İkram agasiyev şİrxan səLİmov azərbaycan tariXİ baki-2017 Elmi redaktor



Yüklə 0,94 Mb.
səhifə40/383
tarix02.01.2022
ölçüsü0,94 Mb.
#38990
1   ...   36   37   38   39   40   41   42   43   ...   383
AZ TARİXİ - QRİFLİ-SON-22 MART (2) (1)

Ev sənətkarlığı. Eneolit dövründə ovçuluq və balıqçılıq ikinci dərəcəli məşğuliy­yətə çevrilmişdi, məşğuliyyətdə sənət­karlıq mühüm yer tutmağa baş­ladı. xüsusən B u dövrdə sənət sahələri daha çoxcəhətli idi. Daş və sümük əşyaları hazırlama, dəriişləmə kimi ənənəvi peşələrlə yanaşı, yeni istehsal sahələri - ağacişləmə, toxuculuq inkişaf edirdi. Daş baltaların cilalanması və itilənməsi geniş yayılmışdı. Töyrətəpə eneolit yaşayış yerində(Ağstafa) bir otaqda döşəmə üzərində nəhəng daş həvəng, zərbə daşı, parçalanmış daşlar, çoxlu sümük, o cümlədən yarımçıq qalmış sümük-məmulat, həm də alətlər üçün tədarük materialı tapıl­mışdır. Əliköməktəpədən tapılan boğazlı çəkmə formasında gil qab dəridən ayaqqabı hazırlanması ehtimalını yəqinliklə söyləməyə imkan verir. Sənətkarlar adi və boyalı saxsı qablar, daş, sümük və misdən əmək alətləri, məişət, bəzək əşyaları düzəldirdilər.

Mis-daş dövründə qoşa nigah yarandı. Qadına nəslin yaradıcısı, qəbilə və ailə ocağının qoruyucusu, ilahi qüvvə, bərə­kət, əmin-amanlıq, firavan­lıq, ilahəsi kimi baxılırdı. İctimai həyatda ağsaqqallar şurası rol oynamağa başladı. Ana­xaqanlığı yavaş-yavaş zəifləməyə başlasa da, tapılmış qadın heykəlləri bu dördə anaxaqanlığının hələ də möh­kəm olduğunu sübut edir.

Eneolit abidələrindən insanlların dini inamları, ovsun, dini və dəfn mərasimlərini əks etdirən maddi-mədə­niyyət nümunələri tapılmış­dır. Ölülər yaşayış məskənlərində, binaların arasında, evlərin içərisində dəfn edilirdilər.Dəfn zamanı ölülərin üzərinə qan rəmzi olaraq qırmızı boya çəkir və yaxud qırmızı oxra səpirdilər.


Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   383




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin