İkram agasiyev şİrxan səLİmov azərbaycan tariXİ baki-2017 Elmi redaktor


Azərbaycanın Xəzəryanı bölgələrinin Rusiya tərəfin­dən işğalı



Yüklə 0,94 Mb.
səhifə189/383
tarix02.01.2022
ölçüsü0,94 Mb.
#38990
1   ...   185   186   187   188   189   190   191   192   ...   383
AZ TARİXİ - QRİFLİ-SON-22 MART (2) (1)

Azərbaycanın Xəzəryanı bölgələrinin Rusiya tərəfin­dən işğalı. 1721-ci ildə Şi­mal müharibəsində İsveç üzərində qələbə çaldıqdan sonra I Pyotr Xəzəryanı bölgələrə yürüşə başladı. Bunun üçün bəhanə 1720-1721-ci il üsyanı zamanı Şamaxıda rus tacir­lərinin öldürülməsi və mallarının qarət edilməsi oldu. Osmanlı dövləti ruslara qarşı Hacı Davuddan istifadə etmək qərarına gəldi. Osmanlı dövləti ona xan rütbəsi verdi və onun səlahiyyətlərini Krim xanına verilən səviyyəyə qaldırdı.

1722 - ci il iyunun 18-də rus qoşunları Həştərxandan dəniz və quru yolla Dərbəndə doğru hərəkətə başla­dılar. I Pyotr hərbi səfərə baş­la­ma­mışdan əvvəl Azər­baycan, fars, ərəb dillərində Bəyannamə hazır­latdırıb Azərbay­cana göndərmişdi. Orada Rusiyanın işğalçılıq planları pərdələnir və göstərilirdi ki, güya hərbi səfərdə məqsəd yerlərdə əmin-amanlıq yaratmaq, rus tacirlərini qarət edənləri cəzalan­dırmaqdır. Səfəvi dövləti Rusiyanın bu hücumuna müqavimət göstərə bilmədi. 1722- ci il avqustun 15-də rus eskadrası, av­qus­tun 23-də isə piyada qoşunları Dərbəndə çatdı. Müqavimət göstərməyin mənasız oldu­ğunu görən şəhər hakimi İmanqulu xan qala darvazalarının açarını və “Dərbəndnamə”nin XVI əsrə aid əlyaz­masını I Pyotra təqdim etdi. I Pyotr Senata göndərdiyi məktu­bunda şəhərdə yaxşı qarşılandığını bil­dirdi. Lakin Azərbaycanın bir çox şəhərlərinin hakimləri ruslara tabe olmaq niyyətində deyildilər. Bakı hakimi Məhəmmədhüseyn bəy I Pyot­run göndərdiyi məktubu qəbul etmədi. Avqustun 28-də I Pyotr geri qayıtmaq haqqında əmr verdi. Bunun səbəbi İsveçlə başlana biləcək yeni müharibə təhlükəsi və ərzaq gətirən gəmilərin dənizdə fırtı­naya düşməsi idi.

I Pyotr Xəzər hövzəsini ələ keçirmək planından əl çəkmə­mişdi. 1722- ci ilin dekabrında polkovnik Şipovun başçılığı ilə rus eskadrası Rəşti işğal etdi. Rəştdə rus kon­sul­luğu yaradıldı və S.Abramov konsul təyin olundu. Matyuşkinin başçılığı ilə rus donanması 1723 - cü il iyulun 28-də Bakını tutdu. Şəhərin hakimi Məhəm­mədhüseyn bəy Hacı Davud­la əlaqə saxlamaqda günahlandırıldı, qardaşları ilə birlikdə Rusi­yaya sürgün edildilər və elə orada öldürüldülər. Knyaz İ.Baryatinski Bakı­nın komendantı təyin edildi. Bakıdan sonra ruslar Salyanı ələ keçirdilər.




Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   ...   185   186   187   188   189   190   191   192   ...   383




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin