İkram agasiyev şİrxan səLİmov azərbaycan tariXİ baki-2017 Elmi redaktor


Mannanın dövlət quruluşu və təsərrüfat həyatı



Yüklə 0,94 Mb.
səhifə54/383
tarix02.01.2022
ölçüsü0,94 Mb.
#38990
1   ...   50   51   52   53   54   55   56   57   ...   383
AZ TARİXİ - QRİFLİ-SON-22 MART (2) (1)

Mannanın dövlət quruluşu və təsərrüfat həyatı. Manna mərkəz­ləşdirilmiş bir dövlət kimi İranzunun dövründə formalaşdı. Dövləti hökmdar təkbaşına idarə edirdi. Hakimiyyət bir nəslin nümayəndələrinə irsən ötürülürdü (atadan oğula və yaxud qardaşdan qardaşa). Dövlət ayrı-ayrı vilayətlərdən ibarət idi ki, onları da canişinlər idarə edirdilər. Man­nada məşvərətçi orqan kimi Ağsaqqallar Şurası var idi və o tamamilə hökmdardan asılı idi. Mahiyyət etdibarı ilə Manna quldar dövlət olsa da, burada hələ də ibtidai icma quruluşunun bir çox elementləri qalmaqda idi. Bu dövlətdə quldarlıq patriarxal xarakter daşıyırdı, yəni qul əməyindən təsərrüfatın bəzi sahələrində istifadə olunurdu. Dövlətdə əsas istehsalçı təbəqə icmaçı kəndlilər idi.

Mannanın təbii şəraiti burada kənd təsərrüfatının inkişafı üçün əlverişli idi. Kənd təsərrüfatının əsas sahələrini əkinçilik, maldarlıq və bağçılıq təşkil edirdi. Manna döründə Urmiya gölünün ətrafında yara­dılan suvarma sisteminin izləri bu gün də qalmaqdadır. Dağ və dağətəyi ərazilərdə yaşayan mannalılar oturaq maldarlıqla məşğul olur, qaramal, qoyun, at, dəvə və s. saxlayırdılar. Taxılı və başqa kənd təsərrüfatı məh­sul­larını tarlalardan daşı­maq üçün iki və dördtəkərli arabalardan istifadə olunurdu. Suvarmada arxlar şəbəkəsinin tətbiqi bağçı­lığın və üzüm­çülüyün inkişafına müsbət təsir göstərirdi. Mannada atçılıq geniş yayıl­mışdı. Atlardan həm qoşqu, həm də minik vasitəsi kimi istifadə olu­nurdu. Cənubi Azərbaycanda, Həsənlidə arxeoloji qazıntılar zamanı e.ə. IX əsrə aid torpaq qatında üzə­rində at təsviri olan taxta parçası tapıl­mışdır ki, bu da Mannada atlardan minik vasitəsi kimi istifadə olun­masına sübut­dur. Mannada sənətkarlıq da inkişaf etmişdir. Manna­da külçə yataq­ları mövcud idi və bu metal işləmə üçün şərait yaradırdı. Mannalı ustalar qızıldan, gümüşdən və başqa əlvan metallardan qab-qacaq və bəzək əşyaları hazırlayırdılar.

Cənubi Azərbaycanda aparılan arxeoloji qazıntılar zamanı Həsən­lidə, Ziviyədə, Göytəpədə Manna sənətkarlarına aid çox­saylı nümunələr tapılmışdır. Həsənlidə tapılan qızıl cam, Ziviyədə tapılan qızıl və gümüş döşlüklər, dağ keçisi formasında olan qızıl və gümüş qədəhlər (qrifon­lar), gümüş sini, kəmər Mannada metalişləmənin və zərgərliyin yüksək inkişafının göstəricisidir.

Mannada dulusçuluq və toxuculuq da inkişaf etmişdi. Həsənlidə qazıntı zamanı Manna dövrünə aid yun və qəzil parça (keçi tükündən hazırlanan parça) nümunələri tapılmışdır.




Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   383




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin