İkram agasiyev şİrxan səLİmov azərbaycan tariXİ baki-2017 Elmi redaktor



Yüklə 0,94 Mb.
səhifə76/383
tarix02.01.2022
ölçüsü0,94 Mb.
#38990
1   ...   72   73   74   75   76   77   78   79   ...   383
AZ TARİXİ - QRİFLİ-SON-22 MART (2) (1)

Məzdəkilər hərəkatı (481-529). Sasani imperiyasında feodal münasibətləri inkişaf edib möhkəmləndikcə xalq kütlələ­rinin üzərində qoyulan vergilər və mükəl­ləfiyyətlər də artırdı. Bu isə istismara qarşı xalqın mübarizəsini gücləndirirdi və xalqın mənafeyini əks etdirən dini təriqətlər meydana gəlirdi.

III əsrdən başlayaraq Sasani imperiyasında maniçilik dini təlimi yayılmağa başladı. Bu təlimin banisi Mani idi. Maniyə görə, onun dini bütün dinləri – atəşpərəstliyi, xristianlığı və başqa­larını əvəz edəcək və ümumdünya dininə çevriləcəkdir. Maniçiliyə görə dünyada xeyirlə şər (işıqla qaranlıq) arasında mübarizə gedir. Mani təlimi pəhləvi və Suriya dillərində təbliğ edilirdi. Bu təlim İran və Romada yayılırdı. 276-ci ildə Mani edam edildi. Onun təlimi qadağan olundu. Lakin bu təlim Məzdək təliminə təsir göstərdi. 481-529-cu illərdə olmuş Məzdəkilər üsyanına səbəb feodal istismarı, sasani zülmü idi. Məzdəkilər hərəkatı Sasanilərə qarşı yönəlmişdi. Hərəkata ali maq (ali maq məzdəkilər hərəkatına qədər Sasanilərdə şahdan sonra ikinci şəxs hesab edilirdi) olmuş Məzdək başçılıq edirdi. Bu kəndli hərəkatının əsas hərəkətverici qüvvələri kəndli­lər, sənətkarlar, şəhər yoxsulları idilər. Məzdəkilər təliminin əsas müddəası ədalətli cəmiyyət qurmaq, insanlar arasında əmlak bərabərliyi yaratmaq idi. Bu məqsədlə onlar varlıların torpağını, əmlakını ələ keçirib yoxsullara paylayır, hərəmxanaları ləğv edirdilər.

Sasani hökmdarı I Qubad (488-531) mərkəzi hakimiyyəti möh­kəm­lən­dirmək və mərkəzə tabe olmayan iri feodalların müqa­vimətini qırmaq üçün məzdəkilər hərəkatına qoşuldu. Məzdək I Qubadın ən yaxın adamı oldu. I Qubad məqsədinə nail olduqdan sonra oğlu I Xosrovla (531-579) Məzdəkə və onun 80 min nəfər tərəfdarına divan tutdu. Məzdək edam edildi. Məzdəkilərin bir hissəsi əyalətlərə və xaricə qaçdılar. Məzdəkilər üsyanı məğlub olsa da, özündən sonrakı kəndli üsyanları üçün örnək oldu.


Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   ...   383




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin