqramı qəbul olundu. “Hüquqi dövlət və vətəndaş cəmiyyəti” AXC-nin son məqsədi elan edildi.

AXC yarandığı ilk vaxtlar geniş sosial bazaya malik idi. Azərbaycanın rəsmi dairələri bunu nəzərə alıb Moskvaya və Ermənistana təsir göstərmək üçün mitinqlərin və tətillərin keçirilməsinə icazə verdi. 1989-cu il sentyabrın 5-də AXC rəsmən qeydə alındı. AXC-nin fəal iştirakı ilə 1989-cu il sentyabrın 23-də Azərbaycan SSR Ali Sovetinin növbədənkənar sessiyası “Azər­baycan SSR-in suverenliyi haqqında Konstitutsiya qanunu”nu qəbul etdi. Bu qanun keçmiş SSRİ-də ilk demokratik meyilli qanun idi.


Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   ...   344   345   346   347   348   349   350   351   ...   383




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin