İkram agasiyev şİrxan səLİmov azərbaycan tariXİ baki-2017 Elmi redaktor



Yüklə 0,94 Mb.
səhifə79/383
tarix02.01.2022
ölçüsü0,94 Mb.
#38990
1   ...   75   76   77   78   79   80   81   82   ...   383
AZ TARİXİ - QRİFLİ-SON-22 MART (2) (1)

Adurbadaqan əhalisi. Dini mənsubiyyətinə görə Adur­badaqan əhalisinin böyük əksəriyyəti atəşpərəst idi.Zərdüşt­lüyün təsiri ilə Adur­badaqanda da sosial struktur formalaşmışdı və əhali sosial cəhətdən dörd zümrəyə bölünürdü: 1) kahinlər; 2) döyüş­çülər; 3)mirzələr (katiblər); 4)vergi ödəyənlər. Kahinlər baş kahinlərə (mobed­lərə) və daha çox dinin nəzəri məsələləri ilə məşğul olan herbedlər və dini hakimlərə (did­varlara) bölünür­dülər.

İkinci zümrə-döyüşçülər də yekcins deyildi.Buraya vaspurx­lar (şahzadələr), şəhriyarlar, vuzurqlar (əyanlar) və azadlar (azad adamlar, kübarlar, süvarilər, mülk sahib­ləri) daxil idi.

Üçüncü zümrəyə-katiblərə (mirzələrə) dəftərxana mirzə­ləri, salnaməçilər, həkimlər, münəccimlər, musiqiçilər və xırda məmurlar daxil idi. Dördüncü-vergi ödəyənlər zümrə­sinə əkinçilər, maldarlar, sənətkarlar və tacirlər daxil idi. Qullar heç bir zümrəyə aid deyildi. Adurbadaqanda qul əməyindən ağır təsərrüfat işlərində istifadə edilirdi və onların böyük əksəriyyətini hərbi əsirlər (anşəh­riqlər) təşkil edirdi.

III-VI əsrlərdə Adurbadaqanda xüsusi feodal torpaq mülkiy­yəti 2 formaya ayrılırdı: 1) dastakert; 2) xostak. Dasta­kert irsi torpaq mülkü idi, nəsildən nəslə ötürülür­dü. Satı­la,bağışlana və girov qoyula bilər­di.Xostak isə şərti torpaq mülkü idi və xidmətə görə verilir­di.Bunlardan savayı,torpaq mülkiy­yətinin aşağıdakı formaları da mövcud idi: icma torpaq­ları, məbəd torpaqları, şəhər torpaq­ları.Sasanilər dövründə torpaq­sız və aztorpaqlı kəndlilər icarədarlıqla məşğul olur­dular.İcarə haqqı müqaviləyə əsasən ya məhsulla, ya da pulla ödəni­lirdi.Əkinçilikdə əsasən süni suvarma tətbiq edilirdi. Sasani,o cümlədən Adurbadaqan kəndliləri üçün su o qədər böyük problem idi ki, bəzən su üstündə münaqişələr yaranırdı.

Vergilərdən ən mühümü xəraq adlanırdı.Xəraq torpaq vergisi idi.Xəraq hesablanan zaman torpağın sahəsi nəzərə alınırdı.Vergi vahidi kimi 0,1 ha-ya bərabər olan qarib götürülürdü.Məsələn, 1 qarib buğda sahəsindən 1 drahma,1 qarib üzümlükdən isə 8 drah­ma vergi tutulur­du.Xəraqdan savayı, can vergisi də alınırdı ki, o da gezit adlanırdı.Can vergisini 20-50 yaş arası kişilər ödəyirdi. Kübarlar, döyüşçülər, kahinlər, mirzələr, məmurlar can vergisindən azad olunmuşdular.

Torpaq və can vergisindən savayı, əhalidən şəhərin mühafizəsi, şəhər divarlarının tikilməsi, təmiri üçün,kanalların təmizlən­məsi, körpü­lərin salınması və sair işlər üçün də vergi toplayırdılar.Şəhər sənətkarları, tacirlər də vergi ödəməli idilər.



Zərdüştlük. Sasanilər dövründə zərdüştlük dövlət dini elan olundu və “Avesta”­nın qalıqları toplanılıb bərpa olundu.Yaranan yeni kitab “Kiçik Avesta” adlan­dırıl­dı.Ölkədə atəşpərəst olma­yan­ların təqib olunması başladı.Azərbaycan zərdüştlüyün mər­kəzi idi. Burada məşhur Azərqəşnəsp (Adurquşnasp) od məbədi yerləşirdi ki,o da Zərdüşt kahin­liyinin əsas istinadgahlarından biri idi.

Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   ...   75   76   77   78   79   80   81   82   ...   383




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin