İkram agasiyev şİrxan səLİmov azərbaycan tariXİ baki-2017 Elmi redaktor


Albaniyanın qonşu ölkələrlə münasibətləri



Yüklə 0,94 Mb.
səhifə69/383
tarix02.01.2022
ölçüsü0,94 Mb.
#38990
1   ...   65   66   67   68   69   70   71   72   ...   383
AZ TARİXİ - QRİFLİ-SON-22 MART (2) (1)

Albaniyanın qonşu ölkələrlə münasibətləri. Romalılar Aralıq dənizinin şər­qində hakim olandan sonra Kiçik Asiyanı tutub şərqə doğru işğallarını genişləndirməyə cəhd etdilər. Roma sərkərdəsi Lukull Pont padşahı VI Mitridatı məğlub etdi və onu təqib edərək Cənubi Qafqaza doğru irəlilədi.

Lukullu əvəz etmiş Pompey Albaniya və İberiyaya hücum etdi. Romalılar Xəzər dənizinə qədər irəliləmək və buradan Hindistanla Qara dənizi birləşdirən ticarət yolunu nəzarət altına almağa çalışırdılar. Qışın gəlməsi ilə əlaqədar Pompey Kür sahilində qışlamaq qərarına gəldi, ordunu üç dəstəyə bölüb möhkəm düşərgələrdə yerləş­dirdi. Bu dəstə­lərdən birinə özü, birinə Metel Seller və digərinə Lüsi Flakk başçılıq edirdi. Alban hökmdarı Oroys 40 min piyada, 12 min süvari döyüşçü ilə e.ə. 66-cı ilin dekabrında romalılar üzrəinə hücum etdi. Kür çayının sahilində qanlı döyüş oldu. Oroys Sellerin dəstəsini sıxışdırdı. Lakin yaxşı silahlanmış və təcrübəli romalılar qalib gəldilər. Pompey albanlarla sülh bağlayıb İberiyaya soxuldu. Albanlar romalıları izləyərək onlar üçün təhlükəli vəziyyət yaratdılar. Buna görə də Pompey yenidən albanlar üzərinə hücum etdi.

Albanlarla romalılar arasında ikinci döyüş e.ə.65-ci ildə Qanıx (Alazan) çayının sahilində oldu. Oroysun qardaşı Kozis 60 min piyada, 12 min süvaridən ibarət alban qoşununa başçılıq edirdi. Döyüşdə Pompey qalib gəldi. Bundan sonra Pompey Xəzər dənizinə doğru irəlilə­məyə cəhd etmiş, lakin albanların müqa­viməti buna imkan verməmiş və o geri qayıtmağa məcbur olmuşdur. Pompey Oroysdan onun düşərgəsinə gəlməyi tələb etmişdi. Lakin o, Pompeyin düşərgəsinə getməmiş, ona hədiyyə, məktub göndərmiş və onunla sülh bağlamışdı. E.ə.36-cı ildə Roma sərkərdəsi Kanidi İberiya və Albaniyaya hücum etdi. Alban hökm­darı Zober Romadan asılılığı qəbul etdi.

Eramızın I əsrində Albaniyada hakimiyyət yerli hökm­darların əlində idi. Albaniya xarici siyasətində Romaya meyl edirdi. 68-ci ildə Roma imperatoru Neron Albaniyaya böyük yürüşə hazırlaşırdı. Bu yürüş Dərbənd keçidi istiqmətində olmalı idi. Lakin Neronun ölümü ilə əlaqədar yürüş baş tutmadı.

Eramızın 80-ci illərində romalılar Xəzər dənizinə doğru irəlilə­məyə çalışırdılar. 1948-ci ildə Qobustanda aşkar edilmiş latın dilində daş kitabə imperator Domisian dövründə (81-96) 12-ci ildırım sürətli Roma legionunun Albaniyada olmasını təsdiqləyir. Albaniya Roma ilə siyasi, iqtisadi və ticarət əlaqə­sində olmuşdur. Roma hökmdarı Adrian (117-136-cı illər) alban hökmdarı ilə dostluq müna­sibətləri saxlamış, ona qiymətli hədiy­yələr göndərmişdir. Albaniya III əsrə qədər Romanın təsir dairəsində olmuş­dur.

I-III əsrlərdə Şimali Qafqazda yaşayan tayfalar Dər­bənd keçidi vasitəsilə Cənubi Qafqaza hücum edirdilər. Bu dövrdə alanların basqınları daha tez-tez olurdu. Onların 72-74-cü illərə təsadüf edilən ən böyük yürüşləri zamanı Atropatenaya qədər ərazilər qarət edildi. Mingəçevir və Qəbələdə tapılmış katakomba qəbirlərin (yeraltı sər­dabələr) alan tayfalarına aid olması arxeoloqlar tərəfindən təsdiq­lənmişdir.




Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   383




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin