İqdisadi dirçəlişin başlanması. Hələ 1992-ci il avqustun 15-də milli valyuta-manat dövriyyəyə buraxılmışdı. Lakin həm müharibənin, həm də istehsal üsulunun dəyişməsinin təsiri altında məhsul istehsalı azalırdı. Respublikada elə bir şərait yarandı ki, varlılar varlandı, yoxsullar daha da yoxsullaşdı. Belə bir şəraitdə ölkədə özəlləşdirmə həyata keçirildi. Lakin 1993-cü ildə ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə həyata keçirilən siyasət nəticəsində bu böhranı aradan qaldırmaq mümkün oldu.