İkram agasiyev şİrxan səLİmov azərbaycan tariXİ baki-2017 Elmi redaktor



Yüklə 0,94 Mb.
səhifə97/383
tarix02.01.2022
ölçüsü0,94 Mb.
#38990
1   ...   93   94   95   96   97   98   99   100   ...   383
AZ TARİXİ - QRİFLİ-SON-22 MART (2) (1)

Vəqf torpaqları. Xilafətdə, xüsusilə, qılınc gücünə tutulmuş bir ölkə olan Azərbaycanda vəqf torpaqları böyük idi. Vəqf torpaq­larının gəliri yalnız Xilafətin müqəddəs şəhərlərinin, müxtəlif dini müəssisə­lərinin tikintisi üçün xərclənmirdi. Azər­baycanda və ondan kənarda saxlanılan qoşun­ların əsgərləri qazilər sayıldığından, on­ların da xərci vəqf torpaqlarından ödənilirdi. Məsələn, Şirvanın (Bakının) neft və duz mədənləri VIII-IX yüzillər boyunca Dərbənd əhalisinə-əslində buradakı ərəb qarnizonuna vəqf verilmişdi. Ayrılmaz (müsa­dirə olun­maz) sayılan vəqf torpaqları müsəlman ruhani idarəsinin ixtiyarında idi. Bu torpaq­lardan xəzinə üçün xərac yığılmır, vergi ödənilmirdi, onların alqı-satqıya qoyulması da qadağan olun­muşdu.


Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   ...   93   94   95   96   97   98   99   100   ...   383




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin