İkram agasiyev şİrxan səLİmov azərbaycan tariXİ baki-2017 Elmi redaktor



Yüklə 0,94 Mb.
səhifə72/383
tarix02.01.2022
ölçüsü0,94 Mb.
#38990
1   ...   68   69   70   71   72   73   74   75   ...   383
AZ TARİXİ - QRİFLİ-SON-22 MART (2) (1)

Albaniyanın mədəniyyəti. Albaniyanın antik dövr mədəniyyəti Qəbələ, Şamaxı, Mingəçevir, Mollisaqlı və sair arxeoloji abidələr əsasında öyrənilir. Bu abidələrdən külli miq­darda maddi mədəniyyət nümunələri tapılmışdır.

Alban memarları ictimai binalar və müdafiə qurğuları tikmişlər. Albaniyada ictimai binaların bünövrəsi çay danışndan, divarları isə çiy kərpicdən olmuşdur.

Qəbələ şəhərinin ətrafında möhtəşəm torpaq sədd və dərin xəndək var idi. Qəbələ şəhərinin yerində bünövrəsi daş və divarları çiy kərpiçdən olan binalar aşkar edilmişdir. Böyük ictimai binalar iri salonlardan, eyvanlardan, kiçik otaqlardan ibarət olmuşdur və binanın üstü saxsı kirəmitlə örtülmüşdür. Yunan mədəniyyətinin təsiri ilə e.ə.III əsrdən Albaniyada da kirəmitdən istifadə etməyə başlamışlar. Alban sənət­karları qabların üzərini müxtəlif bitki, heyvan rəsmləri ilə bəzəyir, heyvan, quş forma­sında qablar, qızıl, gümüş, mis və başqa metallardan bəzək əşyaları hazırlayırdılar.

Albaniyanın ellinizm dövründə pul dövriyyəsi haqqında məlumat almaq üçün ən yaxşı mənbə tapılmış ayrı-ayrı sikkələr və böyük pul dəfinələridir. Dəfinələr arasında pulların sayına və tərkibinə görə ən əhəmiyyətlisi 1966-ci ildə antik dövr Qəbələ yaxın­lığında tapılmış dəfinədir. E.ə. II əsrin 20-ci illərinə aid bu dəfinənin ümumi qiyməti ondadır ki, burada 500-dən artıq alban zərbli pul tapılmışdır. Qəbələ dəfinəsi sayəsində dəqiq müəy­yənləşdirmək mümkün oldu ki, ellinizm dövrünə aid yerli alban pulları Böyük İsgəndərin pullarının təqlidi idi. Belə sikkələr Makedoniyalı İsgəndərin sikkələrinin şərq ölkələri bazarlarında geniş yayıldığı dövrlərdə kəsilirdi. Məhz elə buna görə də bu pullar Qafqaz Albaniyasının ilk pullarının zərbində etalon rolunu oynamışlar.

Ellin dünyası ilə Albaniyanın əlaqələri haqqında Mingə­çevir və Şamaxıdan tapılmış möhürlər xəbər verir.Albaniya ərazisində tapılmış Suriya mənşəli şüşə muncuqlar da Alba­niyanın Yaxın Şərq ilə ticarət münasibətləri haqqında məlumat verir. Dövlətin yaran­ması, şəhər mədəniyyətinin təşəkkülü beynəlxalq əlaqələrin genişlənməsinə zəmin yaradırdı. Beləliklə, Atropatenada olduğu kimi, Albaniyada da bu dövrdə şəhər mədəniy­yəti, sinfi cəmiyyət inkişaf edirdi, yerli əhalinin qədim Şərq ölkələri, antik dünya ilə siyasi, iqtisadi, mədəni, ticarət əlaqələri genişlənirdi.

Yuxarıda deyilənlərdən belə nəticəyə gəlmək mümkündür ki, Azərbaycan öyrənilən dövrdə, bir tərəfdən müstəqilliyini qorumağa çalışaraq, bir sıra yaxın, uzaq ölkələrlə mübarizə aparmış, digər tərəfdən isə kənd təsərrüfatını, ayrı-ayrı sənət sahələrini, dini baxışlarını, mədəniyyətinin müxtəlif sahələrini yüksək inkişaf səviyyəsinə çatdırmışdır.

E.ə. I minilliyin ortalarında Albaniya əhalisi yazı ilə tanış idi. E. ə. I əsrdə alban hökmdarı Oroysla Roma sərkərdəsi Pompeyin məktub­laşması məlumdur. 1902-ci ildə Şəki ərazisində Böyük Dəhnə kəndində eramızın II əsrinə aid üzərində yunan dilində yazı olan kitabə tapılmışdır. Kitabədə deyilir: “Aylı Yason öz himayədarı Evnona xatirə olaraq”. Bu qəbir başdaşı gəlmə yunanlar tərəfindən qoyulmuşdur. Albanlar yunan, latın yazıları ilə yanaşı, Yaxın Şərqdə istifadə edilən başqa yazılarla da tanış idilər.

Albaniyada çoxallahlılıq mövcud idi. Göy cisimlərinə inam geniş yayılmışdır. Albanlar Zevs (Göy), Helios (Günəş), Selena (Ay) allah­larına sitayiş edidilər. Albanlar Ay allahına daha çox inanırdılar. Ay allahına məxsus məbəd baş məbəd hesab edilirdi.




Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   383




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin