İkram agasiyev şİrxan səLİmov azərbaycan tariXİ baki-2017 Elmi redaktor


Azərbaycan SSR-də sosializm quruculuğu planının



Yüklə 0,94 Mb.
səhifə318/383
tarix02.01.2022
ölçüsü0,94 Mb.
#38990
1   ...   314   315   316   317   318   319   320   321   ...   383
AZ TARİXİ - QRİFLİ-SON-22 MART (2) (1)

19.3.Azərbaycan SSR-də sosializm quruculuğu planının

həyata keçiril­məsi

Azərbaycan SSR-də yeni iqtisadi siyasət, sosializm qurucu­luğunun əsas vəzifə­ləri.Azərbaycanda Sovet hakimiyyəti qurulandan sonra 1920-ci ilin yayında “hərbi kom­munizm” siyasəti tətbiq edildi. Azərbaycan İnqilab Komitəsi 1920-ci il avqustun 26-da verdiyi fərmanla taxıl ticarətini inhisara aldı. Ərzaq bölgüsü üzərində ciddi nəzarət qoyul­du. 1920-ci ilin sentyabrında Azərbaycanda ərzaq sapalağı tətbiq edildi. Taxıl, yağ, yem, mal-qara və digər kənd təsərrüfatı məhsullarının artığı sabit qiymətlə alınırdı. Fəhlələrdən ərzaq dəstələri yaradıldı, ümumi icbari əmək mükəlləfiyyəti tətbiq edildi, "işləməyən dişləməz» prinsipinə, ərzaq payı (kartoçka) sisteminə keçildi.

Ərzaq sapalağına keçid Azərbaycan kəndlilərinin vəziyyətini ağırlaşdırdı. Elə buna görə, Quba və Cavad qəzalarından başqa, Azərbay­canın bütün bölgələrində ərzaq tədarükü dayandırıldı.

1921-ci ilin yazında Azərbaycanda Yeni İqtisadi Siyasətə (qısa-YİS) keçildi. YİS ərəfəsində Azərbaycan iqtisadiyyatının əsas əlamətləri ondan ibarət idi ki, neft sənayesi ağır vəziyyətə düşmüşdü, neft emalı, mexaniki zavodlar işləmir, elektrik enerjisi, sənaye avadanlıqları çatışmırdı, kənd təsərrüfatı tənəzzül içində idi.

1921-ci mayın 17-də İnqilab Komitəsi «Bütün növ ərzaq inhisar­larının ləğv edilməsi haqqında» dekreti ilə ərzaq sapalağını ləğv etdi. Bu dekret YİS-ə keçilməsində ilk addım idi. Azərbaycanda kəndlilərin vəziyyəti ağır olduğuna görə ərzaq vergisinin tətbiqi 1922-ci ilin yazına qədər ləngidildi. Azərbaycan kəndliləri YİS dövründə ərzaq vergisi əvəzinə könüllü məhsul rüsumu olan «çanaq vergisi» ödədilər. Bir çanaq 8 kq. (20 girvənkə) idi. Azərbaycanda YİS-in Rusiyadan fərqli xüsusiy­yəti könüllü yığılan «çanaq» vergisinin tətbiqi idi.

1922-ci il martın 5-də Azərbaycan MİK III sessiyası kənd təsər­rüfatı məhsulu vergisi haqqında qanun qəbul etdi və bundan sonra Azərbaycanda ərzaq vergisi tətbiq edilməyə başlandı. 1921-ci ildə qəbul edilmiş qanuna görə, kəndli qabaqcadan müəyyən edilmiş vergini verdikdən sonra ixtiyarında qalan məhsuldan öz istədiyi kimi istifadə edə bilərdi.

1924-cü ildə Suraxanıda turbobur vasitəsilə ilk quyu qazıldı. Balaxanıda, Sabunçuda, Bayılda yeni neft quyuları kəşf olundu. 1921-ci ilə nisbətən 1925-ci ildə neft hasilatı iki dəfə artdı.Azərbaycanda neft maşınqayırma sənayesi inkişaf etməyə başladı.Leytenant Şmidt adına zavod (indiki Səttarxan adına zavod) işə düşdü.

YİS dövründə hakim mövqelər dövlətin əlində qalsa da, neft sənayesində respublika orqanlarına xarici şirkətlərlə əlaqə yaratmağa səlahiyyətlər verildi. ABŞ-ın “Standart-Oyl” şirkəti ilə “Azneft” arasında müqavilə imzalandı. Nəti­cə­də, yeni texniki avadanlıq Azər­baycana gətirildi; İngiltərənin “Cikkers Limited” firması ilə “Azneft” müqavilə imzaladı. Müqaviləyə görə Azərbaycan krekinq qurğusunun (neft emalında motor yağı, sürtgü yağı, kimya və neft-kimya sənayesi üçün xammal alınmasını təmin edən qurğu) texniki avadanlığını istehal etmək üçün lisenziya aldı. Paris, London, Berlin, Nyu-York və sair şəhərlərdə “Azneft”in nümayəndəlikləri açıldı. Bu neft sənayesinin texnika və texnologiya ilə təmin edilməsinə, neft maşınqayırma sənayesinin yaradılmasına imkan verirdi. 1921-1925-ci illərdə neft sənayesində ilk növbədə texniki cəhətdən yenidənqurma həyata keçırildi.

Qeyri-neft sənaye müəssisələri işə salındı.1925-ci ildə Bakıda və Tovuz­da sement zavodları, Gədəbəydə misəritmə zavodları, Gəncədə mahud fabriki, Şərur və Yevlax pambıqtəmizləmə zavodları, Şəki, Ordubad, Dağlıq Qarabağda barama açan fabriklər işə düşdü.

YİS nəticəsində ərzaq vergisi tətbiq edildi, ticarət azadlığına yol verildi, icarə sistemi, müştərək müəssisələr təşkil edildi, kommersiya, bank və kredit şəbəkəsi və s. yaradıldı. YİS-ə keçid nəticəsində Azərbaycanın daxilində nisbi iqtisadi sabitlik əldə edildi. Azərbaycan iqtisadiyatında canlanma baş verdi. Bu dövrdə neft sənayesini inkişaf etdirmək məqsədilə mərkəz respublika orqan­larına xarici şirkətlərlə əlaqə yaratmalarına icazə verdi.

Yeni iqtisadi siyasət nəticəsində kənd təsərrüfatı və sənayedə dirçəlmə başladı. Ticarət inkişaf etməyə başladı. Maliyyə böhranı aradan qalxmağa başladı.Ancaq 1926-cı ildə SSRİ hökuməti Yeni İqtisadi Siyasət prinsiplərindən imtina etdi və ölkədə inzibati amirlik metodlarının tətbiqi başlandı.




Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   ...   314   315   316   317   318   319   320   321   ...   383




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin