İkram agasiyev şİrxan səLİmov azərbaycan tariXİ baki-2017 Elmi redaktor



Yüklə 0,94 Mb.
səhifə361/383
tarix02.01.2022
ölçüsü0,94 Mb.
#38990
1   ...   357   358   359   360   361   362   363   364   ...   383
AZ TARİXİ - QRİFLİ-SON-22 MART (2) (1)

Atəşkəs. Azərbaycan ordusunun qələbələrindən narahat olan Rusiya Ermə­nistana hərbi yardımını daha da artırdı. Ermənilər təcavüzü geniş­ləndirdilər. Belə bir şəraitdə Rusiya atəşkəs haqqında Bişkek protokolunu təklif etdi. A.Cəlilov mayın 8-də bu protokolu imzala­maqdan imtina etdi. Onu sonradan Bakıda R.Quliyev imzaladı. Beləliklə, 1994-cü il mayın 12-də atəşkəs əldə edildi. Azərbaycan öz ordusunu yenidən qurmaq üçün vaxt qazandı. Beləliklə Birinci Qarabağ müharibəsi dayandı.

Ermənistanın Dağlıq Qarabağı Azərbaycandan qoparmaq zəmi­nində başlamış Ermənistan-Azərbaycan müharibəsi nəticəsində respu­blika ərazisinin 20 %-ə qədəri işğal edildi, 20 mindən artıq azərbaycanlı öldürüldü, 50 mindən çox insan yaralandı və əlil oldu, 4 mindən artıq adam əsir alındı və ya girov götürüldü, bir milyondan çox azərbaycanlı qaçqına çevrildi. Erməni işğalı nəticəsində Azərbaycanın 900-dən çox kəndi, 10 şəhəri, 11 şəhər tipli qəsəbəsi, 88 min yaşayış binası, 1000-dən çox iqtisadi obyekti, 250 məktəbi və digər təhsil müəssisəsi, 250 tibb müəssisəsi qarət edildi və dağıdılıb yandırıldı.

İctimai-siyasi sabitliyin möhkəmləndirilməsi.Atəşkəs elan edildikdən sonra Azər­baycan quruculuq işlərinə başladı. Lakin düşmən­lərimiz dinc otur­ma­yaraq Azər­baycana qarşı terrorçuluq əməliy­yatlarına başladılar. 1994-cü il martın 19-da Baki metro­sunun “20 Yan­var” stansiyasında Ermənistanda hazırlıq keçən separatçı ləzgi terror təşkilatı “Sadval”ın üzvləri partlayış törətdilər.Terror nəticəsində 23 nəfər dinc sakin həlak oldu. 1994-cü il sentyabrın 29-da Azər­baycan Respublikası Ali Sovetinin sədr müavini Afiyəddin Cəlilov və Pre­zi­dent yanında Xüsusi idarənin rəisi Şəmsi Rəhimov qətlə yetirildi.

1994-cü il oktyabrın 4-də Gəncədə S.Hüseynovun tərəfdarları icra haki­miy­yətinin binasını tutdular. Bakıda qiyamçıları Baş nazir Surət Hüseynov müdafiə edirdi. Prezident H.Əliyev gecə yarısı televiziya və radio ilə xalqa müraciət etdi. 100 mindən çox adam dövlətçiliyin müdafiəsinə qalxdı və qiyamçılar geri çəkildilər.

1995-ci il martın 13-də Xüsusi Təyinatlı Polis Dəstəsi əmək­daşları Ağstafa və Qazax rayonlarında dövlət idarələrini ələ keçirdilər. Bakıda isə R.Ca­vadov respublika prezidenti və Ali Sovetin sədrinin istefasını tələb etdi. Qiyam­çılar 8-ci kilometr qəsəbəsində qərarlaş­mışdılar. Hökumət qüvvələri qiyam­çıları zərərsizləşdirdi və dövlət çevrilişinin qarşısı alındı. 1994-1995-ci illərdə xarici qüvvələrin Azər­baycan dövlətçiliyini ləğv etmək planları puça çıxdı.


Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   ...   357   358   359   360   361   362   363   364   ...   383




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin