İkram agasiyev şİrxan səLİmov azərbaycan tariXİ baki-2017 Elmi redaktor


İskit (Skif) padşahlığının yaran­ması



Yüklə 0,94 Mb.
səhifə56/383
tarix02.01.2022
ölçüsü0,94 Mb.
#38990
1   ...   52   53   54   55   56   57   58   59   ...   383
AZ TARİXİ - QRİFLİ-SON-22 MART (2) (1)

2.3.İskit (Skif) padşahlığının yaran­ması.
Bizim eradan əvvəl VII əsrin birinci rübündən başlayaraq Kim­mer, İskit və Sak tayfaları Azərbaycanda və Ön Asiyada məskunlaşmağa başladılar.

Kimmerlər e.ə. VIII əsrdə indiki Şimali Qafqazın qərb hissəsində (indiki Krasnodar diyarı və Rostov vilayətinin dəniz sahili əraziləri) və Krım yarımadasında yaşayırdılar. E.ə. VII əsrdə Mərkəzi Asiyadan şərq istiqamətində skif (iskit) tayfalarının axını başladı. Onlar qərbə iki yolla hərəkət edirdilər. Birinci yol vasitəsi ilə Xəzər dənizinin şimalından keçərək Qara dəniz sahillərinə yetişdilər. İkinci yolla isə iskitlər Xəzər dənizinin cənubundan, İran dağ silsilələrindən keçərək yenə də Qafqaza, Ön Asiyaya və Qara dənizin cənub sahil­lərinə gəldilər. Tarixi ədəbiy­yatda iskitlərin adları işquz, skif, sak və massasget ( “böyük sak” məna­sını verir) kimi də tanınmışdır. Beləliklə, e.ə. VII əsrdə iskitlər kim­merləri doğma torpaqlarından sıxışdıraraq cənuba – Azərbaycan ərazi­lərinə, Ön Asiyaya köçməyə məcbur etdilər. Kimmerləri təqib edən iskitlər özləri də e.ə. VII əsrdə Azərbaycanın Urmiya gölündən qərb və şimal ərazilərində məskunlaşdılar. Şimali Azərbaycanda məskunlaşan iskitlər isə tarixi ədəbiyyatda sak, sakasin (saka bənzər) və yaxud massaget adlandırılmışlar.

Beləliklə, e.ə. VII əsrdə Şimali Azərbaycan ərazilərində kim­merlər, saklar (massa­getlər), Cənubi Azərbaycanın Urmiya gölündən qərb və şimal ərazilərdə isə iskit tayfaları məskun­laşdılar.Kimmerlərin bir qismi iskitlərin qonşuluğunda, indiki Şərqi Anadoluda məskunlaş­dılar.Bütün bu adı çəkilən tayfaların – kimmerlərin, iskitlərin sakların, massagetlərin türk mənşəli olması antik mənbələrə əsasən sübuta yetirilmişdir. E.ə. VII əsrə aid adı çəkilən bu tayfalar Azərbaycan ərazi­lərində iki dövlət yaratdılar: bunlardan biri Urmiya gölündən şimal və qərb torpaqlarda yaranan İskit padşahlığı, o biri isə Arazdan şimalda yaranan Massaget padşahlığı idi.

İskit padşahlığının e.ə. VII əsrin I rubündə (e.ə. 700- e.ə. 675-ci illər) yaranması şübhəsizdir.Belə ki, Tövratda, e.ə. 693-cü ilə aid hadisələrlə bağlı ilk dəfə İskit pad­şahlığının adı çəkilir. İskit padşahlığı Urmiya gölündən şimal və qərb ərazilərdə, Manna ilə Urartu arasındakı ərazilərdə yerləşirdi. Əhalisi əsasən mənşəcə türk olan kimmer, iskit, sak və kuti tayfalarından ibarət olmuşdur.

Məhz bu dövlətə arxalanan Manna e.ə. 650-ci ildə Aşşurun asılı­lığın­dan xilas olmağa cəhd etmiş, lakin uğursuzluğa düçar olmuşdu. İskit padşahlığı e.ə. VII əsrin 60-50-ci illərində hökmdar Tuqdammenin dövründə yüksək inkişaf səviyyəsinə çatmışdı.Yerli kuti və sak tayfa­larını da asılılıqda saxlayan Tuqdamme həmçinin, kuti və sak hökmdarı rütbəsini də daşıyırdı. Bu dövlət hətta Midiyanı 28 il, yəni e.ə. 653-625-ci illər ərzində öz hakimiyyəti altında saxlamışdı. İskit dövləti Aşşur və Urartuya qarşı mübarizədə Mannanın müttəfiqi olmuşdur.

İskit dövləti getdikcə zəifləyir və güclənən Midiya ilə rəqabətdə mövqelərini itirirdi. E.ə 605-ci ildə İskit padşahlığının ən yaxın müttəfiqi Aşşur dövləti ləğv edildi və bundan sonra padşahlığın tənəzzülü başladı. E.ə 593-cü ildə Midiya çarı Kiak­sar İskit padşahlığını ələ keçirdi. Padşahlıq ləğv edildi, əhalisinin bir qismi yerli tayfalarla qaynayıb qarışdı, bir qismi isə Dərbənd keçidi vasitəsilə şimala yollandı və Şimali Qafqazda, Qara dəniz sahillərində məskunlaşdılar.

Araz çayından şimalda mövcud olmuş Massaget padşahlığı isə e.ə. IV əsrin sonunadək mövcud olmuşdur. Azərbaycan türklərinin yara­nışında kimmerlər, iskit, sak, massaget tayfa­larının böyük təsiri olmuş­dur. Azərbaycan dilinin formalaş­masında adı çəkilən türk mənşəli tayfaların ləhcələrinin əhəmiy­yətli təsiri olmuşdur. Bu gün də Azər­baycan ərazisində bir çox yer adları burada yaşayan kimmerlərlə, iskitlərlə, saklarla bağlılığını saxlayır. Məsələn, indiki Zaqa­talanın (“sak talası”), Zaqatala rayonunda Sakan­dərə adlı yerin , Şəki şəhərinin (Saki və ya­xud Şaki), indiki Dağlıq Qarabağın (Ar­sak və yaxud Ərsak), Albaniyanın Sakasena (“saka bənzər”) və Balasakan (“sak düzü”, “sak çölü”) vilayətlərinin adları saklarla bağlıdır İndiki Azər­baycanda Qı­­mır, Qı­mırlı, Kəmərli, Qəmərli kimi yer ad­ları isə “kimmer” tayfa­sının adından qalmış­dır.

Arxeoloji qazıntılar zamanı istər Cənubi Azərbaycanda, istərsə də Şimali Azərbay­canda kimmerlərə, iskitlərə, saklara aid silah nümunələri (ox, nizə ucluqları), tunc güzgü tapılmışdır. Hərb sənətini sevən, hərbi nizam-intizamı ilə seçilən iskitlərin qonşu döv­lətlərdə hərb sənətinin inkişafına əhəmiyyətli təsiri olmuşdur.

İskitlərin dini inanclarında çoxtanrıçılıq mövcud olmuşdur, onlar torpağı, suyu müqəddəs sayırdılar.


Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   383




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin