İkram agasiyev şİrxan səLİmov azərbaycan tariXİ baki-2017 Elmi redaktor



Yüklə 0,94 Mb.
səhifə199/383
tarix02.01.2022
ölçüsü0,94 Mb.
#38990
1   ...   195   196   197   198   199   200   201   202   ...   383
AZ TARİXİ - QRİFLİ-SON-22 MART (2) (1)

Nadir şahın ordu quruculuğu. Nadir şahın sərkərdəlik və dövlətcilik fəaliyyətinin yadda qalan uğurlarının əldə edilməsinin başlıca səbəblərindən biri də onun güclu hərbi qüvvələr yaratması idi. Nadir şah özünün bütün hərbi keyfiyyətlərini də məhz bu qüvvələr vasitəsilə ifadə edə bilmişdi. İstəklərinə və tələblərinə uyğun gələn qoşunları forma­laşdırmaqla Nadir şah həm böyuk tarixi qələbələrlə yadda qaldı, həm də yeni bir dövlət qurdu. Səfəvilər dövründə mövcud olmayan hərbi-dəniz qüvvələrinin və onun maddi-texniki bazasının möhkəm­ləndirilməsi ücün əhəmiyyətli addımlar atdı.Nadir şah iştirak etdiyi döyüş­lərin aparıldığı şəraitə uyğun olaraq yüngül artilleriyanın (zənburəklərin) işlədilməsinə, döyuş istifadəsinə diqqəti artırdı, artilleriyanın yeni strukturlarını yaratdı. Bundan başqa, briqada (tip) və ləşgərlərin strukturlarında da bir sıra yeniliklər meydana gəldi. Nadir şahın qoşunlarında dəstələr daimi və müvəqqəti əsasda üzvi şəkildə birləşdirildi. Nadir şah dövləti, əsasən, hərbi dayaqlar uzərində bərqərar olmuşdu. Ona gorə də, Nadir şahın ətrafında daimi əsasda yara­dılmış qoşun strukturları var idi. Bura cəzayirçi, qorcu, qullar dəstələri, xüsusi qvardiya keşik­cilər dəstəsi və s. daxil idi. Qoşunlara səfərbərliyin həyata kecirilməsində Nadir şah əsasən könüllülük prinsipindən istifadə edirdi. Bununla belə, Nadir şah qoşunların sayının artması ücün məcburiyyət vasitələrinə də əl atır, ələ kecirdiyi vilayətlərin, ərazilərin hakimləri və əhalisi qarşısında konkret sayda qoşun dəstəsi toplayıb mərkəzi hakimiyyətin ixtiyarına verilməsi tapşırıqlarını da qoyurdu. Nadir şah qoşunlarının struktur vahidlərinin formalaş­dırıl­ma­sında və onların idarə edilməsində onluq sistemindən istifadə edirdi.

Eyni zamanda Nadir şah Fars körfəzində və Xəzər dənizində donanma yaradıl­ması işinə başladı və ordusunu yenidən qurmaq fikrinə düşdü. Hər iki məqsədlə Avropa ölkələrindən mütəxəssislər gətirdi. Onun ordusunda artilleriya və tüfəngçilər - ağır muşketlərlə silahlanmış piyada döyüşçüləri mühüm yer tuturdu. Yeni toplar, mortiralar (qısa lüləli toplar) və nüvələr tökməkdən ötrü Mərvdə möhkəmləndirilmiş mərkəz yaradılmışdı. Topçuların hazırlığı, artilleriya və top sınaqları burada keçirilirdi. Bütün bunlar Nadir şahın gələcək qələbələri naminə edilirdi. Onun geniş planları vardı. O, Xəzər dənizi ətrafındakı bütün torpaqları birləşdirərək, Çini də tutmaqla nəhəng bir dövlət yaratmaq arzusunda idi.

Onun apardığı mərkəzləşdirmə siyasəti fars mənşəli feodal əyanlarının maraqlarına toxunurdu. 1741-ci ildə Mazandaran meşələrindən keçərkən, Nadirə sui-qəsd edildi. Lakin suiq-qəsd uğurlu olmadı, sui-qəsdin təşkilində günahlandırılan, Nadirin böyük oğlu Rzaqulunun gözləri çıxarıldı.


Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   ...   195   196   197   198   199   200   201   202   ...   383




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin