Neft strategiyası.H.Əliyevin əsas məqsədi sabitliyə nail olmaq, ağıllı daxili və xarici siyasət sayəsində Azərbaycanın ən böyük problemi – Qarabağ problemini həll etmək idi. Bunun üçün neft amilindən istifadə etmək lazım idi. 20 sentyabr 1994-cü ildə 14 ölkənin 34 firması 57 milyard dollar dəyərində kontrakt imzaladılar.
1994 – cü ildə imzalanan “Əsrin müqaviləsi” ilə müstəqillik tarixində, eləcə də iqtisadiyyatın inkişafı istiqamətində yeni mərhələyə qədəm qoyuldu. 1994-cü ildən başlayaraq bazar iqtisadiyyatına keçid üçün hüquqi və iqtisadi maxanizmlərin yaradılmasına başlandı.
1994-cü ilin aprelində Prezident xarici ticarətin sərbəstləşdirilməsi haqqında fərman imzaladı.1995-1998-ci illərdə Azərbaycanda dövlət mülkiyyətinin özəlləşdirilməsi haqqında Dövlət Proqramı qəbul edildi. Hər bir vətəndaşa özəlləşdirmə payı verildi. Özəlləşdirmənin ikinci Dövlət Proqramına əsasən (2000-ci il) strateji obyektlərin özəlləşdirilməsinə başlandı.
18 fevral 1995-ci il tarixdə Prezident H.Əliyev “Aqrar islahatın əsasları haqqında” Azərbaycan Respublikasının Qanununu imzaladı. 17 maddədən ibarət bu Qanun Azərbaycan Respublikasının aqrar-sənaye kompleksinin (aqrar bölmənin) islahatının əsas istiqamətlərini və onların hüquqi təminatını müəyyən etdi və Qanunun müddəaları aqrar islahat sahəsində digər normativ aktlar üçün əsas rolunu oynadı. Elə həmin gün Prezident “Sovxoz və kolxozların islahatı haqqında” qanun imzaladı. Bu Qanuna müvafiq surətdə Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 2 mart tarixli fərmanı ilə Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası yaradıldı. Dövlət Komissiyasının əsas vəzifəsi Azərbaycan Respublikasının aqrar-sənaye kompleksində islahatların aparılmasını təmin etməkdən ibarət idi.
1996-cı il iyulun 16-da “Torpaq islahatı haqqinda” Qanun qəbul edildi. Bu qanuna görə torpaq pulsuz olaraq kənddə yaşayan vətəndaşların xüsusi mülkiyyətinə verildi. Vahid torpaq fondu əsasında dövlət, bələdiyyə və xüsusi torpaq mülkiyyəti forması müəyyən edildi. Kənd təsərrüfatı torpaqlarının 22%-i- xüsusi, 45%-i dövlət, 33%-i bələdiyyə mülkiyyətinə verildi.
Kəndli-fermer təsərrüfatları yaradıldı. Qaramal və davarların 20%-dən çoxu özəlləşdirildi. Torpaq sosial ədalət prinsipi əsasında kənddə yaşayan vətəndaşlar arasında bölüşdürüldü. 3,5 milyon vətəndaşa torpaq payı ayrıldı. “Dövlət torpaqları haqqında”, “Torpaq vergisi haqqında” qanunlar, onlara uyğun normativ aktlar qəbul olundu. 1996-cı ilin iyulunda Aqrar kredit kassaları yaradıldı. 2001-ci ilin əvvəllərində respublikada 1 milyon 300 min ha torpaq özəlləşdirilmişdi.
1996-cı ildə “Sudan pullu istifadə haqqında Əsasnamə” qəbul edildi və bu meliorasiya işini yaxşılaşdırdı. Kənd təsərrüfatı məhsulu istehsalı artdı. 1998-ci ildə kənd təsərrüfatı məhsullarının illik artımı 4% və 1999-cu ildə 7,1% oldu.
Dostları ilə paylaş: |