Kino sənəti. Bu dövrdə görkəmli aktyorlar Ələsgər Ələkbərov, İsmayıl Osmanlı, Leyla Bədirbəyli, Möhsüm Sənani, Nəsibə Zeynalova və digərləri fəaliyyət göstərirdilər. R.Təhmasib «Arşın mal alan» (1945), H.Seyidbəyli «0 olmasın, bu olsun» (1956), T.Tağızadə «Uzaq sahillərdə» (1958) filmlərini çəkmişdilər.1970-1980-ci illərdə Azərbaycan kinomatoqrafçıları «Yeddi oğul istərəm», «Nəsimi», «Babək», «İstintaq», «Dədə Qorqud», «Yaramaz» filmlərini çəkmişdilər.
İncəsənət. Bu dövrdə görkəmli rəssamlar – Səttar Bəhlulzadə, Tahir Salahov, Mikayıl Abdullayev kimi sənətkarlar Milli rəssamlıq ənənələrini inkişaf etdirib zənginləşdirirdilər. Lətif Kərimov xalqımıza dünya şöhrəti gətirən alim-xalçaçı rəsam idi.
Bakı şəhərində şair və yazıçılara monumental heykəllər qoyulmuşdur. Görkəmli Azərbaycan heykəltəraşı Fuad Əbdürrəhmanov «Nizami Gəncəvi» (Bakıda 1949, Gəncədə 1976), «Azad qadın» (1960), S.Vurğun (1961), «İbni Sina» (Buxara), Cəlal Qaryağdı «M.Ə.Sabir» (1958), “Nərimanov”, Ömər Eldarov və Tokay Məmmədov «Füzuli» (1962), T.Məmmədov və L. Zeynalov «Nəsimi» və digər möhtəşəm heykəllər yaratmışlar.
Respublikada dini birlikləri nəzarətdə saxlamaq üçün 1976-cı ildə Ali Sovetin Rəyasət Heyəti «Azərbaycan SSR-də dini birliklər haqqında Əsasnamə» qəbul etdi.
Dostları ilə paylaş: |