İkram agasiyev şİrxan səLİmov azərbaycan tariXİ baki-2017 Elmi redaktor



Yüklə 0,94 Mb.
səhifə182/383
tarix02.01.2022
ölçüsü0,94 Mb.
#38990
1   ...   178   179   180   181   182   183   184   185   ...   383
AZ TARİXİ - QRİFLİ-SON-22 MART (2) (1)

Cəlalilər hərəkati. Koroğlu. XVI əsrin sonu - XVII əsrin əvvəllərində Osmanlı-Səfəvi müharibələri Azərbaycanda aclıq və səfalətə səbəb oldu və nəticədə Osmanlılara qarşı mübarizə dalğası gücləndi. Tarixə Cəlalilər hərəkatı kimi daxil olan bu hərəkat XVI əsrin 90-cı illərində Şərqi Anadoluda başladı. XVII əsrdə bu hərəkatın miqyası genişlənərək Azərbaycana da yayıldı. 1591-ci ildə Təbrizdə Osmanlı qoşununun bir hissəsi maaşların verilməməsinə görə üsyan qaldırdı və şəhər əhalisi də bu üsyana qoşuldu. Cəlalilər hərəkatının təsiri altında baş vermiş bu üsyan yatırıldı.

XVII əsrin əvvəllərində Səfəvi - Osmanlı müharibəsi dövründə I Şah Abbas Cənubi Qafqazı ələ keçirmək üçün cəlalilərdən osmanlılara qarşı mübarizə aləti kimi istifadə etmək qərarına gəldi. Azərbaycanın geniş ərazilərinə yiyələnən cəlalilərin ilk dəstəsinə Kənəkirli Məhəmməd başçılıq edirdi. Lakin Topal Osmanın başçılıq etdiyi digər cəlali dəstəsi onu buradan qovdu və Arazın hər iki sahilindəki əraziləri ələ keçirdi.

I Şah Abbas cəlalilərdən Osmanlılara qarşı istifadə etsə də, onlardan ehtiyat­lanırdı. Çünki Cəlalilər müxtəlif sosial bazaya və milli tərkibə malik idilər. Cəlalilər və onların başçıları şahdan gözlədikləri imtiyazı əldə edə bilmədilər. Ona görə də 1610-cu ilin ortalarında Anadolu cəlalilərinin hamısı Hacı Məhəmmədin və Qara Səidin başçılığı ilə Səfəvilər dövlətini tərk etdilər. Qalan dəstə I Şah Abbasa sadiq qalaraq Böyük Divanın şəxsi xidmətçi korpusu ilə birləşdi.

Cəlali dəstə başçılarından ən məşhuru Azərbaycan türkü Koroğlu idi. Xalq rəva­yətinə görə Səlmas yaxınlığında Xarabaqala Koroğlu tərəfindən tikilmişdir. Naxçıvan, Səlmas və Xoy Koroğlunun ən çox fəaliyyət göstərdiyi yerlər olmuşdur. “Koroğlu” dasta­nında onun iqamətgahı kimi göstərilən Çənlibelin Naxçıvan və Makuda yerləşdiyi qeyd edilir. B.A.Karrıyev, A.Xodzko, İ.P.Petruşevski, kimi tədqiqatçılar Koroğlunun tarixi şəx­siyyət olduğunu göstərmişlər. Onun dərbəndli Möminə xatunla izdivacından Həsən adında oğlu doğulmuş, hansı ki, dastanda Kurtoğlu (yəni Qurd oğlu) kimi verilmişdir. Sonralar Kurtoğlu aşıqlar tərəfindən Kürdoğlu kimi tələffüz edilərək bəzi yanlış fikirlərin yaran­masına səbəb olmuşdur. Koroğlunun silahdaşlarından Dəli Həsən, Gizir oğlu Mustafa bəy, Kosa Səfər, Tanrı Tanımaz və Abaza paşa tarixi şəxsiyyətlərdir.





Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   ...   178   179   180   181   182   183   184   185   ...   383




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin