İkram agasiyev şİrxan səLİmov azərbaycan tariXİ baki-2017 Elmi redaktor



Yüklə 0,94 Mb.
səhifə67/383
tarix02.01.2022
ölçüsü0,94 Mb.
#38990
1   ...   63   64   65   66   67   68   69   70   ...   383
AZ TARİXİ - QRİFLİ-SON-22 MART (2) (1)

Albaniyanın əhalisi. Albaniya antik mənbələrdə şəhərlər ölkəsi kimi xarakterizə olunur. Belə ki, Strabonun “Coğrafiya” əsərində 30-a yaxın alban şəhərinin adı çəkilir. Albaniya sıx əhaliyə malik ölkə olmuşdur. Ölkənin əsas əhalisini albanlar təşkil edirdilər və Strabonun “Coğrafiyaəsərində albanlardan savayı öz ləhcəsində danışan daha 26 azsaylı tayfanın adı çəkilir. Albanlar­dan başqa, ölkədə tabasaranlar (tavasparlar), çilblər (silvlər), leqlər, xeçmataklar, maskutlar, xəzərlər, hunlar, lpinlər, iskitlər və sair tayfalar yaşayırdılar. IV əsrdə Sasani eks­pansiyası ilə bağlı Albaniya ərazisinə irandilli tatlar köçürülmüşdür.

Albaniyanın əhalisinin böyük hissəsini türkdilli tayfalar təşkil edirdilər. Türklərlə yanaşı, Albaniyada Qafqazdilli tayfalar da əhəmiy­yətli çəkiyə malik idi. Albaniyanın əsas əhalisi albanlar və bu ad altında çıxış edən etnoslar olmuşdur. Albanların adları tarixi mənbələrdə e.ə. IV əsrə aid hadisələrlə bağlı çəkilir. Antik mənbələrdə “alban” anlayışını Albaniyanın bütün əhalisinə aid edirdilər. Lazım gəldikdə alban etnik birliyinə daxil olan ayrı-ayrı azsaylı tayfaların adları çəkilirdi. “Alban” sözünün mənası qədim türk dilləsində “cəsur”, “igid” deməkdir. Bu gün də türkmən dilində “alpan” və qazax dilində “alban” sözləri işlədil­məkdədir.

Albaniyanın əhalisinin müxtəlifliyi heç də bütün əyalətlərə eyni dərəcədə aid olmamışdır. Kür çayının həm sağ, həm də sol sahilləri böyunca eyni dildə danışan albanlar yaşamışlar. Çoxdillilik əsasən Alba­niyanın dağlıq əyalətləri olan Çolaya, Lpinaya müəyyən dərəcədə Qəbələyə aid olmuşdur. Bu əyalət­lərdə yerli albanlarla yanaşı, indiki Dağıstan ərazisindən köçüb gəlmiş leglər (ləzgilər), lpinlər, silvlər, sadilər, gellər və sair tayfalar məskunlaşmışlar. Beləliklə, Albaniyanın Dağıstana yaxın ərazilərində hələ qədim zaman­larda ləzgi dil qrupunda danışan əhali məskunlaşmağa başlamış və tədricən cənuba doğru yayılmışdır. Onların varisləri (ləzgilər, buduqlar, qrızlar, xınalıq­lar, udinlər və s.) bu gün də Azərbaycanın şimal hüdudlarında, Dağıstanla həmsər­həd ərazilərdə yaşamaqdadır. IV əsrdə xristianlığı qəbul etmiş albanlar, VII əsrdə ərəblər Azərbaycanı işğal etdikdən sonra islam dinini qəbul etdilər.Arsaxda (Qarabağda) yaşayan albanlar öz xristian dinini qoru­maq üçün ermənilərə, Kambisena və Şəki əyalətində yaşayanların bir qismi isə qonşu gürcülərə sığındılar. Nəticədə, Qarabağ albanları zaman keçdikcə erməniləşməyə, Alazan ətrafında yaşayan albanlar isə gürcüləşməyə məruz qaldılar. Bu gün Gürcüstanın Kaxetiya böl­gə­sində yaşayan gürcülərin əksəriyyəti albanların nəsil­lərindəndir.

VIII əsrdə Ərəb xilafətinin tərkibinə qatıldıqdan sonra “Albaniya” adı tarix səhnəsindən silindi. Ərəblər ilk vaxtlar keçmiş Albaniya ərazisini “Arran” adlandıdılar. Daha sonralar “Arran” adı yalnız Arazla Kür çayları arasındakı qərb torpaq­larına şamil edildi. Arazla Kürün qovuşduğu yerdən cənubi - şərqə ərazilər Muğan adlandırılırdı.




Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   383




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin