İkram agasiyev şİrxan səLİmov azərbaycan tariXİ baki-2017 Elmi redaktor


XII FƏSİL. AZƏRBAYCAN XVIII ƏSRİN BİRİNCİ YARISINDA



Yüklə 0,94 Mb.
səhifə186/383
tarix02.01.2022
ölçüsü0,94 Mb.
#38990
1   ...   182   183   184   185   186   187   188   189   ...   383
AZ TARİXİ - QRİFLİ-SON-22 MART (2) (1)

XII FƏSİL.

AZƏRBAYCAN XVIII ƏSRİN BİRİNCİ YARISINDA
Plan
1.XVII əsrin sonu – XVIII əsrin əvvəllərində Səfəvilər dövlətinin si­yasi və sosial-iqtisadi həyatı, xalq hə­rə­katı və üsyanlar.

2.I Pyotrun Azərbaycana işğalçılıq yürüşü və onun ağır nəticələri

3.İstanbul sülhü (1724-cü il) və Azərbaycan ərazilərinin bir hissəsinin Rusiya və Osmanlı hakimiyyəti altına keçməsi

4.Səfəvi imperiyasının süqutu, Əf­şarlar imperiya­sının meydana gəl­məsi.

5.Azərbaycan Nadir şahın döv­ründə (1736 – 1747-ci illər)


12.1. XVII əsrin sonu – XVIII əsrin əvvəllərində Səfəvilər dövlətinin si­yasi və sosial-iqtisadi həyatı, xalq hə­rə­katı, üsyanlar.
XVII əsrin sonu – XVIII əsrin başlanğıcında Səfəvi dövləti dərin iqtisadi və siyasi böhran keçirirdi. Dövriyyədə gümüş pul defisiti yaran­dı, dövlət xəzinəsi tamamilə boşalmışdı. Şah Sultan Hüseynin gördüyü tədbirlər maliyyə böhra­nının qarşısını ala bilmədi. Mərkəzi hakimiyyətin zəifləməsindən istifadə edən iri feodallar müstəqilliyə can atırdılar.

Böhran əhalinin vəziyətini ağırlaşdırmışdı. Bu zaman Azər­bay­canda olmuş rus diplomatı A. Volınski Səfəvi imperiya­sının taxıl anbarı sayılan Azərbay­canda tarlaların 7 il əkilməmə­sindən, ölkədə aclığın hökm sürməsindən yazırdı. Şah Sul­tan Hüseynin vergini artırması nəticə­sində xalq var-yoxdan çıxdı və vəziyyəti daha da ağırlaşdı. Ölkədə şah hakimiyyətinə və feodal zülmünə qarşı xalq hərakatı genişləndi.




Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   ...   182   183   184   185   186   187   188   189   ...   383




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin