Yeni sənaye mərkəzləri və sahələri. 1946-1950-ci iliərdə Azərbaycanda bir sıra sənaye mərkəzləri yaradılmışdı. Sumqayıt şəhəri 1946-1950-ci illərdə sənaye mərkəzinə çevrildi. Burada Kimya zavodu (1945), Boru prakatı zavodu (1946-1952), Sintetik kauçuk zavodu (1952) və Alüminium zavodu kimi nəhəng müəssisələr tikildi. Mingəçevir su-elektrik stansiyasının tikintisində ittifaqın 300 müəssisəsi iştirak edirdi. 1945-ci ildə tikintisinə başlanılan Mingəçevir SES Cənubi Qafqazda ən böyük su-elektrik stansiyası idi. 1948-1954-cü illərdə yaranan yeni sənaye mərkəzlərindən biri Daşkəsən idi. Burada Daşkəsən filizsaflaşdırma kombinatı yaradıldı.
1945-1955-ci illərdə Bakıda və digər şəhərlərdə yeni müəssisələr yaradıldı. Bakıda Asbest-şifer zavodu (1948), Qaradağ sement zavodu (1951), Yeni neftayırma zavodu (1953), Abşeronda «Şimal» Dövlət rayon elektrik stansiyası (1954), Mingəçevirdə kabel (1958) zavodu və s. işə salındı.
Müharibədən sonra kənd təsərrüfatınm əsas sahələri inkişaf etdirildi. 1958-ci ildə maşın - traktor stansiyaları (MTS-lər) ləğv edildi, onların texnikası kolxozlara verildi. Kənd təsərrüfatı sahəsində bir sıra islahatlar keçirilsə də, onlardan ciddi səmərə hasil olmadı.
1947-ci ildə kartoçka sistemi ləğv edildi. Əhalinin alıcılıq qabliyyəti aşağı olduğuna görə qiymətlər bir neçə il dalbadal aşağı salındı. Əvvəllər olduğu kimi İkinci Dünya müharibəsindən sonra da Sovet Azərbaycanında partiya və dövlət aparatının ali və orta dairələrinin işçilərinə «paket» adlanan əlavə pul verilirdi.
Dostları ilə paylaş: |