İkram agasiyev şİrxan səLİmov azərbaycan tariXİ baki-2017 Elmi redaktor



Yüklə 0,94 Mb.
səhifə70/383
tarix02.01.2022
ölçüsü0,94 Mb.
#38990
1   ...   66   67   68   69   70   71   72   73   ...   383
AZ TARİXİ - QRİFLİ-SON-22 MART (2) (1)

3.4.Albaniyanın təsərrüfat həyatı.
Albaniyanın təsərrüfatı. Albaniya əhalisinin məşğu­liy­yəti əkin­çilik, bağçılıq, üzümçülük, maldarlıq və sənət­karlıq idi. Yunan – Roma mənbələrində əkin sahələrinin Albaniyada da Misir və Babildə olduğu kimi kanallar vasitəsilə suvarıldığı qeyd edilir. Əkinçilikdə mükəmməl alətlərdən istifadə olunurdu. Müxtəlif meyvələr becərilir, üzümdən şərab hazırlanırdı. Qaramal, davar, at, dəvə bəslənilirdi. Yunanlı Elian Albani­yada balıq­çılıq haqqında maraqlı məlumat verir. O göstərir ki, bu balıqların piyin­dən sürtkü yağı və içalatını bişirib yapışqan hazırla­yırlar.Metaldan müxtəlif silah və əmək alətləri hazırlanmış, dulusçuluq daha çox inkişaf etmişdir. Gildən kərpic, kirəmit, müxtəlif qablar, insan və heyvan fiqurları hazırlanır və dulus kürələrində bişirilirdi. Mingə­çevirdə arxeoloji qazıntılar zamanı antiq dövrə aid çoxlu dulus kürələri aşkar edilmişdi. Saxsı qabların üzəri quş, heyvan, insan, bitki rəsmləri və həndəsi fiqurlarla bəzədilirdi. Toxuculuq, daxili və xarici ticarət inişaf etmişdir. Eramızın ilk əsrlərində Alba­niyada şüşə qablar hazırlanmışdır. Albaniyada möhürlərdən geniş istifadə olunurdu. Əksəriyyəti üzük formasında hazırlanan möhürlərlə sənədləri təsdiqləyir, məhsul yığılmış qabları və anbarların qapılarını möhürləyirdilər.

Albaniya ərazisindən mühüm ticarət yolları keçirdi. Bu yollardan biri Xəzər dənizi sahili ilə cənubdan şimala, digəri isə Kür çayı boyu Qara dənizə çıxırdı ki, bu yolla əsasən Hindistan və Çin malları daşı­nırdı.

Arxeoloji qazıntılar zamanı tapılmış sikkələr göstərir ki, ticarətdə puldan geniş istifadə edilmişdi. Albaniyada işlədilən ən qədim pul Makedoniyalı İsgəndərin adına kəsilmiş gümüş pullardır. Kənardan gətirilmiş pullar tələbatı ödəmirdi və e.ə. III əsrdən başlayaraq Albani­yada İsgəndərin pullarına oxşar pullar kəsilmişdi. Şamaxıda, Qəbələdə, Nüydidə (Ağsu) tapılmış pul dəfnələri bunu təsdiq edir. Albaniyanın bazarlarında Make­doniyalı İsgəndərin, Selevki, Parfiya, Roma, Yunan-Baktriya pullarından da istifadə edilmişdi.

Hələ e.ə. I minilliyin ortalarında Albaniya ərazilərində sənət­kar­lıq və ticarətin inki­şafı ilə şəhərlərin meydana gəlməsi üçün şərait yarandı.Albaniya dövləti yarandıqdan sonra bu proses daha da sürət­ləndi. Şəhərlər ayrı-ayrı hökmdarlar tərəfindən adətən mühüm ticarət yollarının qovşağında, dini mərkəzlərin (məbədlərin) ətrafında salınırdı. Xüsusən ticarət yolları üzərində çoxlu şəhərlər meydana gəlmişdi. Strabon Uti vilayətində olan Ayniana və Anarika şəhər­lərinin adını çəkir. II əsrdə yaşamış Klavdi Ptolemey Albaniyada 29 şəhər və yaşayış məntəqəsinin, o cümlədən Qəbələ və Şamaxının adını çəkmişdir.

E.ə. IV əsrdən başlayaraq Albaniyada ictimai bərabərsizlik daha da dərinləşdi. Əvvəllər hər bir tayfanın öz başçısı var idi. Dövlət yarandıqdan sonra isə hər tayfa öz tayfa başçısı olmaqla, vahid hökmdara tabe oldular. Albaniyada padşahdan sonra ən hörmətli adam Ay məbədinin kahini idi. Sosial bərabərsizliyin nəticəsi kimi Albaniyada əhali dörd təbəqəyə bölünürdü: 1) padşah, ordu başçısı; 2) din xadimləri (kahinlər); 3) hərbiçilər və əkinçilər; 4) təsərrüfatda işləyən adamlar.

Albaniya quldar dövləti idi, lakin qul əməyindən klassik quldar dövlətlər­də ol­duğu kimi (Qədim Misir, Hindis­tan, Yuna­nıstan, Roma) geniş istifadə olunmurdu – Albaniyada quldarlıq patriarxal xarakter daşı­yırdı. Qul əməyindən yalnız varlı təbə­qələrin ev təsər­rüfatında, məhdud şəkildə kənd təsərrüfatı və sənətkarlğın bəzi sahələrində istifadə olunurdu. Maddi və mənəvi nemətlərin əsas yaradıcıları azad adamlar idilər.

Alban ordusu da azad adamlarlardan təşkil olu­nurdu. Albanlar müharibə zamanı nizə, ox və sairə ilə silahlanır, əyin­lərinə zirehli paltar geyir, başlarına dəbilqə qoyur­dular.


Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   383




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin